İlahiyyat İnstitutunun yaradılmasının pərdəarxası - xarici faktor
Tarix: 14-02-2018, 08:59 | Çap et
İlahiyyat İnstitutunun yaradılması haqqında ötən həftə imzalanmış sərəncam kuluarlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin səlahiyyətlərinin daha da azaldılması kimi iddialarla müşahidə olunmaqdadır.
Yada salaq ki, sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (bundan sonra Dini Komitə yazacağıq - “YM”) öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Mövzuya diqqəti anlamaq çətin deyil, çünki QMİ-nin nəzdində olan Bakı İslam Universiteti 1994-cü ildən rəsmən fəaliyyət göstərir. 2009-cu ildən Təhsil Nazirliyinin lisenziyası ilə universitetdə bakalavr səviyyəsində dinşünaslıq ixtisası, magistratura səviyyəsində isə dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılır.
Hacı Sabir Həsənlinin rəhbərlik etdiyi universitetdə müəllim heyətinin əksəriyyəti BİU-nun öz məzunlarıdır. Şeyxin rəhbərlik etdiyi QMİ-nin səlahiyyətlərinin azaldılması ötən ilin oktyabrında Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması ilə yenə gündəmə gəlmişdi. Dini Komitənin tabeliyində fəaliyyət göstərən fondun əsas məqsədi ölkədə mövcud dini konfessiyaları dəstəkləmək, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etməkdir.
Proseslərin gedişatı göstərir ki, QMİ Azərbaycanda dini fəaliyyətləri formal olaraq idarəçilikdən uzaqlaşdırılmış durumdadır. Əvvəl böyük məscidlərin idarə edilməsi, bütün məscidlərə axund və imamların təyin olunması, dini günlərin və mərasimlərin elan olunması kimi işlər QMİ-nin əlində idi. İndi isə QMİ məscidlərə təyinatı dövlət orqanları ilə razılaşdırır, dini fəaliyyətlər, dərsliklər, ibadət ocaqları və maarifçi fəaliyyətləri həyata keçirmək kimi görəvlər DQİDK və fond vasitəsilə həyata keçirilir.
Şeyxin “vurulması” iddialarla əlbəttə ki, yeni deyil və QMİ sədri bu kimi söz-söhbətlərlə razılaşmır. Özü də bu mövzuda bir neçə dəfə üstüörtülü də olsa açıqlama verib və səlahiyyətlərinin Dini Komitə ilə bölüşdürülməsi durumundan şikayətçi olmadığına işarə edib.
Hakimiyyətin QMİ-yə münasibətinin dəyişməsinin əlbəttə ki, mühüm səbəbləri var. Əsas səbəb dövlətin dini mühitə tam nəzarəti bir əldə cəmləşdirməsidir ki, QMİ-yə bu cür “müdaxilə” mümkün olmadı. Çünki QMİ də dini mühitə tam nəzarəti həyata keçirmək gücündə deyildi. Dövlətin dəstəklədiyi Dini Komitə isə bu işi uğurla həyata keçirir. QMİ-nin səlahiyyətləri belə demək mümkünsə, daha sivil formada Dini Komitəyə transformasiya edilməkdədir.
Daha bir mühüm səbəb QMİ-nin mühafizəkar olması və dini maarifçilikdə hələ də “İran modelinə” üstünlük verməsi, dünyaya “açılım” etməməsidir. Məsələn, İslam Universitetinin illər keçsə də, nəinki Qafqazda, heç ölkəmizdə qabaqcıl təhsil ocağına çevrilməməsi buna sübut ola bilər.
QMİ illərlə özü kadr yetişdirmək deyil, xaricdə dini təhsil almağa adamlar göndərirdi ki, bunun da bəzi ciddi fasadları meydana çıxdı, hətta hökumət bu təhlükələri önləmək üçün Azərbaycandan kənarda dini təhsil alanlara qadağa tətbiq etməyə məcbur oldu. İndi bu qadağa qismən aradan qaldırılsa da, aydın oldu ki, QMİ yeni dini kadrlar yetişdirmək gücündə deyil və ya bəlkə də bunu hansısa səbəbdən istəmir. Dini Komitə nəzdində yaradılmış yeni təhsil ocağının təsis edilməsinin əsas səbəblərindən biri budur.
Azərbaycanda dini mühitə Səudiyyə Ərəbistanından da ciddi müdaxilələr var. Son illər radikal dini qrupların Bakı və bölgələrdə güclənməsi, təşkilatlanması prosesi gözardı edilməməlidir. Həmçinin, Türkiyədəki nurçuluq cərəyanı da ölkəmizdə ciddi təşkilatlana bildi. Hazırda bu iki cərəyanın fəsadlarını aradan qaldırmaq üçün dövlətin ayrı-ayrı strukturları ciddi fəaliyyət göstərsə də təhlükə tam olaraq aradan qalxmayıb.
Aydındır ki, mediada bu məsələ çox ilgi çəksə də hökumət QMİ sədrini incik salmaq istəmir və Şeyxlə münasibətlərdə nə vaxtsa hər hansı gərginliyin olacağı ağlabatan deyil. Sirr deyil ki, QMİ sədrinin də ciddi rəqibləri var və onlar son illərdə Şeyxi sıxışdırıb mövqelərini zəiflətməyə çalışırlar. Şeyxin tutduğu posta görə hakimiyyət daxilində aşkar rəqiblərinin olduğunu iddiaa etmək olmaz.
Çünki Qafqaz Müsəlmanları İdarəsi bir QHT-dir və nə hökumətdə, nə dövlət postlarında təmsilçiliyi yoxdur. Amma Şeyx özü 30 ilə yaxındır ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm bir fiqurdur (1990-cı ilin yanvar hadisələrindən sonra onun fəallığını yəqin çoxları hələ də unutmayıb - “YM”.) Bu illər ərzində o, “din dövlətdən ayrıdır” desə də, siyasətə qarışıb, birmənalı olaraq, həm mərhum prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyib. Şeyxin Azərbaycan hakimiyyəti yanında həmişə xüsusi çəkisi olub və məhz bu etimadın sayəsində özünü Qafqazın əbədi şeyxi də edə bilib. Səlahiyyətləri azaldılsa da, məhz hakimiyyətin birinci şəxsinin qoruması altında olan Şeyxin tam meydandan çıxarılması mümkünsüz iş kimi görünür.
Şeyxülislamın dövlət ərkanında səlahiyyətləri qalmaqdadır və ona xüsusi status tanınıb. Bundan başqa, Şeyxülislamın postsovet məkanında dini çevrələrə kifayət qədər təsir imkanları var. Belə görünür ki, Şeyx də yaranmış durumun fərqindədir və səlahiyyətlərinin azaldılmasına müqavimət göstərmir. Təki ona toxunmasınlar... “YM”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|