"Metro City Hotel"in sahibi dələduzluqda ittiham olunur... - Müraciət
Tarix: 28-08-2018, 08:50 | Çap et
Bir qrup peşəkar hotel işçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri S.Möhbalıyevdən kömək istəyir
"Metro City Hotel"i təşkil edən bir qrup peşəkar hotel personalı tərəfindən "Təzadlar"ın elektron poçtuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Səttar Möhbalıyevə ünvanlı müraciət daxil olub.
Müraciətdə deyilir:
"Hörmətli Səttar müəllim!
Biz yeni açılacaq "Metro City Hotel"in təşkili və açılışı üçün dəvət edilmişdik. Dəvət edən isə "Azəri Türk Hotellər" qrupunun rəhbəri olmuş Murad adlı şəxsin dostu Mehmet Ayan idi.
Biz hoteldə işləyəcək peşəkar personal yığaraq son ay yarımda gecə-gündüz çalışdıq ki, "Metro City Hotel"in bütün çatışmayan işlərini avqustun 16-a kimi başa çatdıraq. Biz öz şəxsi büdcəmizdən nəqliyyata, qidalanmaya, rabitəyə və s. müxtəlif maddi xərclər tələb olunan yerlərə məsrəf etməklə həvəslə işlədik ki, gələcəkdə burada işimizi rahat davam etdirək.
Çox təəssüflər olsun ki, hotelin açılışına bir gün qalmış (15 avqustda) Murad adlı şəxs "Riyad" mühafizə şirkətinin və əvvəldən planlaşdırdığı işçi əməkdaşlarla birlikdə hotelə daxil olaraq bütün depertament rəhbərlərinə ağır şərtlər irəli sürdü.
Belə ki, personalın iş saatı yükünün 15 saata qədər artırılmasını, məvacibin 50 faiz azaldılmasını və əvvəlcədən təlim və treyninq görmüş peşəkar heyətin ən azı yarısının saxlanmasını depertament rəhbərliyinə tapşırdı. Biz otel sisteminin peşəkarları olaraq belə əsassız və "5 ulduzlu" hotel standartlarına cavab verməyən məntiqsiz tələbə qəti etirazımızı bildirdik. Bu zaman hər gün hotelə gəlib gördüyümüz işlərə "Allah köməyiniz olsun!" deyən şəxs (Murad) bizi tanımadığını və bizə gördüyümüz işlərin qarşılığında heç bir borcunun olmadığını və əlində hazır kadrların olduğunu bildirərək "Riyad" mühafizə şirkətinin əməkdaşlarına dərhal bizi hoteldən uzaqlaşdırılmağımızı əmr etdi. Biz isə qarşılığında belə hotel təcrübəsi kasad olan, mədəniyyəti, qabiliyyəti olmayan Murad adlı şəxslə bir nəfər kimi özümüzə hörmət əlaməti olaraq heç vaxt işləyə bilməyəcəyimizi bildidik. Sonra da əziyyət çəkib «Metro City Hotel»i tam hazır vəziyyətə gətirdiyimiz günlərin haqqının dərhal ödənilməsini tələb etdikdə, Murad "Mən sizi işə dəvət etməmişəm, sizi tanimiram" cavabını verdi.
Muradın əvvəlcədən bizə qarşı planlaşdırdığı bu hərəkəti o anlama gəlir ki, bu adam bizim etibarımızdan və peşəkarlığımızdan süi-istifdə etdikdən, yəni iş başa çatdıqdan sonra o öz təcrübəsiz adamlarını bizim əvəzimizə rəhbəri olduğu hotelə təyin edib hoteli əvvəl və indi idarə etdiyi otellərin – "Hotel 28 Baku", "Gorgud time", "Oscar", "Riva", "Sarg Plaza", "Iva", "Old Baku" kimi hotellərin pis gününə salsın. Yəni o, bizim peşəkarlığımızdan istifadə edərək, sonra da qovmaqla birbaşa dələduzluq etmiş, hətta haqqımızı verməmişdir. Eyni zamanda, adları çəkilən və Murada həvalə edilən bu hotellərdə də xarici vətəndaşları işə qanunsuz cəlb etməklə qul kimi işlətdiyini, vergi və gömrük rüsumlarından yayındığını, təcrübəsiz işçiləri 15 saat az əməkhaqqı ilə işlətməyi nəticəsində xidmət keyfiyyətinin necə aşağı düşməsi nəticəsində hotellərin imiclərini zərbələr altına qoymuşdur.
Hörmətli Səttar müəllim!
Siz bir ağsaqqal olaraq "Metro City Hotel"in vəziyyətilə yerində tanış olmaq üçün son günər etdiyiniz ziyarətlər zamanı özünüz şəxsən bizim gördüyümüz işlərin canlı şahidi olmuşsunuz. Bu barədə nəsə deməyə ehtiyac görmürük. Sadəcə, sizdən bir ağsaqqal kimi xahiş edirik ki, yuxarı dövlət orqanlarına müraciət etməmişdən əvvəl bizimlə Murad arasında olan əməkhaqqı ilə bağlı problemin tezliklə həll olunmasına köməklik göstərəsiniz.
Əvvəlcədən sizə təşəkkür edirik.
Hörmətlə,
"Metro City Hotel"in yaradıcı işçi heyəti olmuş şəxsər: Yaqub Əzizov, Təhmasib Həmidzadə, Rüstəm İbrahimov, Rəfael Rzayev, Nizami Qasımov, Fərid Quliyev, Özal Əliyev, Nəzifə Abbasova, Sevil Hacıyeva və Nəbi İsayev".
Qeyd: Şikayətçilərin redaksiyamıza prezident cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə ünvanlanmış müraciəti də daxil olub. Həmin müraciət çapa hazırlanır.
Şikayətlə bağlı daha geniş yazını "Təzadlar" qəzetinin sabahkı sayında oxuya bilərsiniz. Bizi izləyin.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Bu gün, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Bu gün, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Bu gün, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Bu gün, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Bu gün, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Bu gün, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Bu gün, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Bu gün, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Bu gün, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Bu gün, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Bu gün, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Bu gün, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Bu gün, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Bu gün, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Bu gün, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Bu gün, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Bu gün, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Bu gün, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Bu gün, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Bu gün, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
|