“Amay Abdulla”nın adı yeni qalmaqalda - İTTİHAM
Tarix: 1-04-2019, 09:44 | Çap et
“40 nəfərdən artıq mənzil sahibinin mülkiyyət hüququnu pozaraq onlara satılmış mənzilləri sonradan qanunsuz olaraq təkrarən başqa şəxslərə satıb. Ancaq hələ ki, bu cinayətlərinə görə cəzasız qalır”. Şikayətçi Müşkinaz Məhəmməd qızı Əhmədli “Yeni Müsavat”a ünvanlandığı məktubda belə yazır.
O, “Amay Abdulla” kimi tanınan Abdulla Abdullayevin faktiki sahiblik etdiyi “Xudafərin” MMC tərəfindən inşa edilmiş Binəqədi rayonu, Atatürk prospekti, 3078 A məhəlləsi ünvanında yerləşən yaşayış evindən 3 mənzil aldığını bildirir: “Abdulla Abdullayevin özü ilə razılıq əsasında 6 noyabr 2003-cü il tarixli 147, 148 və 150 saylı alqı-satqı müqavilələri ilə ikisi 3 otaqlı, 1-i isə 4 otaqlı olmaqla 3 ədəd mənzil almışam. Həmin gün hər 3 mənzilə görə cəmi 145 min 977 dollar məbləğində pul ödəmişəm.
Əvəzində mənə MMC-nin möhürü və imza ilə təsdiq edilmiş mədaxil qəbzləri verilib. Sonradan məlum olduğuna görə, “Xudafərin” MMC-nin faktiki rəhbəri Abdulla Abdullayev mənzilləri mənə satdıqdan sonra həmin mənzilləri yeni qanunsuz müqavilələrlə başqa şəxslərə də satıb. Belə ki, 6 noyabr 2003-cü il tarixli 147 saylı alqı-satqı müqavilə ilə mənə satdığı A-5 korpusunun 11-ci mərtəbəsindəki 138.97 kv.m ümumi sahəsi olan 3 otaqlı 21 saylı mənzili 2 avqust 2004-cü il tarixli 310 saylı müqaviləyə əsasən 33 min ABŞ dollarına təkrarən Leyla Sahib qızı Həmidovaya satıb.
Leyla Həmidova mənzilin pulunu MMC-nə həmin müqavilə bağlandıqdan sonra ödəyib. MMC ilə bağladığım 6 noyabr 2003-cü il tarixli 150 saylı müqaviləyə əsasən aldığım yaşayış binasının “C” korpusu, 12-ci mərtəbəsindəki 4 otaqlı ikinci mənzili 31 yanvar 2004-cü il tarixli 261 saylı müqavilə ilə 41 min ABŞ dollarına təkrarən hazırda Göygöl rayon Məhkəməsinin sədri vəzifəsində işləyən Qələmdar Ələmdar oğlu Abbasova da satıb. Qələmdar Abbasov müqavilədə nəzərdə tutulmuş pulu MMC-nə müqavilə bağladıqdan sonra 4 dəfəyə ödəyib. Abdulla Abdullayev tərəfindən mənə satılmış 3-cü mənzil isə sonradan, yəni 1 noyabr 2004-cü il tarixli 315 saylı saxta müqavilə ilə 32 min 658 ABŞ dollarına Alya Ağahəsən qızı Əliyevaya satılıb. Mənzilin əvəzi müqavilə bağlandıqdan sonra ödənib”.
Məktub müəllifi hər 3 mənzilin ona satılması barədə alqı-satqı, pulun hamısının ödənilməsi barədə müqavilələr və mədaxil qəbzləri olduğu halda mənzillərin təkrarən başqa şəxslərə satıldığını yazır: “Abdulla Abdullayevin qanunsuz əməllərinin üstü açıldıqdan sonra əvvəlki 2 mənzilin qeyd olunan şəxslərə guya məndən əvvəl satılması barədə yeni saxta müqavilələr tərtib edilib. Belə ki, 1-ci mənzilin guya daha əvvəl, yəni 4 iyul 2003-cü il tarixdə Leyla Həmidovanın anası Lyuba Axsarovna Həmidovaya satılmasına dair 95 saylı saxta alqı-satqı müqaviləsi yazılıb. Ancaq mənzilə görə pul ödənilməyib. İkinci mənzilin isə Qələmdar Abbasova daha əvvəl, yəni 31 yanvar 2003-cü il tarixdə satılması barədə 43 saylı saxta müqavilə tərtib olunub. Həmin müqaviləyə görə də pul ödənilməyib. Üçüncü mənzillə bağlı hələ ki, Alya Əliyevanın və ya başqa şəxsin adına daha əvvəlki tarixə müqavilə tərtib edilib-edilməməsindən məlumatsızıq. Hazırda Abdulla Abdullayevlə və adlarına qanunsuz müqavilələr tərtib edilmiş Leyla Sahib qızı Həmidova və Göygöl rayon məhkəməsinin sədri Qələmdar Abbasov ilə məhkəmə çəkişmələri gedir.
Binəqədi rayon Məhkəməsi 6 iyul 2018-ci il tarixli 2(001)-3301/2018 saylı qətnamə ilə mənə məxsus olan mənzilin Leyla Həmidova təkrar satılmasını qanunsuz hesab edib və onun adına tərtib edilmiş müqaviləni etibarsız sayıb. Məhkəmə onun anası Lyuba Həmidovanın adına tərtib edilmiş müqavilənin isə lazımı qaydada bağlanmadığını və müqavilənin özündə nəzərdə tutulmuş şərtə görə 3 gün ərzində ödəniş olunmadığından xitam olunduğunu nəzərə alıb. Lyuba Həmidovanın adına tərtib edilmiş saxta müqavilənin rayon məhkəməsinə təqdim edilmiş nüsxəsində onun imzası olmayıb”.
