“Ədalətsiz istintaq və məhkəmə bacı ilə qardaşı düşmən etdi” - ŞİKAYƏT VAR
Tarix: 14-04-2016, 08:19 | Çap et
Azərbaycanda yol nəqliyyat hadisələrinin araşdırmasının düzgün getmədiyindən vətəndaşlar dəfələrlə mətbuata şikayət ediblər.
Bəzi hallarda hadisənin əsl səbəbkarının kənarda qalması, günahın isə zərərçəkmişlərdən birinin boynuna atılması barədə az yazılmayıb.
Qafqaz Xəbər Agentliyi olaraq, biz də bu cür hallar barədə məlumat və şikayət daxil olduqda araşdırmış, işıqlandırıb həllinə çalışmışıq.
Bu günlərdə Qafqaznews.az saytına müraciət edən Lənkəran rayon Şiləvar kənd sakinləri İlqar Rəhimov və Gülağa Hüseynov bildiriblər ki, 2015-ci il aprelin 6-da Lənkəran rayonunda Ələt-Astara yolunda baş vermiş yol nəqliyyat hadisəsinin araşdırılması və məhkəməsi düzgün aparılmayıb.
Bildirilib ki, həmin gün Rəhimov Mirabbas İlqar Oğlu, Hüseynov Həsən Gülağa oğlu, Rəhmətzadə Əkbər Füzuli oğlu və Nurəlizadə Vüsal Akif oğlu “Vaz 21063” markalı “42-BH-038” nömrə nişanlı avtomobildə qəzaya uğrayıblar.
Hadisə vaxtı sükan arxasında 1996-cı il təvəllüdlü Mirabbas olub. Yanında Rəhmətzadə Əkbər, arxa oturacaqda isə Nurəlizadə Vüsal ilə Mirabbasın dayısıoğlu Hüseynov Həsən oturmuşdu. Yolda Əkbərli Kamran Nəsrəddin oğlu idarə etdiyi “Niva” (VAZ 21214) markalı, 90 -NR-034 dövlət nömrə nişanlı avtomobillə onların üzərinə gəlib, daha sonra yolda sıxaraq hərəkətlərinə mane olub. Bu hadisənin baş verməsində də əsas səbəbkar o olub. İmkanları yaxşı olduğuna görə, məsələni ört-basdır ediblər. Hadisədən sonra 4 gün avtomobili təmirdə olub, saxta ekspertiza rəyi çıxardaraq, “Niva”nı qəzadan bir ay sonra, istintaq bitməmiş satıblar. Amma DYP müstəntiqi Elmar Quliyev əsas hədəf kimi oğlumu seçdi, şahidlərin ifadələrini ciddiya almadı . Məhkəmə prosesində də eyni hal müşahidə olundu”, – deyə İ.Rəhimov vurğulayıb.
O qeyd edib ki, Mirabbas bir yaşından – 25.07.1997 tarixindən epileptikdir, buna görə də hərbi xidmətə aparılmayıb: “Hadisədəki roluna qaldıqda isə, istintaq və məhkəmə Mirabbas Rəhimovu təqsirli yox, zərərçəkmiş qismində görməliydilər. O, uzun müddət xəstəxanada yatdı, ağır xəsarət və travmadan müalicə olundu. Haqsız yerə dayısıoğlunun ölümündə günahkar bilib 6 il həbs cəzası verdilər. Onun sağlamlıq vəziyyəti və qəzadan sonra aldığı travmalar, ayağının əyri bitişməsi, bədənində şüşələr qalması kimi hallar nəzərə alınmayıb”.
İ.Rəhimov vurğulayıb ki, düzgün aparılmayan istintaq prosesi və ədalətsiz məhkəmə qərarı bacı ilə qardaş arasında düşmənlik yaratmağa xidmət edir: “Mənim qaynımoğlu dünyasını dəyişib, 20 yaşlı epilepsiya xəstəsi Mirabbas isə keçən ilin noyabrından Kürdəxanı təcridxanasındadır. Bu hadisə azmış kimi, ədalətsiz yanaşma bizim ailələrimizə ağır zərbə vurub. Ümidim Şirvanda keçiriləcək apellyasiya məhkəməsinə qalıb, heç olmasa, Mirabbasa 5 il şərti həbs cəzası verə bilərlər. Əslində, o azad olunmalıdır, çünki əsl təqsirli şəxslər rahat-arxayın gəzirlər. Amma ədalətin bu qədər qələbə çalacağına inamım itib. Ən azından, həbs cəzasının şərti cəza ilə əvəz olunması üçün dua edirik”.
Gülağa Hüseynov bildirib ki, oğlu Həsənin ölümündə Mirabbası təqsirli bilmir: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Mehdixan Abdullayev nə mənim, nə də şahidlərin ifadəsinə düzgün qiymət vermədi. Rəhmətzadə Əkbər və Nurəlizadə Vüsalın ifadələrinə əhəmiyyət verilmədi. Onlar şahid kimi yox, zərərçəkmiş kimi məhkəməyə cəlb olundular. Hətta zərərçəkmiş kimi belə, mən və həmin şəxslər bildirdik ki, Mirabbasa qarşı tələbimiz və şikayətimiz yoxdur. “Niva”nın sürücüsü Kamran Əkbərli hadisənin bilavasitə iştirakçısı və səbəbkarı olduğu halda, onu şahid qismində dindirdilər”.
Həmin hadisə vaxtı avtomobildə olmuş Əkbər Rəhmətzadə Qafqaznews.az-a bildirib ki, məhkəmənin hökmündən və onun ifadəsinin qərar verilən zaman nəzərə alınmamasından narazıdır.
“Mirabbasın heç bir günahı yoxdur”, – deyə Ə.Rəhmətzadə vurğulayıb.
Vəkil Rövşən Qasımlı bildirib ki, məhkəmə hökmü barədə bütün narazılıqlarını apellyasiya şikayətində bildirib: “Hökmün ədalətsiz olduğunu düşünürük. Hazırda aprelin 19-da keçiriləcək apellyasiya məhkəməsinin ilk iclasını gözləyirik”.
Məsələ ilə bağlı əlavə fikir və mövqeyi dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|