Türkiyənin qəbul etmədiyi Peyğəmbər düşmənləri Azərbaycana nə qazandıracaq? - İTTİHAM VAR
Tarix: 27-06-2017, 09:44 | Çap et
Türkiyənin ictimai rəyində “sapık dinçilər” kimi tanınan şəxslər açdıqları iftar süfrəsi ilə özlərini növbəti dəfə rəzil vəziyyətə salıblar.
Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin dini cameəsi tərəfindən qəbul olunmayan “ilahiyyatçılar” – Caner Taslaman, Mustafa İslamoğlu, Mehmet Okuyan və Emre Dormanın iftar süfrəsindən paylaşdıqları fotoşəkil kəskin mübahisələrə səbəb olub.
Türkiyə Basketbolçular Federasiyasının rəhbəri, prezidentin məsləhətçisi Hidayət Türkoğlunun hədis inkarçıları ilə bir süfrə başında oturması ona qarşı mühafizəkar medianın etirazına səbəb olub. Caner Taslamanın evində çəkildiyi bildirilən həmin şəkilə ilk reaksiyanı uzun müddət Ramazan aylarında TRT kanalında yayımlanan iftar verilişinin aparıcısı olmuş Serdar Tuncer verib.
O, özünün “Twitter” hesabında “Deyəsən, Hidayət söhbət edir, Allah təsirini göstərsin”, – deyə yazıb.
Tanınmış ilahiyyatçı Enver Özveren də qeyd olunan mənzərəyə laqeyd qalmayaraq, fikirlərini “Twitter”də “Ya Rəbb! Hədisləri inkar edən Mustafa İslamoğlu-Mehmet Okuyan-Emre Dorman və Caner Taslamana həqiqi Hidayəti nəsib et” formasında ifadə edib.
“İslamçı Hüküm” dərgisinin redaktoru İhsan Şenocak isə fotoşəkildəki şəxslərə ünvanladığı münasibətini daha sərt şəkildə bildirib:
“Məqam və vəzifə sahibləri “Quran müsəlmanlığı”nın arxasında gizlənərək, “Susdurun Peyğəmbəri” deyənlərə “irəli!” deyir. Növbədəyik, Ya Rəbb”.
Maraqlıdır ki, Mustafa İslamoğlunun qızı, eyni zamanda Mehmet Okuyanın gəlini olan Hümeyra Okuyan da sosial şəbəkələrdə gedən bu müzakirələrdən kənarda qalmayıb. Onun atasını müdafiə xarakterli paylaşımı da eyni dərəcədə sərt reaksiyalarla qarşılanıb.
“Dinci Vəhdət” qəzetinin sabiq yazarı Əbubəkir Sifil isə sozügedən fotoşəkillə bağlı fikirlərini bu formada yazıb:
“Danışsam, uşaqların əlləri böyüyür, bir-birilərinə doğru qaçırlar. Sussam, qapımın önündə hər səhər gözləri oyulmuş cəsədlər tapıram”.
Ümumiyyətlə, həmin şəkilə rəy yazanların mütləq əksəriyyəti qeyd olunan iftar məclisinə toplaşanlar haqqında fikirlərini ən sərt formada qələmə alıblar.
Qeyd edək ki, haqqında danışılan məclisdə olanlardan xüsusilə ikisi – Mustafa İslamoğlu və Caner Taslaman Azərbaycan ictimaiyyətinə də müəyyən qədər tanışdırlar. Dini fikirlərinə görə Türkiyədə qəbul olunmayan və “sapık” kimi tanınan bu şəxslər pozucu fəaliyyətləri üzündən özlərini təcrid vəziyyətinə salıblar. Taslamanın evində açılan iftar süfrəsinə onunla həmfikir olan cəmi bir neçə nəfərin qatılması Türkiyədə bu qrupa ictimai münasibətin bariz göstəricisi sayıla bilər. Əslində, o adamlara belə əks münasibət təsadüfən yaranmayıb və bir günün məsələsi deyil. Həmin qrupuun əsas üzvlərindən biri olan Mustafa İslamoğlu Türkiyədə İranın fars-molla rejiminin maraqlarının əsas ifadəçisi hesab olunmaqdadır. Onun Tehrandan aldığı təlimatlar əsasında fəaliyyət göstərdiyi və Türkiyənin dini cameəsində İranın fars-şiə təsirini gücləndirmək istiqamətində çalışdığı hər kəsə məlumdur. Lakin İslamoğluna yönələn nifrət sadəcə, onun dini mövqeyi ilə bağlı deyil. İslamoğlunun tələbə vaxtı uşaqbazlığa görə həbs olunaraq, bir neçə il müddətinə azadlıqdan məhrum edilməsi onun bioqrafiyasının ən rəzil səhifəsi və ona qarşı münasibəti formalaşdıran əsas məqamlardan biridir. Atasının elə buna görə ondan imtina etməsi İslamoğlu haqqında təsəvvürləri tamamlayır. İslamoğlu Suriyada vətəndaş müharibəsinin tüğyan etdiyi və Türkiyənin orada “Fərat qalxanı” kimi olduqca mühüm əməliyyata başladığı bir dönəmdə verdiyi bəyanat onun həqiqi kimliyini bir daha göstərdi.
“Uşaqbaz ilahiyyatçı” Suriyada idarəetmənin İrana verilməsi təşəbbüsü ilə çıxış edərək, Tehranın oyuncağı olduğuna şübhə yeri qoymadı. O baxımdan, Taslamanın evində açılan iftar məclisinə Türkiyənin bir nəfər də olsun normal ilahiyyatçısının və ya filosofunun qatılmamasında qeyri-adi heç nə yoxdur. Nə qədər təəccüblü olsa da, Türkiyədə normal çevrələrin yaxına buraxmadıqları Mustafa İslamoğlu və Caner Taslaman Azərbaycanda ciddi surətdə təşkilatlanmaq, ölkəmizin dindarlarını öz baxışlarına uyğun korrektə etmək iddiasına düşüb. Əlbəttə ki, İslamoğlunun bu işi təkbaşına görməsi onun imkanları xaricindədir. Görünən budur ki, Türkiyədə hər addımda etirazla üzləşən İslamoğlunun Azərbaycanda ciddi səviyyədə himayədarları, o cümlədən, bu fəaliyyət üçün ayrılan ciddi maliyyə var. Belə olmasaydı, o, ölkəmizdə özünə yaxın müəyyən bir çevrə formalaşdırmaz və kitablarını burada nəşr etdirmək fikrinə düşməzdi.
Yenicag.Az olaraq, Mustafa İslamoğlunun öz pozuculuq fəaliyyətini Azərbaycana keçirtmək təşəbbüsləri və bu işdə ona dəstək verən şəxslər-qurumlar haqqında dəfələrlə yazmışıq. Ancaq görünür, İslamoğlu himayədarlarına güvənərək, bu işlərini davam etdirməkdədir. Bu da təəccüblü deyil. FETÖ terror şəbəkəsinin Azərbaycandakı əsas fiqurları düşdükləri cəzasızlıq mühitində sərbəst qaldıqdan bir müddət sonra artıq saymazyana bir demarşa başlayıblarsa, İslamoğlu kimiləri də pozuculuq fəaliyyətlərini genişləndirməyə təbii ki, cəsarətlənəcəkdilər…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|