İLHAMƏ QULİYEVA ƏMƏLİYYAT OTAĞINDADIR
Tarix: 25-08-2012, 12:40 |
Çap et
XALQ ARTİSTİ ƏMƏLİYYAT OLUNUR
Xəstəxananın bütün həkimləri əməliyyat otağındadırlar.
Milli.Az xəbər verir ki, bu dəqiqələrdə Mərkəzi Neftçilər Xəstəxanasında Azərbaycanın xalq artisti İlhamə Quliyevanın ürək əməliyyatı davam edir. Xalq artistinin prodüseri Lamiyə Ələkbərqızı əməliyyatın gedişi barəsində bunları söylədi:
“Demək olar ki, xəstəxananın bütün həkimləri əməliyyat otağındadırlar. Saat 07:30-dan başlayan əməliyyat hələ də davam edir. Dualarımız onunladır. İnşallah, hər şey yaxşı olar”.