Eldar Quliyevin “seçki texnologiyaları” - Komandasından eks-deputata “ayı xidməti”
Tarix: 28-01-2020, 09:45 | Çap et
2000-ci ildən Azərbaycan parlamentində kök salan “Azərittifaq” şefi Eldar Quluyev 6-cı çağırış Milli Məclis üzvlüyünə də iddialıdır. 4 dönəm deputat olsa da, əsl işi ilə bağlı biznes çevrələrində daha məşhur olan bu iş adamını MM-də 3 dəfə təmsil etdiyi 28 saylı Sabunçu III Seçki Dairəsinin əksər seçiciləri tanımır. Səbəb aydındır - o, deputat mandatına millətə vəkillik üçün səlahiyyət sənədi kimi yox, ucu-bucağı bəlli olmayan biznes imperiyasına qalxan kimi baxır.
Ötən dəfələrdə olduğu kimi, Eldar Quliyev bu dəfə də seçki prosesinə saxtakarlıqla başlayıb. Bəlli olduğu kimi, ölkə qanunvericiliyi ali məktəb rektoru olan şəxslərə deputatlığa iddianı qadağan edir. Qanunun bu tələbi hətta BDU-nun rektoru Abel Məhərrəmov üçün də pozulmadı. Eldar Quliyev rəsmən Kooperasiya Universitetinin rektorudur. Yanvar ayının 10-da rektor kimi sənəd də imzalayıb. Ancaq deputatlığa namizədliyini irəli sürüdüyü sənədlərdə iş yerini MM-in deputatı, Aqrar Siyasət Komitəsinin sədr müavini kimi təqdim edib.
Bəlli olduğu kimi, Milli Məclis üzvlüyünə iddialı şəxslər və ya onların səlahiyyətli nümayəndələri seçki prosesinə qatılmaq üçün ərizələrini Dairə Seçki Komissiyalarına təqdim edirlər. 28 saylı DSK-nın sədri Hacıbala Babayev Eldar Quliyevin yaxın dostudur. Ötən seçkilərdə də DSK sədri olan bu şəxsin seçki dairəsinə aid olan Maştağa qəsəbəsində Eldar Quliyevin istixanalarına rəhbərlik etdiyini kənd sakinləri yaxşı bilir. Həmin istixanalarda yalnız kənd təsərrüfatı məhsulları və gül yetişdirilmir. 2017-ci ildə Hacıağa Babayevin qardaşı oğlu Fuad Babayevə məxsus bağ evindəki istixanadan külli miqdarda narkotik maddə aşkarlanmışdı. Dərhal həbs edilən Fuad Babayev hansısa gizli əlin sayəsində cəmi 1 il sonra azadlığa çıxdı... Üzərindən 1-2 qram narkotik tutulan şəxslərə 4-7 il azadlıqdan məhrumetmə cəzası verildiyi halda, Fuad Babayevin 1 ildən sonra azadlığa çıxmasını Maştağa kəndinin bütün sakinləri onun əmisi olan DSK sədri ilə deputat arasında yaxın münasibətlərə bağlayır.
Eldar Quliyev bu zamana qədər seçkiyə faktiki rəqibsiz gedib. Meydanın tək oyunçusu kimi seçki kampaniyası zamanı xüsusi “gücə düşməyən” deputat bu dəfə çətinliklər yaşayır. Məsələ burasındadır ki, Prezident İlham Əliyevin Azərbaycanda islahat dalğası başlatması, Milli Məclisin yeni tərkibinin islahat siyasətinə cavab verəcək şəkildə formalaşdırmaq iradəsini ortaya qoyması ölkədəki proqressiv qüvvələri hərəkətə gətirib və bu dalğada Maştağa kəndinin yetirməsi, tanınmış jurnalist Aygün Muradxanlı (Süleymanlı) eyni dairədən parlament üzvlüyünə namizədliyini irəli sürüb.
25 ildən artıqdır ölkənin aparıcı media orqanlarında çalışan, ciddi nüfuza sahib, media və dövlət qarşısında xidmətlərinə görə Prezidentin mənzillə mükafatlandırdığı Aygün Muradxanlı kimi rəqibin meydanda olması Eldar Quliyev və komandası üçün gözlənilməz olub. Bunu Eldar Quliyevin son addımlarından da görmək mümkündür. Eldar Quliyev faktiki olaraq tanımadığı seçicilərlə təmas qurmaq üçün bütün mümkün vasitələrdən istifadə edir, hətta bu addımların çoxunun ciddi qanun pozuntusu olduğunu nəzərə almadan.
Demək olar, hər gün onun seçki ofisinin rəhbəri (o, Eldar Quliyevin köməkçisidir) Yaşar adlı şəxsin birbaşa rəhbərliyi ilə Maştağa, Bilgəh, Nardaran, Zabrat kəndinin aztəminatlı ailələrinə ərzaq göndərilir. Təxminən 10 manatlıq ərzaq qarşılığında seçicilərdən şəxsiyyət vəsiqələri tələb olunur. Vəsiqələrin geriqaytarılma mexanizmi yəqin ki, dünyanın ən ünlü seçki texnoloqlarının da ağlına gəlməz... Seçici aid olduğu əraziyə gəlməli, konkret şəxsdən vəsiqəni və kamerası açıq telefonu götürməli, götürərək məntəqəyə səsverməyə getməli, bülletendə Eldar Quliyevin adını işarələdikdən sonra şəklini çəkməli və çıxışda telefonu həmin şəxsə qaytarmalıdır.
Daha bir “seçiciləri həvəsləndirmə aksiyası” onlara 20 manatlıq əskinaslar paylanmasıdır. Vətəndaşlar Eldar Quliyevin “çapar”ları vasitəsilə bəlli çayxanalara çağırılır. Yenə də şəxsiyyət vəsiqələri girov götürülməklə vətəndaşlara 20 manat verilir. Şəxsiyyət vəsiqəsinin girovluqdan azad edilməsi texnoligiyası kasıb ailələrin 10 manatlıq ərzaqla ələ alınması texnologiyasının sonluğu ilə eynidir.
Sadalananlar Eldar Quliyevin bir qədər “sivil” mübarizə metodlarıdır. O, seçkidə “təmiz qələbə” üçün rəqibi ilə çalışan şəxslərə ən kobud formada təzyiq göstərməkdən, hətta onları girov götürməkdən də çəkinmir. Aygün Muradxanlının seçki ofisində çalışan 10-a yaxın şəxs bugünə qədər zorla – özlərinə və ailə üzvlərinə təzyiq göstərilməklə Eldar Quliyevin ofisinə çağırılıb, saatlarla orada saxlanıb. Seçici üzünə çıxmayan Eldar Quliyev onların bəziləri ilə şəxsən söhbət edib. Ala bildiklərini pulla alıb, ala bilmədiklərinə hədə-qorxu gəlib. Əsas hədəf Maştağa Mədəniyyət Evində görüşü təşkil edənlər olub. Onlardan görüşə gələcək insanların siyahısı tələb edilib, hər 4 kəndə həmin şəxslərin arxasınca adamlar göndərilib. Onları qapıdan qaytaranlar “inzibati resursların” qəzəbinə gəlməklə hədələnib.
Görüş keçirilən gün Mədəniyyət Evinin yaxınlığında dayanan şəxslər görüşə gələnlərə tədbirin təxirə salındığını deyib, onları geri qaytarıb. Bütün təzyiqlərə baxmayaraq, Eldar Quliyevin təxribatları baş tutmayıb və görüş 200 nəfərin iştirakı ilə keçirilib.
Eldar Quliyevin görüşü isə seçki qərargahının, DSK sədrinin birbaşa iştirakı ilə təşkil olunur. Maştağanın bütün inzibati resurslarının cəlb edilməsilə keçirilən 18 yanvar görüşü kəndlilərin yaddaşında “20 manatılq görüş” kimi qalıb. Kənd sakinləri danışır ki, həmin gün poliklinikada xəstələr həkim, şagirdlər müəllim axtarışına çıxıb. Xüsusi tapşırıqla 20 manat qarşılığında həkimlər, tibb bacıları, orta məktəb işçiləri kütləvi şəkildə Eldar Quliyevlə görüşə gətirilib. Zal o qədər doldurulub ki, görüş yox, bazar effekti yaranıb və təşkilatçılar “seçicilər”in mümkün qədər seyrəlməsini – zaldan çıxmasını təmin ediblər. İşdən çağırılıb görüşə aparılan sonra isə zaldan getmələri tələb olunan həkimlər və müəllimlər namizədin ünvanına yağlı kəlmələr işlədə-işlədə məkanı tərk ediblər.
Seçki Məcəlləsi 18 yaşından aşağı şəxslərin təbliğat kampaniyasına cəlb edilməsini qadağan etsə də, Eldar Quliyev qanunu bu tələbinə də məhəl qoymur. Onun 18 yanvar tədbirində çox sayda orta məktəb şagirdi var. Tədbirdən çəkilən videoçarxdan da aydın görünür ki, namizədin portretlərini əllərində saxlayanlar məktəblilərdir. Özü də məktəbli formasında.
Eldar Quliyev qanunun dini qurum rəhbərlərinin təbliğata cəlb edilməsi məsələsini də eyninə almır. Maştağa məscidinin axundu daim onun çevrəsindədir. Maştağa məscidinin minbərində Eldar Quliyev üçün təbliğat aparan dindarlar buna görə seçki kampaniyası boyu xüsusi maaşa bağlanıb.
Eldar Quliyev rəqibinin tərəfdarları ilə görüşüb, onları hədələməyi hazırda özünə əyləncə seçsə də, sıradan seçicilərlə görüşə çıxmır. Aydındır ki, xoşagəlməz durumlarla, etirazlarla qarşılaşacağını bildiyi üçün. Seçicilərlə qısa təmaslar üçün ən münasib yer kimi qəbristanlıq seçilib. Bəli, qəbristanlıq. Eldar Quliyev bazar günləri anasının məzarını ziyarət edərkən xahiş-minnətə gələn seçicilərlərlə 2-3 dəqiqə görüşür. Ancaq bu “xoşbəxtlik” bütün şikayətçilərə qismət olmur. Onları qəbristanlığın qapısında Eldar Quliyevin qoçuları saxlayır, filtrdən keçirəndən sonra içəri keçmələrinə icazə verilir.
Bütün fəaliyyəti boyu vətəndaşı hakimiyyətdan narazı salan, artıq ölkənin keçmişi sayılan Ramiz Mehdiyev komandasının təmsilçisi Eldar Quliyevin seçki kampaniyasındakı fəaliyyəti tam bir cinayət dosyesidir. Böyük ehtimalla Prezident İlham Əliyevin islahat siyasətinə kölgə salmağa cəhd edən, faktiki sabotajla məşğul ilan Eldar Quliyev bütün hərəkətləri üçün dövlət və millət qarşısında cavabdehlik daşıyacaq. Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Dünən, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Dünən, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Dünən, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Dünən, 15:34 |
|
|
|
|