Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” .....                     Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi .....                     "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." .....                     Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi .....                     Paytaxtda dilimizə sayğısızlıq .....                     Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub .....                     Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə .....                     Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir .....                     Nə üzlə gəlmişdi, nə sözlə getdi .....                     Bərdədə QOÇULUQ EDƏN KİMDİR? .....                     Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var .....                     Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... .....                     Kəlbəcərin azad edilməsindən 4 il ötür .....                     Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir .....                     "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." .....                     Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... .....                     Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT .....                     Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... .....                     Müxalifətin aksiyası dağıdıldı .....                     İlham Məmmədova ağır itki üz verib .....                     Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? .....                     2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... .....                     Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək .....                     "Valideynimin səhhətində olan problemə görə buradayam" .....                     Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? .....                     "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." .....                     Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? .....                     “Başıma o boyda faciə gəldi ölmədim, amma... .....                     "Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                 

Eldar Mahmudovun Londondakı kompromat sandığı - İDDİA
Tarix: 8-06-2019, 09:50 | Çap et
Eldar Mahmudovun Londondakı kompromat sandığı
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik davam edir. 4 il bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyində başlanan qəfil yoxlamalar Eldar Mahmudovun evinin kandarına qədər gedib çıxdı. Ətrafında halqa son həddə qədər daraldı. Mətbuatda Eldar Mahmudovun malikanələrinin, maşınlarının fotoları yayıldı, şaxələnmiş, son dərəcə nataraz biznes şəbəkəsinə aid sənəd-sübutlar ortalığa çıxdı. Ətrafında olan, məlum əməliyyat zamanı həbsə alınanların, yaxasını həbsdə qurtara bilən MTN generallarının da çeşidli mal-mülkləri, cinayət əməlləri haqda xəbərlər bir-birini əvəzlədi.

Həmin günlərdə belə təəssürat yaranmışdı ki, Mahmudovu bir müddət azadlıqda saxlamaqla ona psixoloji təsir göstərilir, oğurladıqlarını qaytarması üçün vaxt verilib. Onun tez bir zamanda həbs ediləcəyi haqda xəbərlər də yayılırdı. Bununla belə, Eldar Mahmudov bu günə qədər ayaqdadır. O, bunu necə bacardı? Eldar Mahmudovu azadlıqda saxlayan nədir?

2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun həbs olunacağına hazırda inanan az tapılar. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqiliyini təsdiqləyirdi.

Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin ilk dəfə istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov həbsə alınacaq. Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, Vüqar Mahmudovun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Ehtimallar vardı ki, sabiq nazirin keçmişdən qalan əlaqələri möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Bütün ehtimallarda Vüqar Mahmudovun yaxasının istintaqçıların əlinə keçməyəcəyi iddiası olsa da, onu həbs edə bildilər.

Belə iddialar var ki, Eldar Mahmudov vəzifədə olduğu illərdə ən müxtəlif üsullardan istifadə etməklə topladığı kompromatları - əsasən gizli videoları, qanunsuz dinləmə yolu ilə əldə edilən səs yazılarını sipər kimi istifadə edir.

Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra onun rəhbərlik etdiyi bandanın təkcə sahibkarları soyub-talamadığı, hələ də tam çevrəsi bilinməyən şəxslər barədə şantaj xarakterli videomateriallar topladığı üzə çıxmışdı.

MTN-in keçmiş zabiti Ərəstun Oruclu mətbuata müsahibəsində demişdi ki, MTN qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. Keçmiş MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını da açıqlamışdı - 2 min 800 şantaj videosu. Ərəstun Oruclu 2800 rəqəminin ona mötəbər mənbələrdən verildiyini diqqətə çatdırmış, lakin başqa detallar haqda danışa bilmədiyini söyləmişdi.

Hələ o dövrdə “Eldar Mahmudov həmin kompromatları harada saxlaya bilər” sualına cavab axtararkən ən çox diqqətçəkən persona sabiq nazirin qudası, hazırda Londonda başı qalda olan Zamirə Hacıyeva oldu. Britaniyada “İzahedilməz Sərvət Sərəncamı” (UWO) tətbiq olunmadığı dövrlərdə Zamirə Hacıyeva faktiki olaraq Azərbaycan hakimiyyəti üçün əlçatmaz idi. Bu gün vəziyyət dəyişib. Hacıyevanın Londonda qalıb-qalmayacağı yaxın 15-20 gün ərzində dəqiqləşəcək. Yada salaq ki, E.Mahmudovun həbs edilməməsi ilə bağlı ən ağlabatan iddialardan biri əlindəki kompromatlar göstərilirdi. Aydındır ki, sabiq nazir əlindəki materialları, onu həbsdən qurtaran videoları ölkə daxilində deyil, xaricdə və ən etibar etdiyi şəxsdə saxlayır. Belə şəxs kimi Zamirə Hacıyeva ən ideal persona kimi görünürdü. Eldar Mahmudovla Z.Hacıyevanı şəxsi tanışlıqları hələ quda olmazdan əvvələ söykənir.

E.Mahmudov 2004-cü ildə nazir təyin olunandan 8 ay sonra - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı baş tutdu. MTN-in gerçəkləşdirdiyi əməliyyat zamanı Hacı Məmmədovun bandası ifşa edildi. Sağ-salamat azad ediləndən sonra Z. Hacıyevanın onun azad edilməsinə rəhbərlik etmiş bir şəxsə dərin minnətdarlıq hissinin olması da təbiidir. Sonradan Mahmudovlarla Hacıyevlərin qohum olmasında bu olayın yer alması ehtimalı da böyükdür. Zamirə Hacıyeva ilə Eldar Mahmudovu yaxınlaşdıran bir qadının girovluqdan azad edilməsi və üzərindən yaranan qohumluq bağlarıdır. Tərəflər bir-birinin inamını, etibarını, etimadını illər əvvəl qazanıb və ötən zaman ərzində qohumluq bağları bu güvəni bir qədər dərinləşdirib.

Bu səbəbdən də kompromatları ən etibarlı şəxslərindən bir olan Zamirə Hacıyevaya verməsi mümkün hesab olunurdu. “İzahedilməz Sərvət Sərəncamı” qəbul ediləndən sonra isə Zamirə Hacıyevanın özünün təhlükəsizliyi son dərəcə laxlamış durumdadır. Belə bir halda Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyada “MEA Capital Limited” adlı maliyyə şirkəti açıb. Bu, sırf bir təsadüfdür söyləmək çətindir. Anar Mahmudovun şirkəti Londonda 2018-ci ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvolik məna daşıyır: Mahmudov Eldar və Anar. Yayılan məlumatlarda deyilirdi ki, pul vəsaitləri- hansı ki, E.Mahmudovun əlinin altında olan poqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb - əsasən bu şirkətdə cəmləşib.

Mümkündür ki, təkcə pul vəsaitləri deyil, kompromat materiallar da Z.Hacıyevadan alınaraq həmin şirkətin seyflərinə doldurulub. Onun kompromat arxivi sahibinin qudasından oğluna dəyişdirməsi də təəccüblü olmamalıdır. Bu halda isə Z.Hacıyevanın Azərbaycan hakimiyyəti üçün əhəmiyyəti azalır, Anar Mahmudov əsas hədəfə çevrilir. Sabiq nazirin oğluna qarşı ittihamların artacağı halda bu ehtimalların reallıqla əlaqələri də dəqiqləşəcək.

Xatırladaq ki, 2017-ci ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Bu gün isə o günlərdə Eldar Mahmudovla bağlı başlanmış proses dayandırılmış duruma gəlib. Səbəbin kompromat sandığında gizləndiyi ehtimalları da qalmaqdadır.
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Milli Məclisin vəzifəli şəxsi qəfil ürəktutmadan vəfat etdi - FOTO
Bu gün, 09:17
Paytaxtda dilimizə sayğısızlıq -qanunu pozanlar niyə cəzalandırılmır?
Bu gün, 09:16
Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15
Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13
Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11
Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10
Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08
Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00
Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56
Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53
Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52
"Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51
Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43
Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36
Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30
Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24
İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36
Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33
2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30
Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23
"Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09
Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04
"Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40
Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34
“Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru