ŞAİRLƏRİN HÖKM GÜNÜ BƏLLİ OLDU
Tarix: 24-08-2012, 12:27 |
Çap et
SENTYABR 7-DƏ MƏHKƏMƏ QƏRAR VERƏCƏK
İran “İslam” respublikasında saxlanılan gənc şairlərin avqustun 7-də keçirilən məhkəmə qərarının cavabı sentyabr ayının 7-də açıqlanacaq. Bunu gənc şairlərdən Şəhriyarın atası deyib.
Bildiyimiz kimi, İran İslam Respublikasında məhbəsdə olan gənc şairlərin avqust ayının 7-də məhkəməsi oldu. Məhkəmə qazisi qərarın ayın 15-də acıqlanacağını söyləyib və 15-i gənc şairlərin valideynlərinə İranda məhkəmə qərarını müəyyən səbəblərdən gecikdiyini söyləyiblər. İlk öncə ayın 22-də məhkəmə qərarınən açıqlanacağı bildirilsə də, sonradan qərarın sentyabr ayının 7-ə qaldığı müəyyən olunub.
Məhkəmə qərarı geciksə də Şəhriyarın atası ədalətli qərarın olacağını dilə gətirdi və şairlərin orada hər hansı çətinliklərinin olmadığını bildirdi. \ Cənub TV \