Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                 

Fazil Məmmədovun adı “MTN işi”ndə! - İLGİNC
Tarix: 15-01-2018, 08:52 | Çap et
Fazil Məmmədovun adı “MTN işi”ndə!
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov mübhəminə Fazil Məmmədovun da adı əlavə olunub. Hər 2 nazirin işdən qovulmasında əsas səbəb kimi ölkədən bir neçə milyardın çıxarılaraq xaricdəki bank hesablarına, ayrı-ayrı biznes lahiyələrinə, əmlak, yaxta və çoxsaylı qızıl-zinət əşyalarının alınmasına sərf etmələri haqda məlumatlar var. Eldar Mahmudovla Fazil Məmmədovun adının qoşa çəkilməsi də təsadüfi deyil.

Hələ vəzifədə olduqları illərdə bu iki nazirin əlaqəli çalışmaları, aralarında çoxsaylı bağların olması haqda məlumatlar vardı. Diqqətçəkən məqamlardan biri də bu nazirlərin işdən çıxarılmasının da təxminən eyni ssenari üzrə gerçəkləşməsidir. 2015-ci ildə Eldar Mahmudovun vəzifəsindən çıxarılması böyük əksəriyyət üçün günəşli havada ildırım çaxması effektini vermişdi. Ardınca Milli Təhlükəsizlik Nazirliyində başlanan qəfil yoxlamalar Eldar Mahmudovun başının dəstəsi ilə sahibkarlara divan tutması, əmlaklarını, bizneslərini, pul-paralarını əllərindən alması haqda yayılan məlumatları təsdiqləmiş oldu. MTN generalları da daxil olmaqla Mahmudovun 20-dən artıq komanda üzvü həbsə alındı. Həmin günlərdə MTN-in əsas giriş qapısında polis postu belə qoyulmuşdu. Mətbuatda “MTN işi” adını alan bu əməliyyatdan az sonra Eldar Mahmudovun Fazil Məmmədovla əlaqələri üzə çıxdı. Həmin günlərdə xəbərlər yayılmışdı ki, “MTN işi” Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı Vergilər Nazirliyinə də sıçrayacaq. Az keçmədi bu xəbərlər qismən təsdiqləndi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kütləvi həbslər baş tutdu, naziriliyin rəhbər şəxsləri və tebeliçiyindəki qurumların bir çoxunun rəisləri həbsə alındılar. Vergilər Nazirliyində isə həbslər bu şəkildə aparılmadı, kütləvilik olmadı.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad olundu, ardınca Vergilər Nazirliyində ümimi xarakterli araşdırmalar aparıldı. V.Məmmədov istintaqa cəlb edildi, evlərində aparılan axtarış zamanı qiyməti yüz minlərlə dollarla ölçülən ləl-cəvahirat aşkarlansa da, o, həbsə alınmadı. Bilindi ki, Vidadi Məmmədov ilə Eldar Mahmudov əvvəl “OBXSS”də bir yerdə işləyiblər. Eldar Mahmudov nazir postuna əyləşəndən sonra öz kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlayıb. 2007-ci ildə Vidadi Məmmədov Vergilər Nazirliyinə gətirilib və 2012-ci ildə Eldar Mahmudovun əli ilə general rütbəsi alıb. Vidadi Məmmədov Vergilər Nazirliyində uzun illərdən bəri Eldar Mahmudovun adamı kimi fəaliyyət göstərib. Belə məlumatlar vardı ki, iri vergi ödəyicisi olan iş adamlarının dosyelərini də Vidadi Məmmədov MTN-ə ötürüb. Təsadüfi deyil ki, MTN-də əməliyyat baş tutduğu saatlarda Vergilər Nazirliyində də işçiləri bir-bir yoxlamaqla nazirliyin binasından çölə buraxmışdılar. Üzərilərində fleş-kart və digər daşıyıcılar olan işçilərdən alınmışdı.

Belə xəbərlər də vardı ki, Vidadi Məmmədovun nazirlik içərisindəki şəbəkəsinə Nəriman Məcidov rəhbərlik edir. Belə ki, V.Məmmədovun kadrı Elmir Şirinov sərəncama göndərilməsindən sonra nazirlikdə onları təmsil edən Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin şöbə müdiri vəzifəsində olan Nəriman Məcidov qalıb. V.Məmmədovun yetişdirdiyi kadrlardan olan N.Məcidov bundan öncə də Elmir Şirinova bağlı çalışıb. Nazirlik içərisində onun adı V.Məmmədova bağlı Elmir Şirinov qruplaşmasında çəkilib. Mühim işlər üzrə böyük müstəntiq olaraq V.Məmmədova ən çox pul qazandıran şəxs ünvanına sahib olub. Heç bir qanunsuz əməli olmayan sahibkarlar müxtəlif bəhanələrlə istintaqa cəlb olunaraq Vergilər Nazirliyində geniş yayılan “dinmə ver” rüşvət qoparma əməliyyatına cəlb olunublar. Həmin vaxt istintaq Vidadi Məmmədovla bağlı araşdırmalarla məhdudlaşsa da, 2017-ci ilin dekabrında “MTN işi”nin uzantısı Vergilər Nazirliyində rəhbərliyin dəyişikliyi ilə davam etdi.

Fazil Məmmədov postunu itirəndən sonra onun çoxsaylı müşavirlərinin də kresloları yelləncəyə dönmüşdü. 1 ay sonra, 2018-ci ilin yanvarın ilk ongünlüyündə Fazil Məmmədovun kadrlarının ilk partiyası - 64 “açar” fiqur postlarını itirdilər. Təbii ki, Fazil Məmmədovla bağlı məsələ də hələ ki, ilkin mərhələdədir və gözləmək olar ki, tezliklə bu qurumda da səs-küylü həbslərin və qalmaqallı məhkəmə proseslərin şahidi olacağıq. Ölkədə sahibkarlığın onurğa sütununun qırılmasında MTN və Vergilər Nazirliyi əlaqəli işlədiyi də faktiki sübuta yetirilib. Fazil Məmmədovun Vergilər Nazirliyində yaratdığı şəbəkənin ifşa edilməsi prosesi artıq başlanıb. Onların Eldar Mahmudovun çetesinin məşhur üzvləri - generallar Akif Çovdarovun, Elçin Quliyevin, Sübahir Qurbanovun, Teymur Quliyevin, Natavan Mirvətovanın və qurumun vəzifəli şəxsləri Fizuli Əliyevin, Zaur Məmmədovun, Natiq Alıyevin, Fərhad Atayevin, Anar Şirəliyevin, Eşqin Əliyevin, Elşad Əzizov kimi qandallanacağı da gözlənilir. Eynilə Fazil Məmmədovun da ətrafında Eldar Mahmudovdan heç nə ilə fərqlənməyən şəbəkə olub və şəbəkənin də əsas məqsədi sahibkarların müflisləşdirilməsi hesabına milyardlar əldə edib ölkədən çıxarmaqdan ibarət olub. Artıq Vergilər Nazirliyində də MTN-də olduğu kimi total cinayətlərin baş verdiyi barədə hüquq-mühafizə orqanlarının rəsmi məlumatları eşidilir.

Xatırladaq ki, Fazil Məmmədov işdən qəfil çıxarılandan sonra onun ölkədən 4 milyard 500 milyon manat pul çıxarması haqda iddialar yayılıb. Sonrakı məlumatlarda Fazil Məmmədovun ölkədən “qara pul” transferlərində Vergilər Nazirliyinin təhlükəsizlik xidməti rəisi işləmiş Samir Qurbanovun, qardaşı “ATA-Holdinq”in Müşahidə Şurasının üzvü Qafar Qurbanovun və digər qardaşı Rəfael Qurbanovun əlaqələrindən istifadə etdiyi deyilirdi. Bildirilirdi ki, Q.Qurbanov vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biridir. Onun xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olur. “ATA Holdinq”in Müşahidə Şurasının üzvüdür. Həmçinin qeyd olunurdu ki, Fazil Məmmədov Rafael Qurbanovun təşkilatçılıq imkanlarından və əlaqələrindən ölkə xaricində işlərini aşırmaq üçün istifadə edib.

Odur ki, Eldar Mahmudovla Fazil Məmmədovun eyni məhkəmə zalında müttəhimlər kürsünü bölüşəcəklər də istisna deyil. Hələlik isə Eldar Mahmudov mübhəminə Fazil Məmmədovun adı da qarışıb. Qeyri-müəyyənliyin yaxın aylar ərzində çözüləcəyi də gözlənilir.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru