KapitalBank belə fırıldaq gəlir... - İTTİHAM
Tarix: 13-06-2018, 09:00 | Çap et
Zaman-zaman bankların vətəndaşlara yaratdığı problemlərlə bağlı bir çox şikayətlər olub. Bankların müştərilərini aldatması, başlarına min cür oyun gətirməsi ilə bağlı mətbuatda kifayət qədər şikayətlər işıqlandırılıb.
Budəfəki şikayət “Kapital Bank”ın məhsulu olan, kredit və taksit funksiyalarını özündə birləşdirən “BirKart” kartındandır.
Yəqin ki, oxucularımızın bir çoxu “BirKart”ın reklamına sosial şəbəkələrdə, bəzi saytlarda və şəhərin müxtəlif yerlərində rast gəlmiş olar.
“Kapital Bank” hər yerdə ağızdolusu “Birkart”ını reklam edərək bu kartın vətəndaşlar üçün səmərəli bir kart olduğunu, bu kartla alış -verişin faizsiz olduğunu, 40 günə qədər faiz tutulmadığını, faiz dərəcələrinin daha az olduğunu və sairəni bəyan edir.
Hətta bu kartı, istənilən bankda əmək haqqı alan şəxslərin, yəni, iş yerində rəsmi qeydiyyatda çalışanların əldə edə bilməsi reklam olunur.
Ancaq əslində reallıq heç də reklam edilən kimi deyil.
“Kapital Bank”dan çoxsaylı şikayətçilərdən biri də “Qafqaz Xəbər Agentliyi”nin baş direktoru Araz Məmmədov olub. Araz Məmmədov “Kapital Bank”da başına gələnləri LEGİON-la bölüşüb: “Mən də bir çox vətəndaşlar kimi bu bankın reklamına inanıb “BirKart” əldə etmək istədim və bu haqda ətraflı məlumat əldə etmək üçün bankın “qaynar xətt”inə zəng etdim. Ancaq qaynar xətdə bununla bağlı heç bir məlumat verilmədi və filiala yaxınlaşmağımı məsləhət gördülər. Mən kartın, bankın , yaşadığım ünvana yaxın olan filialından ala bilib- bilməyəcəyimi soruşdum, operator isə “yox” deyərək şəhərin daha uzaq nöqtələrində olan filiallarını sayaraq ancaq onlara yaxınlaşıb ala biləcəyimi bildirdi. Mən bir neçə saat dəyərli vaxtımı sərf edib qeyd edilən filiala yaxınlaşdım, amma orada mənə verilən cavaba çox təəccübləndim. Bankın əməkdaşı harda işlədiyimi soruşduqdan sonra bildirdi ki, “sizə kart verə bilmərik”. Mən niyəsini soruşduqda isə o bildirdi ki “bizdə xüsusi siyahı var, ancaq o siyahıda olanlara veririk”.
Mən buna etiraz edərək “Axı reklamda belə yazılmayıb, orada qeyd olunub ki, rəsmi qeydiyyatla çalışan istənilən şəxs kartı ala bilər”dedim və soruşdum ki, ”niyə insanları aldadırsız?”. Bank əməkdaşı isə cavab olaraq bildirdi ki, ”bizə belə deyirlər, biz də deyirik”.
“Axı mən bura gəlməmişdən əvvəl opertorla əlaqə yaratdım, soruşdum. Əgər belə idisə niyə bu barədə mənə heç nə bildirmədilər?! Mən bilsəydim bu qədər yolu heç gəlməzdim, vaxtımı da itirməzdim ”,-deyə iradımı bildirdim.
Bank əməkdaşları isə bu haqlı iradlara heç bir cavab vermədilər və ya sadəcə “biz bilmirik” deyə deməklə kifayətləndilər.
Gördüyünüz kimi bu bank vətəndaşları belə aldadır. Hələ üstəlik saytlarında son “iş yerindən staj 3 ay olmalıdır” qeyd ediblər, ancaq banka yaxınlaşanda 6 ay staj tələb edirlər.
Məsələ ilə bağlı əməkdaşımız adıçəkilən bu bankın mətbuat xidmətinin rəhbəri ilə də əlaqə saxlayaraq onun fikirlərini də öyrənib. “Kapital Bank”ın mətbuat xidmətin rəhbəri Pərviz Sədrəddinov bildirdi ki:“Biz o siyahını birdən-birə bazara vermirik. Hər ay o siyahını genişləndirərək ora bir çox şirkətlərin adları əlavə olunur. Nə vaxtsa digər banklardan maaş alanlar da o siyahıda olacaq”.
Müxbirimiz “onda niyə reklam olunur ki, digər bankdan əmək haqqı alanlar da sizdən kart ala bilər” sualını verdikə isə Pərviz Sədrəddinov jurnalistimizi demoqoqluqda ittiham etdi və “siz elə danışırsız ki, elə bil mənim sizə borcum var”,- deyə cavab verdi.
“Sonda isə əməkdaşımızın bildirdiyi iradları Pərviz Sədrəddinov “haqlı iradlardır və bunlar nəzərə alınacaq” deyə bildrib”,- Araz Məmmədov LEGİON-a bildirdi.
Biz də LEGİON.AZ olaraq məsələ ilə bağlı araşdırma apardıq və sosial şəbəkələrdə “Kapital Bank”ın “Birkart”ı ilə bağlı daha çox şikayətə rast gəldik.
Fotolardan da göründüyü kimi “Birkart”dan şikayət edənlərin sayı yüzlərlədir və şikayətlərin əksəriyyəti də eynilə onun yalan reklamından və bankın “faizsiz” adı ilə vətəndaşları aldatmasından bəhs edir.
Maraqlıdır ki, “Birkart”ın reklamında da ziddiyət və yalan var. Belə ki,“Kapital Bank”ın saytında qeyd edilir ki, bu kart kredit və taksit kartıdır , amma “Birkart”ın reklamında yazılıb ki, o kredit kartı yox, taksit kartıdır.
Necə deyərlər şərhə ehtiyac yoxdur…
LEGİON.AZ olaraq həmin şikayətlərin bir hissəsini fotolarda təqdim edirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|