Şikayətçi Abdulla Abdullayevi əlaqələrindən istifadə edərək məhkəmələrdə özünün xeyrinə qərar verdirdiyini yazır: “Abdulla Abdullayevin əlaqələri Leyla Həmidovanın apelyasiya şikayətinə baxılanda kara gəldi. Apelyasiya Məhkəməsinin son vaxtlar qanunsuz qətnamələr çıxarmağa görə sosial şəbəkələrdə məşhurlaşmış hakimi Vüqar Həsənov qanun pozuntularına yol verməkdə heç də Abdulla Abdullayevdən geri qalmadı. “Xudafərin” MMC-nin nümayəndəsi apelyasiya məhkəməsində işə baxılarkən Lyuba Həmidovanın adından mənzilin mənə satılmasından sonrakı tarix, yəni 2 avqust 2004-cü il tarixi qoyulmuş, MMC-də rəsmi qeydə alınmamış ərizə təqdim etdi. Guya həmin ərizə ilə Lyuba Həmidova mənzildən qızının xeyrinə imtina edib və mənzilin önun adına rəsmiləşdirilməsini xahiş edib. Maraqlıdır ki, saxta ərizəni çaşdıqlarından “Xudafərin” MMC-nin deyil, “Xırdalan” MMC-nin adına tərib ediblər. Ərizədə baş direktor kimi yazılmış “Əhmədov İ.Q.” həmin vaxt MMC-nin qanuni təmsilçisi olmayıb. Ərizəyə müqavilənin Lyuba Həmidovanın adından imzalı tərtib edilmiş və çarpaz xətlər çəkilərək “Ləğv edildi” sözləri yazılmış ərizəsinin surətini də əlavə ediblər. Abdulla Abdullayevlə hakim Vüqar Həsənovun bu əlbirliyi nəticəsində rayon məhkəməsinin qətnaməsi ləğv edildi. Mənim müqaviləmin etibarsız hesab edilməsi, mənzilin Leyla Həmidovaya məxsus olması barədə aşkar qanunsuz qətnamə çıxarıldı.
Hakim Vüqar Həsənov işə baxarkən Abdulla Abdullayevin maraqlarını gözləyərək qətnamədə hətta mənzilə görə ödədiyim pulun MMC-dən alınaraq mənə qaytarılmasını da nəzrdə tutmayıb. Belə ağılasığmaz nəticəyə gəlib ki, guya mənzilə görə, ümumiyyətlə, pul ödəməmişəm. Mülki Məcəlləyə və Konstitusiya Məhkəməsi Plenumunun qərarına görə müqavilə etibarsız hesab edildikdə ödənilmiş pul tərəfə qaytarılmalıdır. Hakim Vüqar Həsənov Abdulla Abdullayevin sifarişini yerinə yetirib. Əlbir olub mənzilimi, mənzilə görə ödədiyim pulu əlimdən alıblar.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədrlik edən hakimi İlqar Xələfov da kasasiya şikayətimə baxarkən Abdulla Abdullayevin sifarişi ilə hərəkət elədi. Mülki Kollegiyanın 6 mart 2019-cu il tarixli qərarı ilə kasasiya şikayətim təmin olunmadı. Deyilənə görə, Ali Məhkəmənin hakimlərinə düzgün işləmək tapşırılıb. Ancaq görünür bu tapşırıq Abdullayev kimi şəxslərin marağında olan işlərə aid deyil. Abdulla Abdullayev məhkəmə hakimləri ilə əlbir olub beləcə mənzilimin birini əlimdən aldı, haqqımı yedi. O, təkcə mənim yox, 40 nəfərdən artıq mənzil sahibinin mülkiyyət hüquqlarını pozaraq, onlara satılmış mənzilləri sonradan qanunsuz olaraq təkrarən başqa şəxslərə satıb”.
Şikayətçinin sözlərinə görə, hazırda Binəqədi Rayon Məhkəməsində Qələmdar Abbasovun adına ikinci mənzili ilə bağlı müqavilənin qanunsuz olduğu tamamilə sübuta yetirilib və etibarsız hesab olunub. Amma hakim törədilmiş cinayət barədə qərarla prokurora məlumat verməyib: “Abdulla Abdullayev aldatdığı məhkəmə sədri Qələmdar Abbasov ilə əlbir olub indi də Binəqədi Rayon Məhkəməsinin ikinci mənzillə bağlı xeyrimə çıxardığı qətnaməni ləğv etdirmək istəyir. İşə Bakı Apelyasiya Məhkəməsində işə baxmalı olan hakim Şeyda Məhərrəmova belə güclü qüvvənin qarşısında yəqin ki, tab gətirə bilməyəcək. Apelyasiya Məhkəməsinin sədri də onlara kömək etsə, ikinci mənzilimi də əlimdən alacaqlar.
Təəssüf ki, Abdulla Abdullayevin saxtakarlığının qurbanlarında biri olan hakim, məhkəmə sədri Qələmdar Abbasov da ona qoşulub. Pulunu ondan tələb etmək əvəzinə mənim zəhmətlə qazandığım pul hesabına aldığım halal mənzilimi saxta sənədlərlə əlimdən almaq istəyir. Onlar vəzifələrinə və şəxsi əlaqələrinə güvənirlər. İşi Apelyasiya məhkəməsində, Ali Məhkəmədə öz xeyirlərinə həll etmək istəyirlər”.
Məktub müəllifi ölkə rəhbərliyinə müraciət edərək mülkiyyət hüququnun tapdanmasına yol verilməməsini istəyir.
P.S Abdulla Abdullayevi və yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.(musavat.com)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
• Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16 |
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
|