“Zəngilan İcra Hakimiyyətindən mənə 4 aydan bir 100 manat verirlər ki, get yaşa, axı necə yaşayım?” - ŞİKAYƏT
Tarix: 18-06-2016, 10:09 | Çap et
Zəngilan rayon sakini, hazırda Xətai rayonu Qaçaq Nəbi küçəsi 6 saylı yataqxanada məskunlaşan, keçmiş polis, müharibə veteranı, II-ci qrup əlil Elman İsmayılov maddi və sağlamlıq cəhətdən çox ağır vəziyyətdədir. Xəstə övladları və xanımı ilə 4 metr uzunluğu, 5 metr eni olan kiçik bir otaqda, yataqxanada məskunlaşan Elman İsmayılov hər ay 2-ci qrup əlil təqaüdü və dövlətin verdiyi çörək pulu ilə birlikdə 187 manat məvacibın nə özünün, nə də övladlarının dava-dərmanına çatmadığını deyir.
Acınacaqlı vəziyyətdə olan ailə çarəsizdir: “Zəngilan rayonu işğal olunan vaxt mən rayon polis idarəsində polis serjantı kimi çalışır və erməni cəlladlarına qarşı döyüşürdüm. Horadizin azad olunmasında mənim də xidmətim olub, sonradan xəstəliyimlə bağlı öz ərizəmlə işdən azad olundum. Həkimlər məndə xərçəng xəstəliyi aşkar etdilər. 2 dəfə əməliyyat olundum. Sonra mən sağlamlığımı tamamilə itirdim. 3 övladım var. Böyük oğlum Səfanın 9 yaşında olarkən gözləri tutuldu. İndi 15 metrdən uzağı görmür. Hazırda 25 yaşı var. 1998-ci ildən görkəmli oftalmoloq Zərifə Əliyeva adına xəstəxanada qeydiyyatdadır. Həkimlərin verdiyi rəyə görə 3 aydan bir iynə-dərman qəbul etməlidir, yoxsa olan-qalan görmə qabiliyyətini də itirəcək. Üstəlik, bu övladım əsəb xəstəsidir. 2007-ci ildə meningit xəstəliyi keçirib və 1 saylı xəstəxanada qeydiyyatdadır. 2011-ci ildən qıcolma xəstəliyinə tutulub. Hər gün azı 2 dəfə qıc olması olur, dili qatlanır ölümlə üz-üzə qalır. Özünü idarə edə bilmir, bir dəfə yıxıldı, burnu, çənəsi sındı, başında sınıqlar əmələ gəldi. 1 saylı xəstəxanada əməliyyat olundu. Bu uşaq dərmanlarla qalır. Dərmanları qurtaranda özündən olmur, hətta 1 dəfə bıçaqla özünə xəsarət də yetirib. Kiçik oğlum Araz skalyoz xəstəliyindən (onurğa əyriliyi - red.) əziyyət çəkir. Həkimin məsləhəti ilə gündəlik aparatlara getməlidir ki, bu aparatların da günlük qiyməti 60 manatdır. Mən 2-ci qrup əlil kimi ayda 115 manat təqaüd alıram. Bir də dövlətin verdiyi 72 manat çörək pulu alırıq. Bu 187 manat heç mənim öz müalicəmə bəs etmir, qaldı ki, övladlarımın. Mən də iynə dərmanla, qan köçürmə ilə yaşayıram”.
Elman İsmayılov ailəsinin ağır durumda olması barədə dəfələrlə prezidentə müraciət etdiyini, oradan isə məktubuna cavabın Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənova gəldiyini deyir. Ancaq İcra Hakimiyyəti də onlara mütəmadi yardım etməyib: “İcra Hakimiyyətindən mənə 4 aydan bir mənə minnətlə iynə-dərman almaq üçün 100 manat pul verirlər ki, get yaşa. Dəfələrlə icra başçısı Ramiz Həsənova ailəmizin ağır durumda olması barədə ərizə ilə müraciət etmişəm. O da bizim evə həkim briqadası və öz müavinini göndərib. Həkimlər müavinə rəylərini bildiriblər ki, həqiqətən də bu ailəyə müalicə üçün güclü kömək lazımdır. Ancaq bizə 4 aydan bir verilən 100 manatdan başqa heç bir kömək olunmur. Mən bu torpaqlar, vətən uğrunda düşmənlə üz-üzə savaşmışam, sağlamlığımı itirmişəm. Amma indi bu vətəndə mənim ailəm, övladlarım günlərlə çörək almağa pul tapmır”.
Şikayətçi may ayında İcra Hakimiyyətinin humanitar yardım məsələləri üzrə müavini Nizami Mənsimovun qəbulunda olub: “Dedi ki, get 3-4 günə kömək edərik. O 3-4 gün artıq 1 aydan çox olub. Zəng də edəndə cavab vermirlər. Mən 5-6 ildir müraciət edirəm. Deyirlər ki, prezidentə yazma, biz kömək edəcəyik. Amma etmirlər. Deyirlər imkan yoxdur. Bəs mən kimə müraciət edim. Əgər belə olacaqsa, bizə köməklik olunmursa, mən bu ölkədə necə yaşayım. Sağlamlığını uğrunda fəda etdiyim bu vətəndə məni yaşatmırlarsa, o zaman məni başqa bir ölkəyə göndərsinlər”.
Məsələ ilə bağlı Nizami Mənsimovun da fikrini aldıq. N. Mənsimov İcra Hakimiyyətinin daxili imkanları hesabına, gücləri çatdığı qədər ailəyə daim köməklik göstərdiklərini dedi: “Biz elə vaxt olub ki, bu ailəyə hər ay, elə vaxt da olub ki, 2-3 aydan bir köməklik göstərmişik. Şəxsən mən özüm onların evində dəfələrlə olmuşam. Aparıb yardımı vermişəm. Elman çox haqsız yerə şikayət edib. Çünki biz ona həmişə köməklik görsətmişik. Onların ailə vəziyyətləri ağırdır. Buna görə də imkanımız daxilində həmişə köməklik göstərmişik. Onun ərizəsi bizə ötən gün gəlib. Ərizəyə baxıb nə cavab yazacağımıza baxacağıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|