Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI - NARAZILIQ VAR...
Tarix: 29-10-2016, 08:21 | Çap et
Yarım əsrdən çox idi ki, Lerik rayonunun qoyunçuluq təsərrüfatları payız başlayar-başlamaz qoyun sürülərini Neftçaladakı və Biləsuvardakı qışlaq ərazilərinə sürüb aparardılar. Hətta sovet dönəmində bu təsərrüfatlarda çalışan briqadirlərin, çobanların məktəbli uşaqları üçün təhsil ocaqları da yaradılırdı ki, onlar da kəmsavad, yəni savadsız qalmasınlar. Bu işlər o qədər dəqiq tənzimlənmişdi ki, Neftçalanın da, Biləsuvarın da dövlət strukturları və hüquq mühafizə orqanları hətta bu təsərrüfatlarda çalışan insanlara nəinki mane olur, əksinə, bütün vasitələrlə yardım göstərir, problemlərini həll etməyə çalışırdılar.
İndi, yəni qışlaq mövsümünün başladığı bu günlərdə Lerik rayonunun damazlıq qoyunçuluq təsərrüfatının rəhbərliyi, öz dövrünün tanınmış təsərrüfat rəhbərlərindən olan Meyxos müəllim, Lerikdə fəaliyyət göstərən fermerlərin hamısı həmən günləri ömürlərinin ən xoş anları kimi xatırlayrılar. Hələ üstəlik dərindən ah çəkib bunu da deyirlər ki, "Allah sənə qəni-qəni rəhmət eləsin Lenin baba, hayıf sənin qurduğun dövlətdən.”Bu nastolji hisslər lerikli təsərrüfat adamlarına bəzən elə güc gəlir ki, oturub o günlər üçün lap ağlamaq istəyirlər. Bil mərrə durub niyəsini və nə üçününü soruşsanız gərək mən də təfsilatı olduğu kimi danışım:
Miq.Az-ın araşdırmalarına görə, keçən əsrin ortalarında Lerik qoyunçuluq təsərrüfatlarının Neftçalada 18 min hektar, Biləsuvarda isə 5-6 min hektar qışlaq torpaqları var idi. Təsərrüfatlar yay qurtaran kimi sürüləri arana, yəni bu qışlaq torpaqlarına sürür, qış qurtaran kimi də dağa, yaylağa qalxırılar. Dədə-babadan qalan bu həyat tərzi minlərlə ailənin dolanışığında əsas rol oynayırdı və indi oynamaqdadır. Gələcəyi hələ bəlli deyil. Müstəqillik illəri başlayanda da vəziyyət beləcə davam edirdi. Hətta ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə islahatlar aparılandan sonra kolxoz və sovxozlar dağılsa da Leriklilərin qışlaq torpaqları yerində qalırdı. Çünki kolxoz və sovxozlar dağılmışdı, daha qoyunlar qırılıb qurtarmamışdı ki... İnsanlar yeni iqtisadi münasibərlərə alışıb çox az bir zamanda fermer təsərrüfatları yaratmağa başlamışdılar. Zarafat deyil, bu ilin iqtisadi göstəricilərində qeyd edilir ki, hazırda Lerik rayonunun fərdi və fermer təsərrüfatlarında 130 minədək qoyun var. Və bu heyvanların da ən azından 70 mini payız girən kimi qışlağa sürülür.
Bu qədər heyvan varsa deməli onların qışlağa ehtiyacları da qalır. Lakin bunlara baxmayaraq, beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri fürsəti fötə verməyib Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini almağa və "işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu "təcavüz” (buna başqa ad vermək olmur) çox çəkmədi. Fermerlər, Lerik rayon rəhbərliyi məsləyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. Yüksək səviyyədə müzakirəyə çıxarılsa ciddi tənbehlərin olacağı qaçılmaz idi. Məsələnin belə ciddi rezonans doğuracağından qorxan icra başçısı bir qədər yumşaq variant seçərək leriklilərin qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi. Bu il Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi bəzi fikirlər Neftçalanın və elə Biləsuvarın icra başçılarının əlində yeni bir dəstəvuza çevrildi. Həmin müşavirədə dövlət başçısı sərt şəkildə bildirdi ki, "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir.” Prezidentin bu ifadəsindən və pambıq əkini sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlarından "vəcdə gələn” icra başçıları bu sözləri əllərində dəstəvuz edib, dövlət başçısının dediyi adamları deyil (çünki onlara gücləri çatmır) Lerikli fermerləri hədəfə aldılar və onlara ən qısa zamanda torpaq icarəsi haqqında müqavilələrinin ləğv ediləcəyi və sürüləriniqışlağa gətirməməkləri ilə bağlı məktublar ünvanlamağa başladılar. Maraqlı məqam ondan ibarətdir ki, Neftçala İcra hakimiyyətinin bu sanksiyaları məhz qışlaq mövsümünün başlandığı günlərə təsadüf etdi.
Bu yazını hazırlayarkən, Prezidentin müşavirədəki çıxışında həqiqətənmi Neftçala icra hakimiyyəti başçısının sanksiyalarına əsas olub-olmadığını aydınlaşdırmaq üçün, mətni təkrar oxudum və yenə o qərara gəldim ki, bəzi icra başçıları dövlət başçısının strateji xəttini ya başa düşmürlər ya da bundan sui istifadə etmək üçün özlərinə lazım olan məqamı götürüb gerisinə əhəmiyyət vermirlər. Cənab İsmayıl Vəliyev, axı prezident, təkcə Sabirabaddakı müşavirədə deyil, bütün toplantılardakı çıxışlarında qeyd edir ki, "Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyini təmin etməkdir”. Prezident elə Sabirabaddakı çıxışında deyir: "Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.”
Və bütün bu nailiyyətlərin əldə edilməsində fermerlərin böyük əməyi olduğunu da dövlət başçısı diqqətə çatdırır və hətta onlara dövlət dəstəyininin verildiyini bildirir:"Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir...Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir.”
Yox, bunların əsas gətirdikləri odur ki, "biz bu yerlərdə pambıq əkəcəyik”. Qardaş, əkin də, məgər sovet dövründə 50 min hektarda pambıq əkmirdiz. Onda qışlaq torpaqlarındamı pambıq əkirdiniz! Kimin başına ip salıb fırladırsınız?
Miq.az olaraq, yazımızı bununla bitirmək fikrində deyilik. Yəni bu materalin davamı olacaq. Biz aşağadakı suallara cavab tapan kimi yazının davamını sizə təqdim edəcəyik. ANONS
"Daha qışlaqdan gözünüzü çəkin” deyən Neftçala İcra Hakimiyyətinin rəhbərliyinin Lerik fermerlərinə tətbiq etdiyi bu sanksiyası hardan qaynaqlanır? Pambıq əkini üçün 3 min hektar torpaq lazımdırsa fermerlərdən on minlərlə hektar torpağı niyə zorla alırlar? Lerikin fermer təsərrüfatlarının qışlaq torpaqlarına göz dikən kimlərdir?
Prezidentin ərzaq proqramı və kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrini kim və nə üçün sabotaj edir?
Kənd təsərrüfatı nazirliyi niyə hələ də susur? Qış gəlib qapını kəsdirəndə qırılan mal-qaranın ziyanını kim çəkəcək? Burda deyirlər ki, Əlbir olub bir ayı bir şir ilə... məsəli yada düşür. Qışın oğlan çağında Lerikli fermerləri qışlaqlardan nə üçün məhrum edirlər? Niyə məhz Lerik fermerləri bu "cəzaya” məhkum edilirlər?
Bizi izləyin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|