Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                 

Məcburi köçkünlərin haqqını yeyənlər: - Hüseyn Əliyevdən Pənah Əliyevə qədər…
Tarix: 7-06-2016, 08:05 | Çap et
Məcburi köçkünlərin haqqını yeyənlər:
Mayın 31-də Qafqaznews.az saytında “Ağdam RİH-də tragikomediya: “Rüşvət cinayətdir, amma səs yazısını yaymayın” – AUDİO” başlıqlı yazı dərc olunmuş və məcburi köçkündən rüşvət tələb edən məmurun səs yazısı yayımlanmışdı. Xatırlatma üçün bildirək ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etmişdi. Xocalı şəhərinə yaxınlıqda yerləşən Əhmədavar kəndi Xıdırlı kənd icra nümayəndəliyinə tabedir. 1992-ci ildən məcburi köçkün olan İsmayılovlar ailəsi 2012-ci ilin fevralından müavinətə həsrət qalıb və dəfələrlə kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etsələr də, bank kartlarını yeniləyə bilməyiblər – çünki onlardan adambaşına 100 manat rüşvət istənilib. Hətta, Ş.İsmayılovanın sözlərinə görə, 2010-cu ilin oktyabr ayında hərbi xidmətdən qayıdan oğlu Anar İsmayılov məhz rüşvət vermədiyinə görə müavinət siyahısına salınmayıb.

“Gəlinim anasıgilin kəndində qeydiyyatdadır, qızım isə bizim qeydiyyatdan çıxıb, hazırda 3 nəfərik. Mayın 27-də yoldaşım, mən və oğlum üçün müavinət kartını bərpa etmək istədim, Hüseyn Əliyev mənə dedi ki, 300 manat verməliyəm”, – deyə Ş.İsmayılova qeyd edib. Biz səs yazısını diqqətlə dinlədik. Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyev həqiqətən də vətəndaşa bildirir ki, yemək xərci müavinətini bərpa etmək üçün 300 manat lazımdır və bu puldan “başqalarına da çatacaq”.

Həmçinin, H.Əliyev möcburi köçkünə “artıq siyahıdan çıxdığını” deyir. H.Əliyev bizə zəng edib rüşvət istədiyini təkzib etdi, hətta iki oğlunun canına and içdi ki, bir qəpik də Şəndə xanımdan rüşvət istəməyib.

Biz Ağdam RİH-lə də əlaqə saxladıq, lakin onlar da Hüseyn Əliyevi tərifləməkdən və “bəlkə sənədləri düz deyil” deyərək, dolayısıyla rüşvətə haqq qazandırmaqdan başqa bir şey bacarmadılar. Deyə bilmərik, bu rüşvət ierarxiyasında Ağdam RİH başçısı Raqub Məmmədov və ya başqa məmurlar hansı rolları icra edirlər… Lakin onu deyə bilərik ki, Şəndə İsmayılovanın haqqı bərpa olunana və bu illər ərzində ona verilməli olan məbləğin hamısı qaytarılana qədər, Qafqaz Xəbər Agentliyi şikayətçinin yanında olacaq. Əslində, kənd icra nümayəndəsi bu məsələdə çox kiçik fiqurdur. Və kim bilir, haqqı tapdanılan və müavinəti mənimsənilən çox sayda məcburi köçkün var… Bəlkə də, Hüseyn Əliyevin “başqalarına da verməliyəm” deyərkən nəzərdə tutduğu şəxslər arasında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin də yüksək vəzifəli məmurları var?

Oxuculara xatırladaq ki, 2015-ci ildə Qafqaznews.az saytında “Qaçqınkom”un yüksək vəzifəli məmurlarından biri haqqında silsilə yazılar dərc olunmuşdu. Yazılarda Komitənin Mənzil İstismar Departamentinin direktoru Pənah Əliyevin qanunsuz əməllərindən, daha doğrusu qanunsuz yolla sahib olduğu mülklərdən bəhs olunmuşdu. Qafqaznews.az saytı apardığı araşdırmalar nəticəsəində Pənah Əliyevin dəyəri 10 milyonlarla ölçülən mülklərinin geniş siyahısını və fotolarını əldə etmiş, ictimailəşdirmişdi. Pənah Əliyevin oğlu Tural Əliyev haqqında yazmışdıq ki, Qaradağ rayonunda hüquq- mühafizə orqanında xidmət edən və ayda 400 manat əmək haqqı alan bu şəxs işə 235 min manat dəyəri olan “Range Rover”lə gedir.

Məlumat üçün bildirək ki, Tural Əliyev əvvəl istifadə elədiyi “Audi” markalı avtomobilini sataraq Range Rover Cip-i almaq üçün bankdan öz adına kredit götürüb. Sual olunur ki, 900 seriyalı bu bahalı avtomobilin aylıq kreditini 400 manat maaşla Tural Əliyev necə ödəyir..? “Pənah Əliyev heç bir yerdə işləməyən və hərbi xidmətə hazırlaşan kürəkəninə Nərimanov rayonu ərazisində ipoteka ilə ev alıb. Görəsən heç yerdə işləməyən kürəkən bu ipotekanı necə ödəyir..? Əlbəttə, oğlunun da, kürəkəninin də aylıq ödənişlərini cənab Pənah Əliyev ödəyir, özü də “Qaçqınkom”dan gələn pulların hesabına.

Digər tərəfdən Pənah Əliyev paytaxtda böyük əmlak sahibidir. 9-cu mikrorayon, Mircəlal küçəsi, 121 c ünvanında yerləşən “Sombrero” restoranı, “Dental”klinikası və qızına həmin binada hədiyyə etdiyi ev, Kazımovski küçəsi 185 ünvanda yerləşən ev, “Qızıltac” restoranının arxasında Mircəlal küçəsi 6 ünvanında bir neçə boş mənzil, “Vorovski”dəki villası böyük bir siyahının kiçik hissəsidir. Pənah Əliyev yaxın dairəsi ilə söhbətdə fərəhlə danışır ki, oğlumu oxutdurub işə düzəltmək, evli- eşikli etmək, maşınlı-avtolu etmək… bir milyondan yuxarı başa gəlib. Görəsən bu qədər pul “Qaçqınkom”un departament rəhbərində hardandır?”, – deyə məqalədə bildirilirdi.

Həmçinin, Pənah Əliyevin 20 min manata aldığı bahalı at barədə də məlumat vermişdik: “Redaksiyamıza daxil olan məlumatda Pənah Əliyevin Nərimanov rayonu ərazisində Kooperasiya Universiteti ilə üzbəüz yerləşən Cıdırda 20 min manata aldığı atı saxladığı qeyd olunurdu. Məlumatdan o da bəlli olurdu ki, hər ay atın saxlanmasına departament rəisi 2 min manat pul xərcləyir. Əməkdaşımız Cıdıra baş çəkib və Pənah Əliyevin atına baxan şəxslərlə maraqlı söhbət edib. Həmin şəxslər hətta əməkdaşımıza Pənah Əliyevin atının fotosunu çəkməyə də icazə verib. Söhbət zamanı bəlli olub ki, mətbuatda gedən yazılardan sonra Pənah Əliyev ata baxanlara tapşırıb ki, atı dəyər-dəyməzinə satsınlar”.

Eyni zamanda, Qafqaznews.az-a məlumat verən mənbə bildirmişdi ki, Pənah Əliyev məcburi köçkünlər üçün ayrılan dövlət vəsaitindən mənimsədiyi puldan bir dostuna 300 min manat verib, həmin dostu isə “pul sənin deyil ki, dövlətindir” deyərək, qaytarmaqdan boyun qaçırıb. Pənah Əliyev özü haqqında məlumatların mətbuata sızdırılmasında həmin dostundan şübhələnmişdi. Lakin qeyd edək ki, Qafqaznews.az öz araşdırmalarını Pənah Əliyevin sabiq dost və şəriklərinin yox, məhz haqqını yediyi məcburi köçkünlərin şikayətləri əsasında aparıb.

Xatırladaq ki, bu yazılardan sonra baş nazirin müavini, komitə sədri Əli Həsənovun qəzəblənməsi və departament rəhbərini sərt tənbeh edərək, sonra da vəzifədən azad etməsi barədə də yazmışdıq. Maraqlıdır, Pənah Əliyevlə bağlı bu qədər qalmaqallı faktlar olmasına baxmayaraq, onu cinayət məsuliyyətinə cəlb etmədilər. Sadəcə, tutduğu vəzifədən azad edildi… Görəsən, Pənah Əliyev istintaq və məhkəmə qarşısına çıxsaydı, daha kimlərin “yeyinti”lərini ifşa edəcəkdi? Pənah Əliyev bu gün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işləmir, hətta “görüntü” xatirinə bahalı maşınları da satıb. Lakin əldə etdiyimiz məlumatlara görə, o, yenə də əvvəlki kimi zəngin həyat sürür və sabiq komitə yoldaşları ilə də vaxtaşırı görüşür, yeyib-içir… Hətta keçən il dərc etdiyimiz yazılardan birində bildirmişdik ki, bu qalmaqaldan sonra, Əli Həsənovdan qisas almaq üçün onun nəvələri ilə bağlı materialların da mətbuata sızdırılmasında Pənah Əliyevin “barmağı” olduğunu öyrənmişik. Bəlkə, Hüseyn Əliyevin dediyi kimi, Pənah Əliyev də mənimsədiyi vəsaiti “kimlərləsə bölüşürdü” deyə, cinayət məsuliyyətinə cəlb olunmadı və indi rahat-arxayın öz biznesinin başındadır? Yoxsa, komitədə Əli Həsənovun zəifliyindən, ya da yaşlanmasından sui-istifadə edənlər var?

Yəqin ki, cənab baş nazir müavini Əli Həsənovun komitədə hər şeyə nəzarət etmək imkanları məhduddur. Ətrafındakı müavin və şöbə müdirləri ondan Pənah Əliyevin üzərinə çox getməməyi xahiş ediblərsə, deyə bilərik ki, korrupsiya kabusu hələ də bu komitənin dəhlizlərində dolaşmaqdadır. Ümid edirik, bu yazımızdan sonra cənab baş nazir müavini şəxsən vəziyyəti nəzarətə götürəcək və istər Şəndə İsmayılovanın, istərsə də digər məcburi köçkünlərin haqqını mənimsəyən məmurları sərt cəzalandıracaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru