Bu gün MTN hadisələrinin iki ili tamam olur - “Eldar Mahmudovun həbs təhlükəsi hələ də sovuşmayıb, amma...”
Tarix: 17-10-2017, 08:16 | Çap et
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsindən və ardınca MTN-də (artıq ləğv edilib) baş verənlərdən - həbslərə, təmizləmələrə başlanılmasından iki il ötür. Bu müddət ərzində ölkəmizin təhlükəsizlik strukturunda çox ciddi dəyişikliklər oldu. MTN işi ilə bağlı məhkəmələr hələ davam edir, generallar mühakimə olunur, eyni zamanda müzakirələr də bitmir. Buna səbəb də həmin hadisələrlə bağlı çoxsaylı müəmmaların, ziddiyyətli məqamların olmasıdır.
MTN-ə 11 il rəhbərlik edən Eldar Mahmudovun hələ də həbs edilməməsi bir müəmma olaraq qalır.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl son iki ili bu cür dəyərləndirdi: “MTN-in ləğv olunub Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması çox yaxşı hal oldu. Azərbaycanın perspektivi, dünya ilə əlaqələri genişləndikcə kəşfiyyatın ayrı bir struktur olması vacibdir. Bu mənada kəşfiyyatın ayrılması çox yaxşı idi. Yeni rəhbərlik istər Mədət Quliyevin, istərsə də müavinləri və köməkçilərinin simasında olsun, faktiki olaraq sıfırdan başladılar. Nə mənada sıfırdan başladılar? 11 il üç aylıq orada hökm sürmüş - təxminən milis səviyyəsinə endirilmiş bir xüsusi xidmət orqanını yenidən dirçəltmək istər kadr, istərsə də, peşəkarlıq nöqteyi-nəzərindən çox çətindir. Amma bu istiqamətdə yeni rəhbərlik həqiqətən o işləri görür. Ən azı bilirik ki, əvvəlki kimi bir biznesmen qışqırmır ki, məndən kimlərsə pullar aldılar, ən azı xüsusi xidmət orqanının əli ilə. Xalqda inam yaratmaq lazımdır. Təbii ki, əsas istiqamət dövlətin təhlükəsizliyi olmalıdır. Bu istiqamətdə hansı tapşırıqlar varsa, onu yerinə yetirmək lazımdır. Terrorun qarşısını almaq da əsas vəzifəmiz olmalıdır. Bizim ətrafımızda, Yaxın Şərqdə terror tüğyan edir. Son iki ildə terrorçulara qarşı mübarizə çox yüksək səviyyədə gedib. Bəzi terror cəhdlərinin qarşısı alınıb, bəzi terrorçular öldürülüb. Bizə ən böyük təhlükə olacaq İŞİD-lə bağlı əməliyyatlar şəraitinə nəzarət edilir. Mədət Quliyev açıqlama verdi ki, 900 terrorçu var, onlardan 300-ü ölüb, 195-i vətəndaşlıqdan çıxarılıb. Bütün bunlar onu göstərir ki, əməliyyat şəraitinə kifayət qədər nəzarət olunur, informasiya mənbələrimiz var, informasiya mübadiləsi digər dövlətlərlə yaxşıdır. Amma yenə deyirəm ki, sıfırdan başlayıb bunları peşəkar xüsusi xidmət orqanı səviyyəsinə çatdırmaq çətindir. Qarşıda hələ illər var. Arzu edək ki, bizim üçün hər şey yaxşı olsun. Azərbaycanın son iki ili əvvəlki 11 ildən çox-çox yaxşıdır”.
Təhlükəsizlik eksperti E.Mahmudovun həbs olunmamasına da toxundu: “Nəinki cəzalar, prosesin özü böyük narazılıq doğurur. İstintaqın özü, məsuliyyətə cəlb olunanların kifayət qədər olmaması, sona qədər cinayətin açılmaması, mütəşəkkil dəstənin üzvlərinin sona qədər açıqlanmaması, kimlərinsə kənarda qalması, kimlərinsə hələ də meydan sulaması çox böyük narazılıq doğuran səbəblərdir. Bunlar heç bir halda qənaətbəxş sayıla bilməz. Eldar Mahmudovun və istintaq idarəsinin rəisinin kənarda qalması tamamilə düzgün deyil. İttiham olunanlar ittiham tərəfini üzərlərinə çox gəlməkdə qınayır. Amma onlar demək istəyirlər ki, ”siz bilirsiniz yazılmamış qanunları, onun üçün də üzərimizə çox gəlməyə ixtiyarınız yoxdur". Yadınızdadırsa, Akif Çovdarov müstəntiqə demişdi ki, səndən böyüyə zəng vurub deyiblər. Mövcud vəziyyət bundan ibarətdir. Ona görə burada heç bir qənaətbəxş iş yoxdur. Ən çox narazılıq edən zərərçəkənlərdir. Onlar konkret olaraq kimlərinsə cəzalandırılmasını tələb edirlər. Çünki onlar dəqiq bilirlər ki, kim istəyib, nə qədər, özü də kimin adından. İşlər təəssüflər olsun ki, məhkəmədə də yarımçıq şəkildə həyata keçirilir. Bu proseslərdə kölgə istintaq və məhkəmənin üzərinə düşür. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin fəaliyyətinə kölgə sala bilməz. Artıq onların bu qurumda nə təsirləri, nə də adamları var. Eldar Mahmudovun və digərlərinin layiqli cəzalanmaması səbəbindən insanlarda belə fikir formalaşacaq ki, demək, çapıb-talamaq olar, çünki cəza almaya bilərsən. Bu mənada Eldar Mahmudovun azadlıqda olmasının çox mənfi rolu var. Həbs edilən Akif Çovdarov, Səlim Məmmədov kimi şəxslərin məhkəmədə dediklərində ziddiyyətlər yox idi. Onlar, sadəcə, indiyəqədərki məhkəmələrinin bəzilərində söz atırlar ki, bizə qarşı tətbiq etdiyiniz cəza ağır olarsa, bizimlə “düzgün rəftar” edilməsə, biz çox şeyləri aça bilərik. Dəfələrlə bu hədələr olub, Akif Çovdarov, Səlim Məmmədov və Elçin Quliyev tərəfindən. Mənə elə gəlir ki, onlar öz məqsədlərinə də çatdılar. Onlara verilən, istənilən cəzalar olduqca zəifdir, çox yumşaqdır. Onların bu mesajları çox danışa biləcəklərini də sübut etdi. Özü də dedikləri çox açıq mesajlar idi. Eldar Mahmudovun üzərindəki həbs təhlükəsi hələ də sovuşmayıb, amma bu təhlükə yüksək səviyyədə deyil. Təhlükə hələ o həddə çatmayıb ki, o, hər gün həbs olunacağı zamanı gözləsin. Hər şeyi zaman göstərəcək". \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|