TÜRKİYƏ QARABAĞ PROBLEMİNİN HƏLLİ MİSSİYASINDA
Tarix: 25-08-2012, 13:40 |
Çap et
ANKARANIN TƏKLİFLƏRİ VAR
Türkiyə istərdi ki, Azərbaycan və Ermənistan İstanbulda danışıqlar aparsın. Bunu dünən jurnalistlərə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Trend-in məlumatına görə, xəbəri şənbə günü yerli "Star" qəzeti yayıb.
Onun sözlərinə görə, Türkiyə regionda lider ölkəyə çevrildiyindən, Ankara regional münaqişələrin nizamlanması siyasətini yürüdür.
"Biz istərdik ki, Suriya ilə bağlı danışıqlar Türkiyədə aparılsın. Bununla yanaşı, arzulayardıq ki, Azərbaycan və Ermənistan arasında görüş də İstanbulda keçirilsin", - Davudoğlu deyib.