"Onsuz da rayon rəhbərliyi bizə baxmır" - GİLEY
Tarix: 24-02-2018, 09:11 | Çap et
Lerikin Şivlə və Biləvər kəndlərinin sakinləri yenidən ölkə başçısına müraciət ediblər. Onlar yolsuzluqdan əziyyət çəkdiklərini, 3 km yolun hələ də təmir edilmədiyini bildiriblər: "Cənab prezident, problemlə bağlı bir neçə dəfə sizə müraciət etmişik. Mətbuatda da müraciətlərimiz dərc olunub. Sizə və aidiyyəti qurumlara 50-dən çox məktub, teleqram göndərmişik. Amma heç birinə reaksiya verilməyib. Görünür, məktublarımızın sizə çatmasını əngəlləyən şəxslər var. Həmin şəxslər rayon rəhbərliyinin xahişi ilə o məktubların sizə çatmasının qarşısını alırlar”. Şivlə-Biləvər kəndləri həm İkinci dünya müharibəsində, həm də Qarabağ döyüşlərində aktiv iştirak edib, çoxsaylı şəhid və itkin verib. Lakin bu kəndlər hər zaman biganəlik və laqeyd münasibətlə üzləşdiklərini deyiblər: "Cənab prezident, yenidən seçkiöncəsi sizə müraciət edirik. Artıq müraciətimizi rəsmi qaydada poçtla da göndərmişik. Sizin sərəncamınızla kəndimizi yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Şivlə və Biləvər yanaşı yerləşən kəndlərdir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Xahiş edirik ki, müraciətimizi nəzərə alıb bu üç 3 km-lik yolun təmir olunması üçün sərəncam verəsiniz. Onsuz da rayon rəhbərliyi bizə baxmır. Hər yerdə Sizə müraciətimizi bir qrup şəxsin müraciəti kimi təqdim etməklə diqqəti problemdən yayındırmağa çalışırlar”. Sakinlər prezidentə müraciətində rayonun deputatından və icra başçısından da narazılıq ediblər: "Bu adam – (söhbət deputat İqbal Məmmədovdan gedir. red) deputat seçildiyi bu 4 il ərzində bir dəfə kəndə gəlib bizi dinləməyib. Nədir bunu işi-gücü? Vəzifəsinin məsuliyyətini dərk edirmi? Eləmir, onun üçün seçici anlayışı yoxdur. İcra başçısı da baxmır heç bir xahişə. Ona görə də bu problem həll oluna qədər sizdən dəstək istəyəcəyik”. Sakinlər yaxın vaxtlarda yolun çəkiləcəyinə ümidli oldularını da ifadə ediblər. Qeyd edək ki, Lerikin Şivlə və Biləvər sakinləri bir neçə dəfə prezidentə müraciət ünvanlayıblar. Onlar bildiriblər ki, bu kəndləri prezident İlham Əliyevin sərəncamı ilə yeni çəkilən və əsaslı təmir edilən Noda-Şingədulan-Xanagah yolundan 3 km məsafə ayırır. Həmin 3 km yolu isə dəfələrlə kənd sakinləri öz şəxsi vəsaitləri hesabına təmir ediblər. Əsasən də yaz-yay aylarında istifadə olunan yolda yağmurlu havalarda avtomobillərin hərəkəti məhdudlaşır, günlərlə rayon mərkəzinə getmək müşkülə çevrilir. Xüsusən payız-qış aylarında bu yol istifadəsiz hala gəlir. Lerikin bu iki ucqar kəndində 1000-dən çox sakin yaşayır. Bir Milli Qəhrəmanın da bu kənddən olduğunu deyən sakinlər bildiriblər ki, rayon rəhbərliyi tərəfindən həmişə ögey münasibət görüblər. Prezidentə şikayət edən kənd sakinləri deyirlər ki, əsas yola yaxın olan bütün qonşu kəndlərin yollarına qrabil tökülsə də, Şivlə-Biləvərin 3 km-lik yolu rayonda məmurların arasında gedən daxili intriqaya görə baxımsız qalıb. Sakinlər yenə də özləri pul yığaraq, yolu təmir etməyə başlayıblar, amma vəsaitləri çatmayıb. (Mənbə: Tendensiya.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|