İcra başçısından şok sözlər: - “Arxamda oliqarx-məmurlar dayanır”
Tarix: 30-01-2017, 08:57 | Çap et
Biləsuvarda icra başçısı Mahir Quliyevin əməllərindən əziyyət və ZÜLÜM çəkən vətəndaşların Miq.az saytına göndərdikləri məktubla siz də tanış olun
2017-ci ilin ilk ayı Biləsuvar rayonunda sosial vəziyyətlə bağlı vətəndaşların vəziyyəti pik həddə çatıb.
Buna səbəb rayon sakinlərinin dövlətdən, eləcə də dövlət başçısından narazılığı yox, məhz icra başçısı Mahir Quliyevin özbaşınalığından bezməsidir. Rayonda baş verənlər, insanların fəryadları Mahir Quliyevin məqsədli şəkildə və bilərəkdən vətəndaşları dövlətdən incik salır deməyə əsas verir. Çünki o, sakinlərin son gəlir yeri, dolanışıq mənbəyi olan əkin sahələrini zorla alaraq, yaxın adamlarına verir, həmçinin, özü bu sahələrdə taxıl və digər məhsullar əkdirir.
Hər şey Prezident İlham Əliyevin kənd təssərüfatının inkişafına göstəriş verməsindən sonra başlandı...
Yəqin ki, hər kəs dövlət başçısının ötən ilin noyabr ayında Sabirabad rayonunda keçirdiyi müşavirəni xatırlayır. Pambıqçılığın inkişafına həsr olunan müşavirədə dövlət başçısı torpaq sahələrinin boş qalmaması və əkilməsi haqqında göstəriş verdi: "Böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq. Ona görə, bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox icarə müqavilələri ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik. İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu, nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq”.
Göründüyü kimi, dövlət başçısı birbaşa vətəndaşların daha yaxşı yaşaması və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə yeni imkanların yaradılmasının vacibliyini dəfələrlə vurğulayır, bu istiqamətdə əməli addımlar atır.
Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev isə bu sözləri öz məqsədinə uyğun şəkildə təhrif edərək, əklinçiliklə, heyvandarlıqla məşğul olan sakinlərin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyir. Ona etiraz edənləri isə "mən dövlətin göstərişi ilə edirəm” cavabını verir.
Biləsuvar rayonunun icra başçısı: "Şikayət etsəz də...buna imkan verməyəcək”
Daha konkret desək, Mahir Quliyev bütün qanunsuz əməllərini hakimiyyətdə yüksək vəzifə tutan məmur-oliqarxların ona havadarlıq etdiyini və bütün bunları onların göstərişi ilə etdiyini deyir.
Biləsuvar rayonunun əkinçiləri, heyvandarlıqla məşğul olanları və ziyalılarından Miq.Az-a daxil olan şikayət məktubunda hər şey açıq şəkildə ortaya çıxır.
"Biləsuvar rayonu aqrar rayon olduğu üçün rayonun əhalisi 10 illərdir ki, torpaq sahələrini əkinçilik və heyvandarlıq məqsədi ilə səmərəli istifadə edirlər. Keçmiş illərdə rayon əkinçilik və heyvandarlıq sahəsində qabaqcıl rayonlardan biri olubdur. Bu gündə biz biləsuvarlılar dövlətin hər-hansı bitkiçilik məhsulu əkilməsi barədə göstərişinin icrasına hazır olduğumuza baxmayaraq, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev biləsuvarlıların uzun illər istifadə etdiyi torpaq sahələrini bütün mövcud olan qanunları pozaraq, öz şəxsi mənafeyinə xidmət məqsədi ilə bizlərdən alır. Bununla da o, bizi yeganə dolanışıq mənbəyi olan əkinçilik və heyvandarlıq fəaliyyətimizdən məhrum edir”, - deyə müraciətdə bildirilir.
Sakinlərin sözlərinə görə, hazırda Biləsuvarda insanlar icra başçısı Mahir Quliyevin qanunsuz addımlarından təngə gəliblər. Bunun səbəbkarı isə məhz Mahir Quliyevin vətəndaşlarla münasibətində "qırmızı xətti" keçdiyi ilə əlaqədardır.
Başçı torpaqlarımızı əlimizdən alaraq, bizə deyir ki...
Miq.Az-a göndərilən şikayət məktubunda vətəndaşlar qeyd edirlər ki, Mahir Quliyevin özü hər şeyi onun arxasında dayanan yüksək vəifəli şəxslərin göstərişləri ilə etdiyini deyir: "Torpaqları əlimizdən alaraq, bizə deyir ki, hər şeyi bəzi məmur-oliqarxların göstərişi və dövlət layihəsi adı altında aparır. Bu məsələyə etiraz edənlərə Mahir Quliyev bildirir ki, hara şikayət etsəz də Prezident Aparatında bu məsələnin baxılmasına imkan verilməyəcək. Mahir Quliyevin bu "lahiyəsi” nəticəsində 25 min hektara yaxın əkin və otlaq sahələri biləsuvarlılardan alınaraq, Biləsuvar rayonu ilə heç bir əlaqəsi olmayan bir neçə özünə yaxın adamlar arasında bölüşdürülür. Prezidentin verdiyi göstərişə əsasən növbəti əkin ili üçün 12000 hektar pambıq, 3000 hektar çuğundur əkilməsi məqsədi ilə boş olan sahələr ayrılmasına baxmayaraq, bu ad altında biləsuvarlıların əkin və heyvandarlıq məqsədi ilə istifadə etdiyi əkin və otlaq sahələri Mahir Quliyev tərəfindən alınır. Bizdən qanunsuz alınmış bu torpaqlardan 800 hektar sahədə Mahir Quliyev artıq özü üçün taxıl əkdirib. Hal-hazırda bu işlər davam etdirilir”.
Bu müraciətdən göründüyü kimi, Mahir Quliyev sakinləri yüksək vəzifəli məmurların adından istifadə etməklə qorxudaraq, onların torpaq sahələrində öz məhsulunu əkdirir. Güman ki, o, məhsul dövründə əkdirdiyi sahələrdən götürdüyü məhsulu dövlətə əkinçinin məhsulu adı altında təqdim edəcək və dövlət büdcəsindən ayrılan pulları mənimsəyəcək.
Heydər Əliyevin ideyalarına zərbə... Mahir Quliyev büdcənin pullarını mənimsəməklə, həmçinin, sakinlərin dolanışıq mənbəyini kəsərək, sosial vəziyyətdən əziyyət çəkən narazı kütlə hazırlamaqla yanaşı, birbaşa Prezident İlham Əliyevin siyasətini baltalamaqla məşğuldur. Lakin o, bununla qane olmur və birbaşa Heydər Əliyevin ideyalarına da zərbə vurur.
Biləsuvarlıları narahat edən məsələlələrdən biri də məktəbdə Heydər Əliyevin ideyalarını mənimsəyən şagirdlərin bu ideyalara inamsızlığının yaranmasıdır. "Məktəbdə müəllimlərindən Heydər Əliyev ideyalarını öyrənən şagird icra başçısı Mahir Quliyev tərəfindən əkin sahələrinin zorla əllərindən alınmasına etiraz edən atasının fəryadının canlı şahidi olur. Bu, onlara pis təsir etməklə yanaşı, həm də Heydər Əliyevin ideyalarına inamsızlıq yaradır. Bütün bunların baiskarı isə Mahir Quliyevdir”, - deyə redaksiyamıza daxil olan müraciətdə qeyd olunur.
Prezident İlham Əliyevə ünvanlanan müraciət
Biləsuvar rayonunun əkinçilərin, heyvandarlıqla məşğul olan sakinləri və ziyalıları üzləşdikləri problemlə bağlı Prezident İlham Əliyevə də müraciət ünvanlayıblar.
Baş verənlərin təfsilatı ilə qeyd olunduğu müraciətdə deyilir: "Cənab Prezident! Biləsuvar ictimaiyyətinin aktiv nümayəndələri kimi Sizdən xahiş edirik ki, Mahir Quliyevin ictimai sosial etiraza səbəb olacaq dövlət lahiyəsi adı ilə cənab Prezidentin göstərişi kimi qələmə verdiyi, əslində bir qrup pullu məhdudiyyətsiz səlahiyyət sahiblərinin şəxsi maddi maraqlarına xidmət edən, insanları açıqca etiraza təşviq edən bu qanunsuzluqlarına dur deməklə, qanunun aliliyini təmin edəsiniz”.
Müraciəti imzalayanlar arasında Biləsuvardan olan tanınmış ziyalılar və mədəniyyət xadimləri də var. Növbəti yazımızda Biləsuvar icra başçısının kimə güvəndiyi və hansı məmurların adından istifadə etməsi ilə bağlı vətəndaşların müraciətini də dərc edəcəyik.
Görünən budur ki, Mahir Quliyev üçün nə ziyalı, nə dövlətçilik, nə də dövlət başçısının sosial rifaha yönələn siyasəti əsas deyil. Onun üçün əsas olan öz şəxsi maraqlarıdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
|