“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…” - Tikinti bazarı çökür
Tarix: 20-05-2017, 10:38 | Çap et
Manatın devalvasiyası iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşmədiyi kimi, tikinti materialları sektorundan da yan keçmədi. Ötən il Azərbaycanda tikinti sahəsi üçün ən çətin illərdən oldu, demək olar ki, bu sahə tənəzzülə uğradı. Bu il hökumət tikinti sahəsini canlandırmaq üçün müəyyən addımlar atıb. Çünki tikinti sektoru bir neçə sektoru öz arxasınca aparır və bu sahənin canlanması, iqtisadiyyatın bir çox sektorlarının inkişafı deməkdir. Əslində yaz mövsümü tikinti sahəsinin qızğın dövrü hesab olunur. Bəs hazırda tikinti materialları bazarında vəziyyət necədir? Canlanma varmı? Bununla bağlı araşdırma aparmaq üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan “Dərnəgül bazarı”na yollandıq.
“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”
Bazarda isə o qədər sakitçilik idi ki, necə deərlər, milçək uçsa səsi eşidilərdi. Bütün mağazalar açıq olsa da, nə alıcı gözə dəyirdi, nə də satıcı. Müştərisizliyə öyrənmiş satıcılar günlərini mağazanın bir küncündə mürgüləməklə keçirirdilər. Alıcıların, yük daşıyan, yük boşaldan fəhlələrin səs-küyündən, maşınların uğultusundan əsər-əlamət yox idi.
Qarşımıza çıxan ilk mağazanın qapısını döydük. Deyəsən, satıcını şirin yuxudan oyatmışdıq. İçəridən gözlərini ovxalaya-ovxalaya çıxan Yadigar adlı satıcı söhbətə gileylə başladı. Dediyinə görə, yanvar ayından satış tamamilə dayanıb. Aylardır alıcı yoxdur, xüsusən günorta saatlarında bazarda “ölüm sükutu” hökm sürür.
“Bu ilin əvvəlindən demək olar ki, alıcı yoxdur. Oturub neyləyək, bütün günü ya telefonla internetdə qurdalanırıq, ya da içəridə mürgüləyirik. Gələn qiymətləri soruşub gedir, axırıncı dəfə “krupniy” alver elədiyim yadıma gəlmir.
Bazarda durğunluq olsa da, yeni açılan mağazalara da rast gəldik. Təzə təmirli mağazaların içərisində hər şey var idi, çatışmayan bircə alıcı idi. İllərdir tikinti materialları biznesi ilə məşğul olan Nazimin sözlərinə görə, heç vaxt belə durğunluq görməyib. Mağaza mayın 10-dan açılsa da, hələ alıcı olmayıb:
“Neçə ildir işləyirəm, belə şey görməmişdim...”
“Alıcı çox zəifdir, satış azalıb. Mən neçə illərdir tikinti materialları mağazası işlədirəm, hələ belə şey görməmişdim. Yerli mallarda artım yoxdur, amma bununla belə, yaxına gələn yoxdur. Biz ayın 10-dan açılmışıq, amma hələ siftə eləməmişik”, - deyə mağaza sahibi bildirir.
Kafel-metlax satışı ilə məşğul olan satıcılar da alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, gələn də qiymətləri soruşub gedir.
“Qiyməti biz qoymuruq, qiyməti malı gətirənlər qoyur. Biz də hansı qiymətə alırıq, üstünə 40-50 qəpik qoyub satırıq. Bahalı malı ümumiyyətlə, alan yoxdur. Ən çox satılan kafel-metlax məhsulları yerli “Gilan” istehsalı olan ucuz kafellərdir. Bunların qiyməti 9-10 manatdır. Bizdə qiyməti 120 manatdan 400 manata qədər olan mozaikalar var. Bunlar təbii mərmərlərdir. Mən son bir ildə bunlardan ancaq bir dəfə satmışam”, - deyə satıcı Sitarə Rəsulova bildirir.
Satıcı xaricdən gətirilən bütün malların ən azı 6-7 manat bahalaşdığını deyir. Onun sözlərinə görə, ötən il 8 manata alıb 8 manat 50 qəpiyə satdıqları kafel indi 15 manata satılır: “Demək olar ki, iki dəfə bahalaşıb. Biz bunun üstünə nə qiymət qoyaq? Üstəgəl, mağazanın vergisi var, “arenda”sı var, alıcı da yoxdur, işləyə bilmirik”, - deyə satıcı bildirir.
“Qiyməti saxlamaq üçün çəkini azaldırlar, keyfiyyəti salırlar”
Satıcı Feyyaz isə deyir ki, müştəriləri qaçırmamaq üçün satıcılar qiyməti artırmaqdan çəkinirlər. “Yanvar ayından satışımız tam dayanıb. Deyirlər gələn aydan düzələcək, gözləyirik. Firmalar qiyməti tənzimləmək üçün qablaşdırmada çəkini azaldırlar. Bəzən keyfiyyətini aşağı salırlar. Çalışırlar ki, qiymət qaxmasın. Çünki qiymət qalxdıqca müştəri qaçır. İnanın, bəzən sutkalarla alıcı olmur. Bu gün ancaq bir kisə sement satmışıq”, - deyə satıcı narazılıq edir.
Satıcılar deyirlər ki, nisbətən çox satılan tikinti materialı sementdir. Bazarda kisəsi 5-7 manat arasında dəyişir. Mişar daşı 32-35 qəpik, qum, şebenin kubu 16 manat, armaturun tonu 1100-1200 manat arasında dəyişir. Yerli istehsal olan, yerə döşənən daşların kvadrat metri 6 manat 20 qəpikdir. Boyaların litri isə 3 manat 60 qəpikdən başlayaraq 5-6 manata qədər davam edir. Yerli istehsal olan alçipan 7 manat 70 qəpiyə, yerli kafel-metlax yapışdırıcısı 5 manata satılır.
Satıcılar deyirlər ki, son vaxtlar ən çox bahalaşan materiallardan biri də taxtadır. Rusiyadan gətirilən taxtanın kubu əvvəllər 250-280 manata satılsa da, hazırda bu qiymət 300 manatdan bahadır.
Çin, Türkiyə, Almaniya, Rusiya istehsalı olan dam örtüklərinin qiymətləri 5 manatdan başlayır və 18 manata qədər davam edir. Satıcılar deyirlər ki, bu tikinti materialının qiymətləri ötən ilki qiymətlərdən fərqlənmir. Qiymətlərdəki fərq isə örtüyün qalınlığından asılıdır.
Bazarda ən çox tələbat Rusiya istehsalı laminatlaradır. Satıcılar deyirlər ki, müştərilər ucuz olduğuna görə bu məhsulu seçirlər. Laminatlar isə istehsal olunduğu ölkədən və digər keyfiyyətlərdən asılı olaraq 9 manat 50 qəpik-22 manat arasında dəyişir.
Nə cakuzi, nə dəm-dəsgah…
Bazarda hamam aksessuarları satan mağazalarda da alıcıdan çox satıcı gözə dəyirdi. Ən çox müştəri yolunu gözləyənlər isə bahalı hamam aksessuarları, cakuzilər idi. Mağazalarda sadə cakuzinin qiyməti 320 manatdan başlayır. Satıcılar deyirlər ki, ötən illərlə müqayisədə cüzi qiymət dəyişikliyi olsa da, alıcı tapılmır.
Mağazalarda Çin istehsalı olan unitazlar 80-90 matandan başlayır. “Moyka”lar 360 manatdan 800 manata kimi müxtəlif qiymətə satılır.
İnşaat materiallarının satıcıları ilə söhbət zamanı onu da öyrəndik ki, tikinti materialları bahalaşsa da, işçi qüvvəsi ucuzlaşıb. Məsələn, əvvəllər günü 20 manata işləyən fəhlələr indi 15-16 manata işləyirlər.
Tikinti materialları bazarında durğunluq bir neçə il çəkə bilər – Ekspert
Ekspertlər deyirlər ki, adətən tikinti bazarı mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Bu aylarda daxili istehsalda da müəyyən azalmalar müşahidə edilir. Lakin hər il aprel ayında müşahidə olunan canlanma bu il yoxdur, əvəzində aktivlik 12 faiz azalıb. Bunu Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov virtualaz.org-a açıqlamasında bildirib:
“Tikinti materialları sahəsində alqı-satqı çox aşağı düşüb, satıcıların hamısı şikayət edirlər. Bu ən çox xüsusi tikinti təsərrüfatlarında azalmalarla bağlıdır. Tikinti materiallarının əsas alıcı kontingenti fərdi yaşayış evi tikənlərdir. Adətən əvvəlki illərdə aprel ayında biz aktivliyin artmasını müşahidə etmişik. Amma son 1 ayda tikinti materialları bazarında alıcı aktivliyi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz aşağı düşüb”, - deyə ekspert bildirir.
Lakin ekspertlər tikinti materialları bazarındakı hazırki durğunluqla bağlı bədbin düşünürlər. Tikinti bazarında durğunluğun hələ yaxın illərdə də davam edəcəyini gözlənilir. İqtisadçı ekspert Qadir İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, hazırda çox lokal layihələr həyata keçirilir, böyük tikinti layihələri dayanıb.
“Ölkədə mənzil tikintisi sahəsində durğunluqdur. Dövlət sifarişli tikintilər dayanıb. Bu durğunluğun yaxın illərdə davam edəcəyi gözlənilir. Hazırda dövlətin tikinti sektoruna kapital qoymaq imkanları məhduddur. Özəl sektorun isə layihələri davam etdirməyə imkanları yoxdur. Hesab edirəm ki, ölkənin iqtisadi və maliyə bazarında sabitlik yaranana qədər bu vəziyyət davam edəcək”.
Ekspert hesab edir ki, tikinti sektorunda canlanmaya nail olmağın yolu bazara yerli investisiyalar cəlb etməkdən keçir. Yeni investorlar dəvət edərək onlara şərait yaratmaq lazımdır.
Virtualaz.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
|