Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                     NİYƏ 285 MANAT?... .....                     Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? .....                     Vasif Talıbovun yaratdığı PROBLEM... .....                     Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər .....                     Ermənistan ATƏT-ə missiya rəhbəri .....                     Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                 

Deputat qardaşının cinayətlərini “yuyur”? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı
Tarix: 9-04-2019, 08:09 | Çap et
Deputat qardaşının cinayətlərini “yuyur”?
Azərbaycanda bir çox vəzifəli şəxslərin ailə üzvləri və yaxın qohumlarının özlərini “xüsusi imtiyazlı təbəqə” qismində görərək, qanunları veclərinə almamaları, vətəndaşlara qarşı etika və hüquqdan kənar davranmaları haqda az qala hər gün yeni faktlar ortaya çıxmaqdadır.

Çox təəssüf ki, prezident İlham Əliyev keçirdiyi hökumət müşavirələrində və başqa tədbirlərdə məmurlardan və yüksək status sahiblərindən öz ailə üzvlərinin nalayiq hərəkətlərinə son qoymağı dəfələrlə tələb etsə də, bu çağırışın qarşılığında hələ də məsuliyyətsizlikdən əl çəkməyənlər az deyil.
Dövlət başçısının xalqla səmimi təmaslarından, onun tələb və tövsiyələrindən nəticə çıxarmayan məmur qohumları özlərini yenə cəzasızlıq mühitində hiss etməkdədirlər. Media və sosial şəbəkədə bununla bağlı yayılan yeni fakt və məlumatlar belə deməyə tam əsas verir.

Redaksiyamıza da tez-tez analoji müraciətlər daxil olur. Bizə üz tutan vətəndaşlar əksər hallarda məmur və statuslu şəxslərin yaxın adamlarının qanunazidd əməllərindən və onlara qarşı ölçü götürülməməsindən şikayətlənirlər. Yardım və dəstək üçün redaksiyamıza müraciət edən Bakı şəhər sakini, həkim-stomatoloq Məmmədova Sülhiyyə Abid qızı isə Milli Məclisin deputatı Rafael Cəbrayılovun qardaşı, “Dərhal” Mənzil Tikinti Kooperativinin təsisçisi və direktoru Elşən Cəbrayılovun ona qarşı yol verdiyi qanunsuzluqdan şikayətçidir.

Sülhiyyə Məmmədovanın sözlərinə görə, 2009-cu ildə oğlu Fərid Əliyevlə birlikdə iş qurmaq məqsədilə Elşən Cəbrayılovun kooperativinin inşa etdiyi tikilidə qeyri-yaşayış sahəsi əldə etmək üçün 150 min manat ödəsə də, deputatın qardaşı öhdəliyini yerinə yetirməkdən və ona verilmiş pulu geri qaytarmaqdan imtina edir.

Şikayətçi bildirib ki, məsuliyyətdən yayınmaq işində Elşən Cəbrayılova deputat qardaşı Rafael Cəbrayılovun sinif yoldaşı, vaxtilə prokurorluq orqanlarında işləmiş Mirəhməd Abbasov yaxından kömək edir:

“Biznes qurmaq məsələsini ailəvi dostumuz olan Mirəhməd Abbasovla müzakirə etdik. Mirəhməd təkidlə qeyri-yaşayış sahəsi almağımızı, gələcəkdə də həmin sahəni icarəyə verərək, gəlir əldə etmək imkanının olduğunu dedi. Mən ona dost kimi etibar etdiyim üçün Mirəhmədin bu işdə bizə kömək edəcəyi haqda vədinə inandım.

Mirəhməd faktiki olaraq tələbə yoldaşı, deputat Rafael Cəbrayılovla birgə inşa etdirdikləri Novxanı yolu ilə Mehdiabad-Fatmayi yolunun kəsişməsində yerləşən beşmərtəbəli binanın əlverişli variant olması barədə təklif verdi. Həmçinin dedi ki, həmin binalar onlar tərəfindən inşa edilsə də, şirkətin direktoru rəsmi olaraq Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovdur. Mirəhmədin təkidli təklifini qəbul etdik və həmin sahəyə birgə baxış keçirdik. Baxış zamanı həmin binalarda ilkin inşaat işlərinə başlanılmışdı, hətta qeyri-yaşayış sahəsinin ilkin beton-konstruksiya işləri aparılırdı.

