"Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir" - Prezident İlham Əliyev
Tarix: 2-11-2017, 08:20 | Çap et
“Bu gün dünyada beynəlxalq hüququn normalarının bərqərar olması gündəlikdə duran ən önəmli məsələlərdən biridir. Əfsuslar olsun ki, bir çox hallarda bu normalar işləmir və kobudcasına pozulur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi buna əyani misaldır”. APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib. Dövlət başçısı bildirib ki, Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır: “İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunub. Bunların sırasında dünyanın aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatların qəbul etdiyi oxşar qərar və qətnamələri göstərmək olar. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir. Erməni işğalına tezliklə son qoyulmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”. Prezident İlham Əliyeb vurğulayıb ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri dərhal icra edilir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələr isə 20 ildən çoxdur ki, kağız üzərində qalır. Bu, ikili standartların göstəricisidir. Bugünkü status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bizim qaçqın və köçkünlərimiz öz ata-baba torpaqlarına qayıtmalı və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.
***
“Azərbaycanın Rusiya və İran ilə ticarət dövriyyəsi 2017-ci ilin yanvar-sentyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Gələcəkdə biz bu müsbət dinamikanı saxlamalı və artırmalıyıq. İrandan və Rusiyadan Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi artır". APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib. Dövlət başçısı bildirib ki, keçənilki Zirvə görüşündən sonra İran şirkətləri Azərbaycanda avtomobil və dərman preparatları zavodlarının tikintisinə iri həcmdə sərmayələr qoyub. Prezident qeyd edib ki, Azərbaycan həm İran, həm də Rusiya ilə öz enerji xətlərini birləşdirib: “Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri birləşdirir. İran-Azərbaycan enerji sistemlərini isə “İmişli-Parsabad” elektrik xətləri birləşdirmişdir. Araz çayında Ordubad və Marazad Su Elektrik stansiyalarının tikintisi haqqında imzalanmış saziş qüvvəyə minib və icra edilir. Ordubad Su Elektrik Stansiyasının tikintisi uğurla gedir”. Dövlət başçısı bildirib ki, nəqliyyat sektorunda üçtərəfli əməkdaşlıq yaxşı nəticələr verir: “Bu il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər inşa edib. Biz, eyni zamanda, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikmiş və istifadəyə vermişik. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb. Bu il üç ölkə arasında dəmir yollarında daşınma tarifləri razılaşdırılıb. Beləliklə, Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib. Bu yol Şimal-Cənub nəqliyyat dəhlizinin önəmli hissəsidir. Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etməyə hazırdır. Artıq İran tərəfi ilə Astara-Rəşt dəmir yolunun tikintisi və avadanlıqla təchiz olunması layihəsi üzrə 500 milyon dollar dəyərində kredit sazişi ilə bağlı danışıqlar bu yaxınlarda uğurla başa çatıb”. Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı-İran sərhədi müasir magistral avtomobil yolu istismara veriləcək: “Bakı-Rusiya sərhədi magistral avtomobil yolunun son hissəsinin inşası da gələn il ən yüksək səviyyədə başa çatdırılacaq. Beləliklə, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan hissəsinin yaradılması prosesi son mərhələyə qədəm qoyub. Şimal-Cənub nəqliyyat dəhlizi bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir”.
***
“Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər sülh, dostluq və əməkdaşlıq dənizidir. Xəzər dənizində sərhəd mühafizəsi işində etibarlı əməkdaşlıq mövcuddur”. APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşündə çıxış edərkən söyləyib. Dövlət başçısı bildirib ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində bu yaxınlarda Bakıda “Dəniz Kuboku - 2017” beynəlxalq yarışları təşkil olunub: “Bundan əlavə, hərbi dəniz qüvvələrimizin gəmiləri qarşılıqlı olaraq dostluq səfərləri həyata keçirirlər. Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, narkotrafik, qaçaqmalçılığa qarşı birgə mübarizə yaxşı nəticələrə gətirib çıxarıb. Bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”. Prezident qeyd edib ki, Azərbaycan sivilizasiyalararası, dinlərarası dialoqun möhkəmləndirilməsi işinə də öz töhfəsini verir: “Bizim təşəbbüsümüzlə 2008-ci ildə başlanan, 100-dən çox müsəlman və xristian ölkəsini birləşdirən “Bakı Prosesi” BMT tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. 2015-ci və 2017-ci illərdə 100-dən çox ölkənin iştirakı ilə Bakıda keçirilən birinci Avropa və dördüncü İslam Həmrəyliyi Oyunları idman yarışları olmaqla bərabər, eyni zamanda, mədəniyyətlərarası dialoqa verdiyimiz növbəti töhfə idi”. Dövlət başçısının sözlərinə görə, İran, Rusiya, Azərbaycan üçtərəfli əməkdaşlığı regionda təhlükəsizliyin, sabitliyin, iqtisadi inkişafın təmin olunmasına xidmət edir: “Bu əməkdaşlıq əyani şəkildə göstərir ki, qonşular arasında münasibətlər necə qurulmalıdır. Biz dostluq və mehriban qonşuluq nümunəsi göstəririk. Bizim əlaqələrimiz qarşılıqlı hörmət, anlaşma, xoş niyyət və dostluq prinsiplərinə əsaslanır. Əminəm ki, üçtərəfli əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
|