Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir - sensasion iddia
Tarix: 15-03-2018, 08:18 | Çap et
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə çıxışlar mərhələsi başa çatıb və son söz mərhələsinə başlanılıb. Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edir.
2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlanan proses məhkəmə müstəvisində yekunlaşmaq üzrədir. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısındadırlar. Sabiq nazirin özü isə istintaqdan, məhkəmədən kənardır. “MTN işi” üzrə məhkəmə proseslərini izləyənlərdə məntiqi sonluğun baş verməyəcəyinə əminlik hər ötən gün artmaqdır. Müşahidələr də göstərir ki, bu əminliyin formalaşmasını şərtləndirən amillər illüziya deyil, tam bir gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumaq gücündədir. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərini hələ də idarə edir, onlara təsir imkanları saxlayır. Sanki Eldar Mahmudov məhkəmədə hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanıb, komanda üzvlərinin əməllərinə adekvat cəzaların verilməsini əngəllyir.
Prezidentliyə namizəd Hafiz Hacıyev deyir ki, belə bir durumun yaranmasının səbəbi bu gün Azərbaycan məhkəmələrində sifariş yerinə yetirənlər dəstəsinin yaranmasıdır: “Bu yaxınlarda mətbuat yazdı ki, Eldar Mahmudov "Nəbatat bağı"nda məhkəmə sədri ilə görüşüb 1 saat müddətində söhbət ediblər. Bu ondan xəbər verir ki, məhkəmələrin də böyük cinayətləri var və Eldar Mahmudovun əlində həmin cinayətlərlə bağlı məlumatlar var. Ona görə də Eldar Mahmudovdan qorxurlar. Onun ətrafından 20-yə yaxın şəxsi tutublar. Aralarından özünü asan da oldu. Sual ortaya çıxır - belə bir halda Eldar Mahmudovun özü niyə azadlıqda qalmalıdır? Onun xaricdə də bəzi dəstələri maliyyələşdirməsi xəbəri var. Bütün bunların araşdırılmasında, yaranan suallara cavab verilməsində hakimiyyət özü maraqlı olmalıdır. Bu işin üstü tam açılmalıdır. Necə ola bilər ki, rəhbər dağıdıb yesin, ətrafını tutsunlar, özü isə ortalıqda gəzib məhkəmə sədri ilə görüşür. Üstəlik, orda-burda xəbər yayır ki, hakimiyyətə gəlirəm. Onun hakimiyyətə gəlməsi yolverilməz və qorxulu bir haldır. Onun işçilərinə münasibətdə məhkəmələrin belə humanist olması səbəbsiz deyil. Sahibkarların var-yoxunu əlindən alıb qabaqlarına keçənin evini yıxıblar. Ölkə banklarını talan ediblər. Kimi istəyiblər izləyiblər, kimi də istəyiblər dinləyiblər. Bütün bunlar qanunsuz olub və şəxsi maraqlara xidmət edib. Dövlətin maraqlarına ciddi zərbə vurublar. Prezident siyasi iradə ortaya qoyub MTN-in altının-üstünə çevirilməsinə ona görə qərar verməyib ki, bu gün hakimlər Eldar Mahmudovun dəstə üzvlərinə 3-5 il cəza verib azadlığa buraxsınlar".
Hafiz Hacıyev deyir ki, Eldar Mahmudov hakimiyyətə gəlməsi ilə bağlı şayiə yaymaqla hakimlərə təsir edir: “Hakimlər düşünürlər ki, Eldar Mahmudov birdən hakimiyyətə gələr, evimiz yıxılar. Ona görə də bu gün də ona xidmət etməkdən çəkinmirlər. Necə olur ki, sıravı bir vətəndaşın səhvi ucbatından törətdiyi cinayətə görə ona 10-15 il cəza verirlər, Eldar Mahmudovun qanunsuz əmrlərini yerinə yetirib milləti zəlil gününə qoyanların cəzası 4-5 illə məhdudlaşır? Bu adamlar 2 ildən artıqdır ki, həbsdədirlər, səhər cəzalarının çəkilmiş hissəsi ilə kifayətlənib azad edilmələri ilə bağlı müraciət edəcəklər. Və onları məhkəmə azad edəcək. Bu ədalət məhkəməsidir? Bu adamlar nazir deməyiblər, komitə sədri deməyiblər, iş adamı deməyiblər, hər kəsi özlərinə tabe etdirib haqq alıblar. Onlara belə yüngül cəzaların verilməsi ilə qətiyyən razılaşmaq olmaz!”
H.Hacıyev Azərbaycanda məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərmədiklərini deyib: “Məhkəmələrin müstəqil olması ilə bağlı deyilənlərlə razı deyiləm. Məhkəmələr qanunsuz işlər gördüklərindən Eldar Mahmudov kimi eks-məmurlardan belə qorxurlar. Düşünürlər ki, qanunsuz işlərini çıxarıb ortaya qoya bilərlər. Düşünürəm ki, bu insanların hamısı vəzifədən getməlidirlər. Eldar Mahmudov Azərbaycandan kifayət qədər böyük pullar çıxara bilib. Ona görə də ölkədə istədiyini edə bilir. Hakimlərin aldığı rüşvətlər, həmin rüşvət hesabına alınan mülkləri, maşınları, torpaq sahələri haqda məlumatlıdır. Hakimlərin kiminlə, harada olmaları haqda xəbəri var. Ona görə də hakim dəstəsi onun qarşısında gözü kölgəlidir. Qorxurlar ki, birdən onlara qarşı kompromatlar ortaya çıxar. Necə ki, başqalarını kompromatlarla şantaj edir, hakimləri də həmin qaydada şantaj edib nəzarətdə saxlaya bilir”.
Hafiz Hacıyev bildirir ki, Eldar Mahmudov şantajla onun komandasının üzvləri olmuş şəxsləri azadlığa çıxara biləcək: “Özü şantajla azadlıqda qala bildi. İndi də həmin yolla onun dəstəsində olanların çölə çıxarılması üçün işləyir. Onun məhkəmə sədri ilə görüşü başqa niyə görə ola bilər? Əslində məhkəmələrdə verilən ifadələr Eldar Mahmudovun özünün içəri atılması üçün kifayət edir. Onun çöldə qalması yaxşı nəticə verməyəcək”.
Hafiz Hacıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsində də Eldar Mahmudovun barmağının olmasını istisna etmir: “Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldı. Hara getdi həmin xüsusi qərardad? Niyə həmin xüsusi qərardadla bağlı heç bir hərəkətlilik yoxdur? Eldar Mahmudovun xofu bu məmurların canından çıxmayıb. Onları işdən uzaqlaşdırıb başqaları ilə əvəzləmək lazımdır. Başqa cür Eldar Mahmudovla, onun dəstəsinin üzvləri ilə bacarmayacaqlar”.
Xatırladaq ki, MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdılar. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|