Bundan sonra Mirəhmədlə birlikdə “Dərhal” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisinə getdik. Həmin ofisdə Elşən və Mirəhmədə 150 min manat pul verdim və oğlum Fəridin adına müqavilə bağlandı. Həmçinin ödənilmiş pul vəsaitinə dair seriya kassa mədaxil orderinin qəbzi mənə təqdim edildi. Fəridin imzası olmadan Elşən Cəbrayılov tərəfindən imza edilərək möhürlənmiş müqaviləni evə apardım, oğlum Fərid imzaladıqdan bir həftə sonra Mirəhməd gəlib müqaviləni mənim evimdən apardı”.

Şikayətçinin sözlərinə əsasən, oğlu 2010-cu ilin noyabrından, özü isə 2011-ci ilin iyun ayından işləmək üçün Dubaya gedib. Çalışdıqları şirkətin ciddiliyi və özlərinin işlərinin çox olması səbəbindən Azərbaycana tez-tez gəlmək imkanları olmayıb. O ərəfədə ailəvi dostları olan Mirəhmədin qeyri-müəyyən cavabları da şikayətçini şübhələndirib. Sülhiyyə Məmmədova 2016-cı ildə Bakıya gələrək, “Dərhal” MMC-yə artıq pulunu ödədiyi qeyri-yaşayış sahəsinin satışa çıxarıldığını görüb:

“2016-cı ilin dekabrında yaxın qohumumun vəfatı ilə əlaqədar Bakıya gəldim. Mirəhmədlə münasibətlər bir qədər pozulmuşdu, zəngimə cavab vermirdi. İşlərin necə aparıldığına baxmaq üçün 2017-ci il martın 15-də tikinti olan əraziyə gəldim. Mənə məxsus qeyri-yaşayış sahəsinin (Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər şəhərciyi” Yaşayış Kompleksi, əvvəllər 1, hazırda isə 19 saylı bina) yanından keçəndə üzərində “Satılır” elanını, onun altında da əlaqə saxlamaq üçün 055 611 56 35, 077 535 41 17 telefon nömrələrinin yazıldığını gördüm.

Bu məsələni araşdırmaq üçün “Dərhal” MTK-nın ofisinə müraciət etdim. Ofisin Rasim adlı əməkdaşı məsələdən məlumatı olmadığını bildirdi və bu barədə Elşən Cəbrayılova müraciət etməyimi tövsiyə etsə də, onun hazırda ölkə xaricində olduğunu qeyd etdi. Həmin vaxtdan bəri Elşən Cəbrayılovu tapa bilmədim və aldadıldığımı başa düşərək, məhkəməyə müraciət etdim”.

Sülhiyyə Məmmədovanın “Dərhal” MTK-nın sədri Elşən Cəbrayılova qarşı qaldırdığı iddiaya baxan Binəqədi Rayon Məhkəməsi şikayətçinin lehinə qərar çıxarsa da, deputatın qardaşı mənimsədiyi pulu ona qaytarmaqdan hələ də yayınır:

“Məhkəmə 150 000 (yüz əlli min) manat məbləğində pulun “Dərhal” MTK-dan alınaraq, Əliyev Fərid Vaqif oğluna ödənilməsi barədə qərar çıxarıb. Qətnamənin icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsə də, icra məmuru məhkəmə qətnaməsini icra etməkdən yayınır, hakimlərə müxtəlif yollarla təzyiq edilir”.

Elşən Cəbrayılov Azərbaycan Respublikasının adından çıxarılan qərarı nəinki icra etmir, hətta məhkəmə çağırışlarından yayınır və öz himayədarlarının yardımı ilə ölkəni tərk etməyə çalışır. Biznesini Türkiyəyə daşıyan Elşən Cəbrayılov qanunun tələbini yerinə yetirmək, vətəndaşa vurduğu maddi ziyanı ödəmək əvəzinə, xaricə çıxmaq haqqında fikirləşir. Təbii ki, havadarları, başlıca olaraq, qardaşı Rafael Cəbrayılovun da bu məsələdə müstəsna xidmətləri var. Məhz deputatın himayəsi ilə “toxunulmaz” olan Elşən Cəbrayılovla bağlı heç bir qərar icra olunmur”.

Sülhiyyə Məmmədovanın danışdıqlarından belə anlaşılır ki, onlar Mirəhməd Abbasov və “Dərhal” MTK-nın yeganə qurbanları deyillər. Şikayətçi bildirib ki, Mirəhməd Abbasov deputat Rafael Cəbrayılovla yaxın münasibətlərindən istifadə edərək, onun qardaşı “Dərhal” MTK-nın direktoru Elşən Cəbrayılovla əlbir olub digər tələbə yoldaşları, hazırda “Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi də eyni qaydada aldadaraq, pullarını mənimsəyiblər, bu azmış kimi onları müxtəlif yollarla təhdid etməklə borcu ödəməkdən yayınırlar.
İcmal.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru