Eldar Mahmudovla Ziya Məmmədovu birləşdirən “halqa”bilindi - İLGİNC
Tarix: 15-09-2017, 09:10 | Çap et
Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra işsiz qalan Ziya Məmmədov ölkə sərhədlərini aşa bilmir. Sabiq milli təhlükəsizlik naziri, 2015-ci ildə qəfil əməliyyatın sonucu olaraq işsiz qalan Eldar Mahmudovun da eyni vəziyyətdə olması haqda məlumatlar var. Hər iki nazir zamanında hakimiyyət komandasının nüfuzlu üzvlərindən idilər. İndi isə onların hər ikisi işsizdir, rəhbərliyində təmsil olunduqların ölkədə faktiki girova çeviriliblər. Bununla belə, onların aqibətini yaşayan nazirlərin bir çoxunun taleyinə baxanda Ziya Məmmədovla Eldar Mahmudovun durumları o qədər də fəna görünmür.
Ziya Məmmədovun barəsində olan məlumat bundan ibarətdir ki, doğulduğu Ucar rayonundakı villasında günlərini keçirir. Ara-sıra Göyçayda geniş ərazini əhatə edən dəbdəbəli, vertolyot meydançasına malik bağına baş çəkir. Darıxanda Qubaya, oradan da Bakıya gəlib gəzib-dolaşır. Eldar Mahmudovun isə belə hərəkətliliyi haqda məlumat yox dərəcəsindədir. Nardarandakı iqamətgahında komandasının üzvləri olmuş generalların məhkəməsini izləyir. Onun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generalların, şöbə rəislərinin və istintaqçıların işləri üzrə proseslərin yekunlaşmasını gözləyir. Yada salaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində “MTN işi” üzrə bir neçə dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin - MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri yekunlaşmaq üzrədir.
Ziya Məmmədovun həyatını ağırlaşdıran, onu intizarda qoyan məhkəmə işi də var. Amma ölkəmizdə deyil, İsveçdə keçirilir. İsveç prokurorlarının Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürüb. Stokholm bölgə məhkəməsində azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Kanadanın “Bombardier” nəqliyyat şirkətinin İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlovun məhkəməsi davam edir. “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilə səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu. Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Məhkəmə davam edir və davam etdikcə Z.Məmmədovun barəsində də faktların ortaya çıxma ehtimalı qalır.
Zamanında Eldar Mahmudov Ziya Məmmədovun çökdürülməsi üçün çox çabalar göstərib. Onun ətrafında müəmmalı ölüm işləri baş verib, gizli danışıqları mətbuat səhifələrinə çıxarılıb. Yol-yeyinti faktları, böyük korrupsiya əməlləri də mətbuatdan gizli qalmayıb. Eldar Mahmudovun oliqarx-nazirin çökdürülməsi planını gerçəkləşdirmək üçün onun ən yaxın çevrəsinə qarmaq atıb. Amma Ziya Məmmədovu çökdürmək iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə Əli İnsanov, onlardan sonra maliyyə naziri Əvəz Ələkbərov, Fərhad Əliyevi kreslosunda əvəzləyən Heydər Babayevi yıxmaq qədər asan olmadı. Çərxi-fələk başqa cür dövran etsəydi, proseslər Eldar Mahmudovun planları üzrə getsəydi, bu gün nə o, nə də Ziya Məmmədov eyni aqibəti bölüşmürdülər. Hər iki eks-nazir bu gün faktiki olaraq ölkə dustağıdır. Hər iki nazir 500 kilometr uzunu, 500 kilometr eni olan Azərbaycan adlı ölkənin sərhədlərini aşa bilməz.
Bu da yeni dövrün qeyri-rəsmi qətimkan tədbiridir. Gəz dolan, puldan xərclə, amma ölkədən çıxa bilməzsən. Əslində böyük dərddir. Vaxtında şəxsi təyyarəsi olan biri indi ölkədən çıxa bilmir, xaricdəki cəh-cəlalına baş çəkmək imkanından məhrumdur.
Hər iki şəxs nazirlikləri dövründə Azərbaycanın iqtisadi qüdrətinin artmasını önləyən, hər addımda büdcə pullarını ələ keçirməyə hazır mövqedə olublar. Büdcə pulları, sahibkarların talan edilməsindən dolayı böyük varidata sahibdirlər. Ölkədə əldə etdikləri böyük pulları çox-çox uzaq diyarlara aparıb oraların vətəndaşlarına iş yeri, şərait qurublar. Azərbaycanda isə həmin pullarla qurulmalı olan yollar, layihələr batıb, vətəndaşlar işsiz-güc ardınca Rusiya çöllərinə düşüblər.
Bu gün Ziya Məmmədov da, Eldar Mahmudov da ölkə dustağıdır. Onları birləşdirən hazırda budur. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
|