Baba Rzayevin biznesi və tender kefi… - İTTİHAM VAR
Tarix: 19-03-2016, 09:46 | Çap et
Azərbaycanda kommunal sahədə vətəndaşlara xidmət və bu xidmətin müqabilində tələb olunan vəsaitlə adekvat deyil. Aydındır ki, Azərbaycan kommunal xidmət sahəsində problemləri kifayət qədər çox olan və əhali arasında narazılıqlara zaman-zaman rəvac verilən ölkələrdəndir. Məsələnin ciddiliyi hətta parlamentdə də müzakirəyə çıxarıldı. Deputat Yevda Abramov “Azrişıq”a qarşı kəskin ittihamlar səsləndirərək vətəndaşlarda kütləvi narazılıq yaratmağa xidmət olunduğunu dedi. Deputatın sözlərinə görə, vətəndaşlara külli miqdarda borc yazılır və bu da haqlı narazılığa səbəb olur. Deputatın fikrini şəxsi fikri kimi qəbul edib yan keçmək olardı, amma məlumdur ki, millət vəkili ancaq ona edilən çoxsaylı müraciətlərdən sonra ümumiləşdirilmiş halda məsələni qaldırmasaydı. Baba Rzayevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin yarıtmazlığı sayəsində vətəndaşlar dövlətdən narazı salınır. Qurum rəhbərlərini vilallarının sayı günbəgün artdığı bir halda vətəndaşlara da yazılan borcun miqdarı artır. Amma qurumdan olanlara gələn açıqlamalar hətta konkret şikayətlərlə də bağlı müdafiə xatakterli ümumi açıqlamalar verməklə işini bitmiş hesab edir. Baba Rzayev özü isə bütün ittihamlarla bağlı susur. Əslində bir aralar mətbuat olaraq millət vəkillərinin əksərini lal deputatlar adlandırırdıq. Çünki, onlar bütün ili susur, heç bir müzakirəyə qarışmır, mövqe sərgiləmirdilər. Amma Azərbaycan susan təkcə deputatlar deyil, nazirlər, komitə sədrləri, ASC rəhbərləri, icra başçıları da var. Qəribə bir hal yaranıb. Hansısa nazirdən yazdıqda mətbuat xidmətinin rəhbəri dərhal araya girir, nazirlə bağlı yazılanlara mövqe bildirir. Misal üşün yazırıq ki, hansısa məmur biznesmendir, villaları var, avropada boyuk biznes çəbəkəsi fəaliyyət göstərir. Mətbuat xidmətinin rəhbəri isə deyir ki, biznesmen deyil, yalandır, böhtandır. Əcəba, yoldaş mətbuat xidmətinin rəhbəri, siz nazirin mətbuat xidmətinin rəhbərisiz, yoxsa, nazirliyin rəsmi işçisi? Mətbuat xidmətinin rəhbəri hardan bilir ki, filan nazir biznesmen deyil? O bunu nece bilə bilər? Elə isə diqqət edək… Azərbaycanda ailə biznesinin olduğu məmurlar sırasında olan Baba Rzayev elektrik məhsullarının satışından tutmuş, elektrik təchizatı ilə bağlı dövlət sifarişlərinin icrasına qədər olan bir çox sahələr nəzarət etdiyi bildirilir. Bu sahələrdə monopoliyanı bir neçə ildir ki, əlində saxlayan Baba Rzayev həm də rəsmən səhmdardır. “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 70 faizi Baba Rzayevə, 30 faizi onun ailə üzvlərinə məxsusdur. Qeyd edək ki, “Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – Baba Rzayevin qardaşı rəhbərlik edirdi. Əvvəllər “Bakelektro” ASC-nin icraçı direktoru olan Baba Rzayev yeni vəzifəsinə təyinatdan snra bu şirkətdəki vəzifəsini qardaşı Emin Rzayevə transfer edib. Məhz bu şirkət dünyaca məşhur şirkətlərin Azərbaycandakı rəsmi distrübütorudur. Söhbət “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), Philips, Osram “Dewallt”, “Massive” kimi şirkətlərdən gedir. “Azərişıq” ASC –yə rəhəbrlik etdiyi ilk dönəmlərdən başlayaraq bu sahədəki tender bazarında da ancaq özü ilə hansısa formada əlaqələrin olduğu şirkətlərə üstünlük verən Baba Rzayevin bu yolla qazandığı milyonların hesabatını aparmaq çətindir. Siyahıya diqqət etmək kifayətdir: 2015 -ci ildə udulan tenderlər və onların məbləğləri… Azərişıq ASC Mühərrik yağlarınn satın alınması- “Aqşin-88” MMC: 7112 manat “Azərişıq” ASC yazı lövhələrinin satın alınması- “Poliqram-ST” MMC: 7239,87 manat Azərişıq ASC: Müxtəlif tikinti materiallarının satın alınması “SMTT-2012” MMC: 11026,37 manat Azərişıq ASC: Müxtəlif muftaların satın alınması “STS-Universal” MMC 14325,84 manat Azərişıq ASC: Ciddi hesabat blanklarının satın alınması “Qlobus-Print” MMC: 16756 manat Azərişıq ASC: Müxtəlif malların satın alınması “Texnostandart” MMC- 11944,64 manat Azərişıq ASC: Müxtəlif markalı kabellərin satın alınması “Göknur-Bakı” Ltd- 41711,41 manat Azərişıq ASC: Dəftərxana mallarının satın alınması “R&K Group” MMC -9336 manat Azərişıq ASC: Möhür və ştampların satın alınması “F-Ticarət” MMC- 15030 manat Azərişıq ASC Dəftərxana mallarının satın alınması “Poliqram-ST” MMC- 30940,11manat Azərişıq ASC: Elektrik mallarının satın alınması “Ekonom-Bines” MMC- 24789,15 manat Azərişıq ASC: Endeksor lentinin staın alınması “Poliqram-ST” MMC- 36167 manat Azərişıq ASC: Təsərrüfat mallarının satın alınması “Poliqram-ST” MMC -5241,11 Azərişıq ASC: Təsərrüfat mallarının satın alınması “Poliqram-ST” MMC -8152,11 Azərişıq ASC Dəftərxana mallarının satın alınması “Poliqram-ST” MMC- 7572,72 manat Azərişıq ASC: Elektrik mallarının satın alınması “Ekonom-Biznes” MMC 36205,09 manat Azərişıq ASC: Kart proximitinin satın alınması “Biznes-Kommers” MMC 11233,6 manat və sairə… İlk baxışdan bu şirkətləri sadəcə tender iştirakçısı və qalibi kimi düşünmək olar, təbii ki, onların monopoliya altında olan bazara kimin vasitəsilə yol tapması barədə tərəddüdlər olmasaydı. Üstəlik eyni avadanlıqların satın alınması üçün mxtəlif tenderlərin keçirilməsi də qaranlqı məqamlardan xəbər verir. Məsələn, 1 ildə Azərişıq ASC-nin kompyuter avadanlıqlarının satın alınması üçün keçirdiyi tenderi udan “Bizness-Kommers” MMC 13131,96 ödənilib. DAha sonra başqa bir tender və yenə də kompyuter avadanlıqların satın alınması və yenə “Bizness-Kommers” MMC. Bu dəfə 13 669 manat. Üçüncü tender, yenə kompyuter avadanlıqlarının satın alınması və bu məqsədlə “Bizness-Kommers” MMC-yə ayrılan 49 144,1 manat. Siyahı isə hələ də davam edir: -Kompyuter avadanlıqlarının satın alınması: “Bizness-Kommers” MMC- 41600,9 manat -Kompyuter avadanlığının satın alınması: “Bizness-Kommers” MMC – 14685,74 manat – Kompyuter avadanlıqlarının satın alınması: “Bizness-Kommers” MMC 11886,14 manat -Kompyuter avadanlıqların satın alınması: “Bazis-12” MMC- 9835,3 manat – Kompyuter avadanlıqların satın alınması: “Bizness-Kommers” MMC 30900,05 manat – Kompyuter avadanlıqlarının satın alınması: “Biznes Kommers” MMC 5349,45 manat. Hesablamalar göstərir ki, bir ildə komputer avadanlıqlarının alınmasına 200 min manat xərclənib və tenderi ancaq bir şirkət udub. Görəsən, “Azərişıq”da 200 minlik kompüterləri tapmaq mümkündürmü və mükündürsə onlarla işləyən əməkdaşların informasiya-kommunikasiya tenologiyalarından məlumatlılıq səviyyəsi necədir? Bunun üçün əməkdaşlar kurslardan keçiblərmi? Yoxsa bunun üçün də Baba Rzayev əlavə tender elan edəcək?… Araşdırmalarımız dava edəcək…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
|