"Nazirliyin sistemini elə qurublar ki..." - GİLEY
Tarix: 9-03-2019, 09:50 | Çap et
DİA.AZ: - Suraxanı rayonun, Yeni Suraxanı qəsəb, Mərkəzi küçə, ev 22-də yaşayan Məmmədova Mətanət Məmməd qızı tərəfindən prezident İlham Əliyevə və bir sıra dövlət qurumlarının rəhbərlərinə şikayət ərizəsi ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"1991-ci ildən 2018-ci ilin iyun ayınadək fasiləsiz olaraq orta və ali təhsilli kadr olaraq işləmişəm. 2001-2018-ci ilədək son iş yerim “Təfəkkür” Universiteti olmuş və məlum hadisələrlə bağlı ixtisar olunmuşam. Müvafiq iş tapa bilmədiyimə görə 2018-ci ilin noyabrından yaşadığım ərazi üzrə Suraxanı rayon Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata götürülmüşəm. Lakin iş olmadığına görə məni peşəyönümü kursuna ( dərziçilik üzrə) rəsmi məktubla yönəltdilər. Budur, 4 ay vaxt keçdi. Bu müddət ərzində dəfələrlə nazirliyikdə qəbullarda oldum, dəfələrlə rəsmi müraciətlər etdim. Nəhayət, bu il fevralın sonunda Bakı Məşğulluq İdarəsindən telefonla bildirdilər ki, “sizin adınıza rayonda pay torpaq olub, ona görə də sizi dərziçilik kursuna cəlb edə bilmərik.” Bakı DMX-nın süründürməçi və bürokrat məmuru bu cavabı heç əsaslandıra da bilmədi. Hansı qanunvericilikdə, hansı təlimatda və yaxud əsasnamədə belə imtinanın cavabı göstərilib, rəsmən təqdim edə bilərsinizmi? Sualına isə cavab ala bilmədim. Axı bu cavab mənə 4 ay əvvəl də verilə bilərdi və qanunvericiliyin hansısa maddəsinə əsaslanaraq rəsmi cavab da verilməli idi. Amma şifahi bürokrat cavabından başqa bu günədək heç bir rəsmi imtina cavabı hələ də təqdim olunmamışdır. Əslində belə cavab nəinki qanunvericiliyə,heç məntiqə də uyğun gəlmir. Nazirliyin rəsmi saytına daxil olub “məktub yazmaq” bölməsinə daxil olub şikayətimi nazirə bildirmək istədim. Amma məktub göndərilmədi. Qeyd edildi ki, ulduzlu xanaları doldurun. Baxmayaraq ki, hamısı doldurulmuşdur. Deməli, nazirliyin internet xakerləri də bu sistemi elə qurublar ki, hər gün nazirliyə daxil olan minlərlə şikayətlərin qarşısı bu formada alınsın. Nazirlik bürokratlarının imtina cavabının motivi isə konkret budur. Mən Nazirlikdə 2-ci otaqda 11 dekabrda rəsmi qəbulda olarkən, müfəttiş Bakı Məşğulluq İdarəsilə telefon əlaqəsi saxlayaraq peşəyönümü üzrə dərziçilik kursuna cəlb olunma ilə bağlı suala yeni ildən sonra cavabı aldı və dekabrın 1-dən kursların artıq başlanmasını bildirdi. Müfəttiş irad bildirdi ki, hər dəfə mən gəlib peşəyönümü kurslarını dərs vaxtı yoxlayanda oradabir qrupda (15-16 nəfər əvəzinə) 2-3 nəfərdən artıq adam görməmişəm.” Bu cavabdan aydın olur ki, nazirliyin peşəyönümünə reallıqda ehtiyacı olanlara qəsdən yer verilmir.Yer yalnız bu işin təşkilatçıları tərəfindən özlərinə uyğun və heç peşəyönümünə ehtiyacı olmayan qohum-qardaş, dost tanışların adlarının kurslara formal yazılmasıilə müdavimlərə dövlət tərəfindən verilməsi nəzərdə tutulmuş yol xərclərinin mənimsənilməsindən gedir. Kim bu fakta inanmırsa bu günə qədər peşəyönümünə cəlb edilmiş minlərlə insanın həqiqətənmi işsiz stasusu olmasını və ya yeni peşə öyrənməsinə ehtiyacın olmasını araşdırıb ciddi korrupsiya faktını ortalığa çıxarmaq olar.Və bu kursları bitirənlərin indiki vəziyyətini öyrənməklə. Mənim kimilərin də qabağına bəhanə qoyurlar ki, bəs sizin rayonda torpağınız olmalıdır. Sizi bu kursa cəlb edə bilmərik. Deməli 19 ildir ki, Bakıda yaşayıb, işləməyimə rəğmən indi gedib torpaqda taxıl əkməyə məcbur olmalıyam. Onda əvvəldən Bakıda əlacsız məskunlaşmış və işləmiş yüz minlərlə insana qarşı qadağa tətbiq edərdiniz ki, sizin rayonda pay torpağınız olduğuna görə Azərbaycanın şəhərlərində yaşamaq və işə düzəlmək hüququnuz yoxdur, eləcə də peşəyönümü kurslarına cəlb edilə bilməzsiniz. Bərəkallah! Qardaşlarım 3il, 4 il Qarabağ müharibəsində iştirak etsin, həyat yoldaşım 4 il AO qulluqçusu vəzifəsini yerinə yetirsin, yeganə oğlum “Aprel döyüşlərində” iştirak etsin axırda işsiz qaldığım, əlacsız olaraq dərziçilik kursuna yazılıb yeni peşə sahibi olmağı mənə çox gördülər. Axı bundan artıq dövlət qarşısında hansı borcları yerinə yetirməliyik ki, ümidlə müraciət etdiyimiz Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxslərin bacısı oğlu, xalası oğlu, qızı, dostu və s. qohum-əqrəbalarından ibarət bürokratları adi bir məsələnin həllinə imkan verməsinlər? Bunun bir adı var. Rüsvayçılıq və rəzalət.
Cənab Prezident, görünən budur ki, Sizin etimad edib 1 il əvvəl göndərdiyiniz nazir cənab Sahil Babayev öz sələfindən qalma hətta cüzi bürokratik problemləri belə həll etməkdə acizlik göstərir. Bu hal çox təəssüfləndiricidir. Odur ki, Sizdən çox xahiş edirəm, ƏƏSMN sistemində ciddi islahatların keçirilməsinə və mənim kimi işsiz və əlacsız insanların haqqına girən süründürməçi məmurların son illərinin fəaliyyətinin araşdırılmasına və hüquqi qiymət verilməsinə göstəriş verəsiniz.Əvvəlcədən təşəkkürlər".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
|