Deputatla başçı rayonu pay-pürüş ediblər... - İDDİA
Tarix: 29-03-2017, 08:43 | Çap et
Lənkəran deputatla icra başçısı arasında bölüşdürülüb. Bir cənub şəhərinin ən görməli yerləri, ən mərkəzi əraziləri, ən bahalı və işlək obyektləri iki məmur arasında bölüşdürülüb. Onların mövqeləri də bir-birinə qarşı getmir. Görünür ki, hər ikisi dil tapıb Lənkəranda işləməyin varinatını bilirlər. Söhbət Lənkəranın icra başçısı Taleh Qaraşovla deputatı Hadı Rəcəblidən gedir. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, şəhərin əsas biznes obyektləri icra başçısı ilə deputatın nəzarətindədir. Hərçənd ki, H.Rəcəbli biznesinin olmasını inkar edir. Amma faktiki olaraq Lənkəranda ona və qardaşına aid biznes var. Araşdırma nəticəsində aydın olub ki, uşaq xəstəxanası ləğv edilərək Mərkəzi Xəstəxanaya birləşdirilib. Onun binası isə H.Rəcəblinin qardaşı, Maliyyə İdarəsinin rəisi olan İqbal Rəcəbov tərəfindən özəlləşdirilib. Binanın aşağı mərtəbəsində “Zaminbank” (lisenziyası ləğv olunub), yuxarı mərtəbədə isə restoran, hotel və kafe fəaliyyətdədir. Xəstəxananın həyətində isə təmir işləri davam edir. Daha bir restoranın tikintisinə hazırlıq gedir. Sadəcə, iqtisadi böhran maliyyə rəisi və deputatın büdcəsinə təsir edib. Bu hotelin adı “Mayak”dır və maliyyə rəisinin oğlu tərəfindən idarə olunur. H.Rəcəbli o baxımdan “Mayak”ın ona aid olmadığını söyləyir. Halbuki, bu tarixi binanın özəlləşdirilməsində, hotel və restoranın qurulmasında hərtərəfli iştirakı olduğu bildirilir. Ondan başqa, İ.Rəcəbov köhnə aptekin binasını özəlləşdirib və Maliyyə İdarəsinin inzibati binasına çevirib. İ.Rəcəbov uzun illərdir ki, maliyyə idarəsinin rəisidir. Bu da onun rayon icra başçıları ilə əlbir olmasına imkan yaradıb. O, bir çox icra başçıları ilə işləyib. H.Rəcəblinin qardaşı olduğu üçün vəzifəsində saxlanıb və büdcə vəsaitlərinin talanmasında xüsusi iştirakı olduğu iddia edilir. İcra başçıları da maliyyə rəisindən çox razıdır. Eləcə də hazırkı icra başçısı Taleh Qaraşovun da maliyyə rəisindən işi keçir. Bütün bunlar H.Rəcəbli ilə T.Qaraşovun yollarının toqquşmamasına gətirib çıxarır. Çünki tərəflərin merkantil və iqtisadi maraqları üst- üstə düşür. Məlumata görə, H.Rəcəblinin öz obyekti isə “Palıdlı sahil” istirahət mərkəzidir ki, bunu da rayonda hamı bilir. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, deputatın obyekti Südəmurdov qəsəbəsinə gedən yolda yerləşir və dənizə yaxındır. Burada otaqda bir gecəlik qiymət 50 manatdır. “Mayak”da isə 40 manatdan başlayır və 30 manata da razılaşmaq olar. Beləliklə, Rəcəbovlar Lənkəranı uzun zamandır ki, zəbt etməkdədir. Onların kəndlərdə hektarlarla torpaqları, dükanları, sexləri var. Lənkəranda əsas biznes məkanlarıdan biri də “Xəzər Palace”dır ki, sahibi BDYP-nin şöbə rəisi- ölkədə bütün avtomobil nömrələrinin satışı əlində cəmlənən Müşviq Rəhimovdur. Müşviq Rəhimovla Hadı Rəcəbli biznes şərikliyindən əlavə həm də xalaoğludurlar. Hər halda elektron mediada gedən xəbərlərdə belə deyilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Hadi Rəcəblinin bu var-dövlətə necə sahiblənməsi sual doğurmur. Hər halda həmişə deputat maaşından şikayətlənən və dolanışıqdan gileylənən millət vəkili parlamentdə aldığı əmək haqqı ilə bu biznesi qurmayıb?! Pensiya yaşının artırılmasına haqq qazandıran, müavinətlərin artırılmasına etiraz edən, fikirləri hər zaman qalmaqal yaradan, şəhid ailələri və Qarabağ əlillərini qıcıqlandıran çıxışlar edən H.Rəcəblinin bu obyektləri necə tikdirdiyi məlum məsələdir. "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün", "Şəhid ailələrinə 100 min manat verə bilmərik”, “Qarabağ əlilinə nəqliyyat, dərman niyə pulsuz olmalıdır” " - deyən Hadi Rəcəblinin ailə biznesinə Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri, o cümlədən Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası da daxildir. Oğlanlarından biri, Vüsal Rəcəbli “Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir. Digəri, Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur. Günay adlı qızı Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Lənkəranlı deputatlar arasında turizm biznesi uğrunda qovğa dərinləşib. Hadı Rəcəbli Rüfət Quliyevə rayonda turizm obyektlərini tikməyə imkan vermir. Mənbə qeyd edib ki, H.Rəcəbli ilə R.Quliyevin münasibətləri hər zaman soyuq və məsafəli olub. Turizm maraqları isə həmkarları toqquşdurub. R.Quliyevin Lənkəranda hotel tikdirmək istəyi olduğu deyilir. H.Rəcəbli isə həmkarı ilə münasibətlərinin normal olduğunu açıqlayıb və deyilənləri təkzib edib. “Gündəm-Xəbər”in araşdırması zamanı məlum olub ki, H.Rəcəbli ilə toqquşmayan T.Qaraşov isə Lənkəranda bir qarış yer saxlamayıb. Əraziləri satmaqda Süleyman Mikayılovu da geridə qoyan indiki icra başçısından əhali ciddi şəkildə narazıdır. T.Qaraşov Lənkəran üçün heç bir iş görməyib. Hətta S.Mikayılovun da Ləmkəranda kosmetik də olsa abadlıq işləri həyata keçirdiyi bildirilir. T.Qaraşov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə tikinti işləri bircə gün də ara verməyib. Məlumata görə, xəstəxana qarşısında tikilən obyektlər artıq hazırdır. Yaxın vaxtlarda təmir işlərinin başlanacağı və fəaliyyətinə start veriləcəyi bildirilir. Lənkəran RMX qarşısında bir neçə böyük obyekt inşa olunub və hansı məqsədlə istifadə olunacağı hələ ki, bilinmir. Ehtimal olunur ki, iaşə obyektləri kimi fəaliyyət göstərəcək. Bu ərazini Lənkəranın icra başçısı Taleh Qaraşov satıb. Səhiyyə Nazirliyi də təsdiqləyib ki, ərazi onlara aid deyil və satılmasına Lənkəran RİH icazə verib. Lənkəranlılar şikayət edirlər ki, belə bir qanunsuzluğa yuxarılar necə göz yumur. Tarixdə ilk dəfədir ki, xəstəxananın qabağı satılır və icra hakimiyyəti də heç bir açıqlama vermir. Düzdür, T.Qaraşov hər yeri qarış-qarış satıb və artıq peşkəş etməyə ərazi qalmamışdı. Ancaq xəstəxananın da önünü satacağı yerli sakinlərin ağlına gəlməzdi. Bu dəfə onların ağlına gəlməyən, başına gəlib və icra başçısı aldığı yüz min manatlara görə xəstəxananın qabağını da satıb. Yol isə darısqallaşıb və nəqliyyatın hərəkəti məhdudlaşıb. Lənkəran taleyində Taleh Qaraşov qədər rayonu tar-mar edən ikinci icra başçısı görməmişdi. Hətta indi Süleyman Mikayılova şükür edən rayon sakinləri hazırkı icra hakiminin əməllərindən cana doyub. Çünki Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Əhali həm sosial problemlərdən, həm məmur özbaşınalığından, həm yaşıllıqların məhvindən cana doyub. Uzun müddət Lənkəranın Böyük Bazar yolunun bərbad olması haqda yazıldı. Nəhayət, başdansovdu olsa da yol düzəldildi. Gələn xəbərlərə görə, icra başçısı yolun təmirində də əlini cibinə salmayıb. İddialara görə, bu vəzifəni Lənkəran RMX-nın baş həkiminin boynuna qoyublar və yazıq öz hesabına yolu düzəltdirib. Şəhər sakinləri qeyd edirlər ki, yağmurlu region olduğuna görə burada yağışdan sonra Lənkəran su altında qalır. Çirkab sular və tullantılar şəhərin küçələrinə tökülür. Əhalini yağış sularının axması üçün çoxdan qazılmış açıq xəndəklər xilas edir. Həmçinin, Lənkəranın yolları bərbad gündədir. Rayonda ara məhəllələr cəhənnəmi xatırladır. Mikorayon, Şəhidlər Xiyabanı yolu, Kiçik bazar yolu keçilməzdir. Rayonda heç bir abadlıq işi görüləməyib, yaşıllıqlar salınmayıb, parklar, məktəblər, bağçalarda yenidənqurma işləri aparılmayıb. T.Qaraşovun dövründə Lənkəranda sosial problemlərin həlli də, abadlıq-quruculuq işləri də dondurulub. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə, müsahibə almağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
|