Ziya Məmmədovun gömrükdəki qohumunun adına rəsmiləşmiş obyekt... - ŞİKAYƏT
Tarix: 24-05-2017, 08:06 | Çap et
DİA.AZ: - Ucar rayon sakinləri tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Ərizədə deyilir:
"Ziya Məmmədovun korrupsiya əməllərindən Azərbaycan nəqliyyatının, yollarının canı qurtarsa da, Ucar rayon camaatı hələ də onun əlində aciz qalıb, zülm çəkirik. Ziya Məmmədova məxsus əmlaklar həddən çoxdur. Bunlardan biri də onun himayəsində olan yaxın qohumunun adına rəsmiləşdirilmiş Ucar Ticarət Mərkəzidir (Ucar kolxoz bazarı ). Bu kolxoz bazarında 100 nəfərin ticarətlə məşğul olması nəzərdə tutulsa da, zorla, məcburiyyət qarşısında qoyularaq 800 nəfər şəxs sıxlıqda, darısqallıqda, zir-zibilin içində alverlə məşğuldur. Hətta sıxlıq o dərəcədədir ki, alıcılar bazara girib-çıxanda əziyyət çəkirlər".
Daha sonra dia-az.life-a daxil olan müraciətdə deyilir: "Bazarın yolunda daima tıxaclar var,səkilər tamam tutulub.Ticarət yerləri satıcılara baha qiymətə icarəyə verilsədə sənəddə qiymət göstərilmir və ya çox az qiymət yazılır ki, buna görə vergidən küllü miqdarda gəlir gizlədilir.800 nəfərin işlədiyi bazarda cəmi 30 nəfərlə əmək müqaviləsi bağlanılmışdır.Yalnız bu 30 nəfər Dövlət Sosial Müdafiə Fonduna pul ödəyir.Buna görə çoxlu sayda insanın əmək hüquqları pozulur.Bzarda ticarət obyektləri heç bir texniki şərtlərə əməl edilmədən qanunsuz inşa edilib.Buna görə ötən il bazarda baş vermiş yanğın zamanı 14 ticarət köşkü içərisindəki satlıq əşyalarla tamamilə yanaraq külə döndü.Çünki düzgün aparılmayan tikintiyə sıxlığa görə yanğın söndürən maşınlar bazara girə bilmədiyi üçün yanğının qarşısı vaxtında alınmadı və nəticədə yanğın qonşu maqazinlərə keçməklə 14 ticarət obyekti yanaraq külə döndü. İş orasıdır ki, Ucar Yanğından Mühafizə Xidməti bu bazara bitişikdir. "Ucar Ticarət Mərkəzi" -nin iş saatları səhər saat 07-00 radələrindən günorta saat 14-00 radələrinə kimidir ki, həmin saatlarda rayon ərazisində baş verə biləcək yanğın hadisəsinin qarşısını almaq mümkün deyil.Çünki "Ucar Ticarət Mərkəzi" -nin yaratdığı tıxaclar, sıxlıq və qanunsuz küçə alveri yaxınlıqda yerləşən Yanğından Mühafizə Xidmətinin yolunu tam olaraq kəsmişdir.Bu çox-çox təhlükəli bir haldır ki, "Ucar Ticarət Mərkəzi" yaratmışdır, daha doğrusu Ziya Məmmədov yaratmışdır.
Həmçinin "Ucar Ticarət Mərkəzi" səhər saatlarında işə başlayarkən yerləşdiyi 28 May küçəsinin avtomobil yolunda və piyada səkisində sıxlıq tıxac yaratdığı üçün yaxınlıqda yerləşən Ucar şəhəri 1 saylı tam orta məktəbin müəllimlərinin və şagirdlərinin dərsə gedib gəlməsi çətinləşmiş buna görə onlar çox əziyyət çəkirlər.Bu acınacaqlı mənzərəyə baxmaq belə dəhşətlidir.
"Ucar Ticarət Mərkəzi" -ndə antisanitariya baş alıb gedir.Köhnə piştaxtalardan istifadə edilir, soyuducular, saxlama anbarları yoxdur, bazarda həddən artıq sıxlıq, darısqallıq var ki, buda tozlanma yaratdığı üçün üstü açıq şəkildə satılan qida məhsulları insanların sağlamlıqlarına ciddi ziyan vurur. Burada zibili bazarın həyətində olan traktor qoşqusuna atılır ki, bununda üstü açıq olduğu üçün ətrafda satılan qida məhsullarının üzərinə küləklə zibili düşür.Qida məhsulları və ət açıq soyuducu olmayan yerdə satılır. Ət satılan yerdə küçə itləri gəzir. İtlər həttda ət kötüyünün üzərinə belə çıxırlar. Antisanitar vəziyyət daha da genişlənmişdir, heç bir tədbir görülmür. Çünki bazarın Ziya Məmmədov kimi himayədarı var.
Ucar Ticarət Mərkəzinin rəhbərliyi vətəndaşların savadsızlığından sui-istifadə edərək işlətmək üçün ticarət köşkləri və ya maqazinləri icarəyə verən zaman onlardan depozit adı ilə küllü miqdarda pul alıb mənimsəyirlər.Həttda sahibkarlıq fəaliyyətini dayandıran vətəndaşlar həmin depozit adı ilə qanunsuz olaraq alınmış pullarını mərkəzin rəhbərliyindən ala bilmirlər.Bu tam cinayət əməlidir ki, "Ucar Ticarət Mərkəzi"-nin rəhbərliyi törədir.Depozit adı ilə alınan həmin pula görə heç bir sənəd tərtib edilmir, müqavilə bağlanılmır və qəbz verilmir .Ancaq gözdən pərdə asmaq üçün özlərinin dəftərlərinə qey edirlər.
Bu Ticarət Mərkəzi Ziya Məmmədovun qohumu Sumqayıt Gömrük İdarəsinin rəis müavini Əlinur Sarıyevin adına rəsmiləşmişdir. Rusiyada bizneslə məşğul olan iş adamı Rahim Əliyev tərəfindən Ucar rayonunun Oğuz küçəsində böyük ərazidə müasir tipli bazar inşa edilsə də, Ziya Məmmədovun təzyiqi, hədə-qorxusu ilə üzləşdiyi üçün işlədə bilmirlər. İş adamı Rahiməli Əliyev üzləşdiyi haqsızlığa görə Azərbaycanı tərk edib getmək məcburiyyətində qaldı. Ziya Məmmədov vəzifədən çıxarılıb zərərsizləşdirilsə də, Ucar rayonunda təsir gücünə malikdir. Biz Ucar rayon sakinləri ümüd edirik ki, Prezident cənab İlham Əliyev öz marağına görə əhaliyə zülm verən Ziya Məmmədovun göstərdiyimiz bu qanunsuzluq əmələrini araşdırıb təcili tədbirlər görülməsinə tapşırıq verəcək.
Ucar rayon sakinləri
Qafarov Azər Ələsgər oğlu (077) 610-11-22 Cəbrayılov Abbas Maarif oğlu Əliyev Vüqar Sabir oğlu Məmmədova Tamara Xəlil qızı Umudova Solmaz Məlik qızı Kamilov Südabə Qulam qızı Babayev Arif Oruc oğlu Qasımova Səkinə Məmməd qızı Fətəliyev Etibar Tahir oğlu İbrahimov Vasif Gündüz oğlu Əliyev Elçin Muxtar oğlu Həsənov Böyükağa Aslan oğlu Kərimova Simuzər Yaqub qızı Gülməmmədova Validə Əlikram qızı Soltanov Faiq Kərim oğlu Nəbiyev İlham Lətif oğlu Tağıyeva Sona Rafiq qızı Mayılov Həsən Qara oğlu Musayeva Asudə Yusif qızı Hüseynov Elşən Sadıq oğlu"
dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
|