Şabran: Novruz Novruzovun "poeziyasında" nimdaşlaşan rayon - ARAŞDIRMA
Tarix: 11-04-2017, 08:34 | Çap et
Azərbaycanda postneft dövründən – dövlətin büdcədən rayonlara ayırdığı dotasiyalar azaldıqdan sonra bəzi rayonların dəhşətli sosial-iqtisadi vəziyyətləri aşkara çıxdı. Hələ neft erasının bitmədiyi zamanlarda dövlətin rayonların inkişafına ayırdığı milyonlarla vəsaiti müxtəlif maxinasiyalar edərək mənimsəyən yerli məmurlarının tamahkarlığı ucbatından bu gün həmin rayonlarda çox acınacaqlı durum hökm sürür.
Azərbaycanda əhalinin böyük əksəriyyətinin məşəqqətli həyat sürdüyü, bir tikə çörəyə möhtac qaldığı rayonlardan biri də Şabran rayonudur. Uzun illərdən bəri rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından, daha doğrusu başları özlərinin mülklərini, kapitallarını artırmağa qarışdığından bu gün Şabranda kənd təsərrüfatı sahəsi tənəzzülə uğramış, yerli sahibkarlıq məhv edilmişdir.
Rayonda səfalətin tüğyan etməsinə digər səbəb isə rayonun rəhbərliyi arasında davam edən gizli intriqalardır. Qlobal.az İnformasiya Portalının araşdırma qrupu olaraq "Müavini "Qoca çinar" ləqəbli başçını "aşırdır"” başlıqlı ötən yazımızda da qeyd etmişdik ki, sözün əsl mənasında Şabran rayonu Allahın ümidinə buraxılıb. Bu rayonun məmurları sanki özlərinə və qohum-əqrabalarına xidmət etmək üçün vəzifəyə təyin olunublar. Yazımızda rayonun icra hakimiyyətin başçısı Novruz Novruzovla birinci müavini arasında gedən gizli ixtilafın, intriqanın azacıq səbəblərindən yazmışdıq. Hörmətli oxucularımızın nəzərinə çatdıraq ki, Şabran RİH-nin birinci müavini Mehdi Balabəyov həm də YAP-ın Şabran rayon təşkilatının sədri vəzifəsini tutur. Bu yazımızda isə bu iki məmurun şəxsi, vəzifə müstəvisində olan intriqasından yox, Şabranda baş verən qanunsuzluqların, məmur zülmünün yaranma səbəblərinə toxunmağa çalışacağıq. Beləliklə, "şeir qarın doydurmur” Öncə qeyd edək ki, RİH-nin başçısı Novruz Novruzovun Şabrana rəhbərlik etdiyi dövrün 10 il olmasına bir-iki ay qalıb. Novruz müəllim 22 ildir ki, müxtəlif zamanlarda və müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. Rəsmi vəzifəsi ilə yanaşı, həm də bədii yaradıcılıqla da məşğul olur. Məhz bu səbəbdəndir ki, bu gün yoxsulluğun girdabında çabalayan şabranlılar "Novruz müəllimin başı bizə dolanışıq yerləri yaratmağa yox, şeir yazmağa qarışıb” deyirlər. Bizi Novruz müəllimin Şabran rayonu üçün nə etdiyi bədii yaradıcılığından daha çox maraqlandırdığından bu yazımızda rayonda gedən prosesləri işıqlandırmağa çalışacağıq. "Seyidlər qəbiristanlığı”nın söküntüsündən başlayan "siftə” və sahibkarlara qoyulan "şapka” Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub. Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib. İcra başçısının rayonda gördüyü digər "yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub. Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb. Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, "Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: "Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: "Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”. Kənd təsərrüfatı məhv edilən Şabranda başçının fermaları var Bu gün 30 minə yaxın kənd əhalisi olan Şabranda işsizlik pik həddə çatıb. Dövlətin ayırdığı subsidiyalardan və digər güzəştlərdən sadə şabranlıların yararlana bilməməsinə görə bu torpaqlar istifadəsiz buraxılıb. Şabranın 68 kəndinin hamısında demək olar ki, eyni acınacaqlı vəziyyət hökm sürür. Ancaq icra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər. Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır. Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir. İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.
Şabranda hər şey başçı və müavinləri üçündür?! Əlbəttə, yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan "qənimətlər” ədalətli bölünür, müavinlər də "unudulmur”. Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də YAP-ın rayon təşkilatının sədridir. Məlumata görə, Mehdi Balabəyov partiya sədri olmağından sui-istifadə edərək rayon rəhbərliyinə daima təziqlər edib daha çox var-dövlət əldə etməyə çalışmışdır. Məsələn, məlumatlara görə, M. Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır. Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir. Məlumata görə, M. Balabəyovun keçirilən tenderlərdə xüsusi "payı” var. Yeni Azərbaycan Partiyası Şabran rayonunda qürub edir Qeyd edək ki, M. Balabəyovun sədrliyi altında olan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı ölkədə ən zəif fəaliyyət göstərən təşkilatlardan hesab olunur. Belə ki, YAP-ın rayon təşkilatı olaraq əsas qayələrindən biri yetişməkdə olan yeni gəncliyə Ümummilli liderin siyasi fəlsəfəsini- "Azərbaycançılıq ideologiyası”nı aşılamaq olmasına baxmayaraq, demək olar ki, bu istiqamətdə real heç bir iş aparılmır. Məlumatlara görə, partiyanın mərkəzi aparatına verilən hesabatlar reallığı əks etdirmir, ancaq "pripiskalardan” ibarətdir. Məktəblərdə, xüsusən də kənd məktəblərində Ulu Öndərin həyat və fəaliyyəti, müasir Azərbaycan respublikasının yaranmasında və inkişafında göstərdiyi misilsiz fəaliyyəti şagirdlərə aşılanmır. Bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının respublikamızın ərazi bütövlüyü uğrunda apardığı uğurlu siyasi fəaliyyəti barəsində rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında siyasi diskussiyalar təşkil edilmir. Şabran rayonunda Yeni Azərbaycan Partiyasının yerli rəhbərliyi tərəfindən iflic vəziyyətə salınması barədə geniş araşdırmamız olacaq. Qarşı tərəf də münasibət sərgiləyə bilər. Qeyd: Yazı dövri-mətbuatda dərc edilən və Qlobal.az-ın əldə etdiyi digər məlumatlar əsasında hazırlanmışdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|