İndi rahat deyirik: NEÇƏ BELƏ İLLƏRƏ, CƏNAB PREZİDENT! - İlham Əliyev könlümüzdə ən mübarək ünvanı HAQQ EDİB!
Tarix: 24-12-2020, 08:10 |
Çap et
Bu gün Prezidentimizin Doğum Günüdür. Təbii ki, bununla əlaqədar bəlkə də minlərlə yazı yazılacaq və təriflər söyləniləcək ki, bunda da hər kəs haqlıdır. Çünki RƏİSİMİZ HAQQ EDİR!
Əslində İlham Əliyev Vətən Savaşını yürüdən bir KOMANDAN olaraq artıq dünyadakı sayı 50 milyonu keçən Azərbaycan xalqının köpnlünü çoxdan fəth edib, orda özünə ən mübarək bir ünvanı məkan kimi əbədiləşdirib. Bu faktdır və ona görə də doğum günü münasibətilə Rəisimizə söylənilən bütün xoş ifadələr onun əbədiləşdirdiyi və tariximizdə qızıl hərflərlə qərarlaşmış həmin məqamın tərənnümü üçün yetərsiz hesab oluna bilər.
Ona görə də bizlər - DİA.AZ kollektivi olaraq Rəisimizi Doğüm Günü münasibətilə təbrik edirik və könül rahatlığı ilə, hər cür şablondan uzaq şəkildə deyirik:
NEÇƏ BELƏ İLLƏRƏ, CƏNAB PREZİDENT!
Hörmətlə, DİA.AZ adından Məhəmməd Ərsoy