MÜĞƏNNİMİZİN OĞLU TÜRKİYƏ SERİALINA ÇƏKİLİR
Tarix: 25-08-2012, 11:55 |
Çap et
YEGANƏDƏN XƏBƏR VAR
Yeganə Akbudakın 1 yaş 7 aylıq uşağı ulduzluğa doğru addımlayır.
Milli.Az-a açıqlama verən populyar estrada müğənnisi Yeganə Akbudak (Mürsəlova) eşitdiyimiz məlumatı təsdiqləyib oğluna edilmiş təkliflə bağlı bunları söylədi:
“Maşallah, sizdən heç nəyi gizli saxlamaq olmur. Bəli, Ömər balamın türk seriallarından birinə çəkilməsi təklifini almışıq. Sırf bu səbəbdən onun şəkillərinin mediada yayılmamasına çalışıram. Serialı çəkən şirkət bunu bizdən tələb edib. Serial barəsində daha ətraflı danışa bilmərəm, bircə onu da bilin ki, çəkilişlər oktyabr ayında başlayacaq”.