QƏDDAFİNİN TƏRƏFDARLARI TƏRKİ-SİLAH EDİLİR
Tarix: 24-08-2012, 11:33 |
Çap et
ONLARDAN 100-DƏN ÇOX TANK GÖTÜRÜLÜB
Liviya hökumət qüvvələri keçmiş rəhbər Muammar Gaddafiyə sadiq milis qüvvələrindən 100-dən çox tank və 30-a yaxın raket qurğusu müsadirə edib.
Rəsmi məlumata görə, təhlükəsizlik qüvvələri silahları paytaxtdan 60 kilometr aralıda Tarhunada qrupunun düşərgəsində reyd aparan zamanı aşkarlayıb.
Daxili İşlər Nazirliyinin sözçüsü deyib ki, reyd zamanı bir nəfər öldürülüb, bir neçəsi də yaralanıb. 13 milis nümayəndəsi həbs edilib.
Avqustun 19-da iki insanın ölümünə səbəb olan partlayışda hökumət milisi günahlandırır. \ Azadlıq Radiosu \