“Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                     Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib .....                     Yüksək bal toplayan müəllimlərə .....                     Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər .....                     Nə vaxt və kimdən təzminat ala bilərik? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir .....                     “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” .....                     Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                 

"Azəriqaz"da qaz hoqqası... - İTTİHAM
Tarix: 17-04-2018, 09:02 | Çap et
"Azəriqaz"da qaz hoqqası...
Sumqayıtda, paytaxt ətrafında, eləcə də bölgələrdə artıq 4 gündür ki, qaz problemi yaşanır. Demək olar ki, əksər rayonlarda problem bu və ya digər formada özünü göstərir. Bakının Nərimanov, Sabunçu və Xətai rayonları ümumiyyətlə qazsız qalıb. Nəsimi rayon sakinləri də qazsızlıqdan əziyyət çəkiblər.

Səbail rayonunda mavi yanacağın təzyiqi azalsa da, verilişi tamamilə dayandırılmayıb. Amma o qədər zəif olub ki, qızdırıcılar işləməyib. Abşeron rayonunun Masazır qəsəbəsinin qaz abunəçiləri də şikayətçilər sırasındadır. “Mavi yanacaq” poblemi Bakı ilə yanaşı Sumqayıt şəhərində də yaşanıb. Aprelin 16-dan günorta saatlarından etibarən isə bəzi rayon və qəsəbələrdə qaz probleminin qismən həll olunması haqda məlumatlar gəlib.

Qeyd edək ki, abunəçiləri narazı salan bir məqam da var. “Smart kart”larla ödəniş əvvəlcədən edilir. İstehlakçı məhsulun dəyərini əvvəlcədən ödəyir, amma qazsız qalır.
Digər tərəfdən məlumdur ki, ölkəmiz qaz ixracatçısıdır. Müxtəlif illərdə bağlanan müqavilələrlə təbii sərvətimiz İrana, Gürcüstana, Türkiyəyə ixrac olunur.
Rəsmi məlumatlara görə, bu ilin yanvar-mart aylarında Azərbaycandan 938 milyon 931 min kubmetr təbii qaz ixrac olunub. İlin birinci rübündə ixrac olunan təbii qazın dəyəri 168 milyon 372 min ABŞ dolları təşkil edib.

Hətta 2040-cı ilədək Azərbaycandan qaz ixracının hər il 9,1 faiz artacağı bildirilir. Bu Qaz İxrac edən Ölkələrin Forumunun "Global Gas Outlook" hesabatında qeyd olunub.

Hesabata görə, Azərbaycanın qaz ixracı potensialı bugünkü göstəricilərlə müqayisədə 48 milyard kubmetr artacaq.

Belə olan halda bəs biz niyə qazsız qalırıq?

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bildirib ki, qaz borularında yaranan problemə görə Birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib:

“Bu da bəzi yerlərdə “mavi yanacağ”ın verilişiində çətinliklər yaratdığından şəbəkəyə verilən təbii qazın həcmi artırılıb. Qazın həcmi artırıldıqdan sonra qurumun əməkdaşları tərəfindən qaztənzimləyicilər vasitəsilə tənzimlənmə işləri aparıldıqdan sonra fərdi şikayətlər istisna olmaqla mavi yanacağın verilişində hər hansı çatışmazlıq yaşanmır”.

Ötən br neçə gündə havanın kəskin soyuduğunu xatırladan İbrahim Kərbəlayev aprelin 14- 15-i ilə müqayisədə təbii qazın verilişində 2 milyon 856 min kub metr artım olduğunu deyib.

Qazın azaldılmasının yay rejiminə keçidlə bağlı olub-olmamasına gəlincə, “Azəriqaz” rəsmisi bildirib ki, qış-yay rejimlərinə keçıd İstehsalat Bilrliyində şərtidir. İstehlak artdıqca qaz da artırılır.

Bu, rəsmi açıqlamadır. Bəs ekspertlər qaz çatışmazlığını necə izah edir?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında qaz çatışmazlığının səbəbinin qaz itkisi (bir sıra böyük şirkətlər işlətdiyi qazın dəyərini ödəmir, digərləri əlavə xəttdən istifadə edir, borclu qalır və s.- müəllif) ilə bağlı olduğunu deyir. Şəxsi mənbələrindən əldə etdiyi rəqəmlərə əsaslanan Mirvari Qəhrəmanlının sözlərinə görə, mart ayında “Azəriqaz” İstehsalat Birliyinin Bakı regional xidmət sahələrində təqribən 75 min kub metr, (74, 958908), regional xidmət sahələrində isə 36 min kub metr qaz yoxa çıxıb.

Bakı üzrə ən çox itki Sabunçu rayonunda olub – 29 faiz.

Regionlardan isə Lənkəran rayonu öndədir. Burada qazda 17 faiz itki olub.

Ümumiyyətlə, mart ayı üzrə qaz itkisi 111,683,345 kub təşkil edib:

“Güman edirdik ki, bunun cəzasını əhali çəkəcək. Belə də oldu. Seçkidən dərhal sonra əhali qazsız qaldı. Bilirsiniz ki, istehlakçı ilə istehsalçı arasında müqavilə imzalanır. Burada göstərilir ki, istehsalçı qazla təmin edir, istehlakçı isə bunun dəyərini ödəyir. Təəccüblü orasıdır ki, bu vaxtadək heç kim “Azəriqaz”ı öz istehsalçı öhdəliklərini yerinə yetirmədiyi üçün məhkəməyə vermədi. Müqavilədə göstərilir ki, qurum 24 saat abonenti standartlara uyğun qazla təmin edəcək. Hər hansı bir qurum öhdəliyini yerinə yetirməyəndə cəzalanmalıdır. Çoxsaylı qaz istehlakçısı qarşısında “Azəriqaz” öz öhdəliyini yerinə yetirməyib”.

Mirvari Qəhrəmanlı hesab edir ki, bununla əlaqədar əhali məhkəməyə müraciət etməlidir: “Onu da qeyd edim ki, “Azəriqaz” heç vaxt məhkəmələrə pul vermir. Yəni, bu şikayət qəbul olunacaq və baxılacaq. Bunu şəxsi təcrübəmdən bilirəm. Seçkidən sonra bu qədər əhalini narazı salmaq “Azəriqaz”ın siyasətini biruzə verir. Bu, o deməkdir ki, müxalifət lazım deyil. Ölkədə sosial narazılığın yaradılması ən ağır müxalifətçilikdir. Bu oyunlardan sonra “Azəriqaz”ın rəhbərliyi öz kamandası ilə istefa verməlidir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru