Şirvan Kərimov könülləri necə "OVSUNLAYIR"... - İDDİA
Tarix: 28-12-2020, 09:13 | Çap et
Ötən il dekabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu imzalaması, yəqin ki, hamının yadındadır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti isə, Diasporla İş üzrə Dövlət Komitəsinə verildi. Elə, bundan sonra da, bu qurumun təqdimatı ilə, dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycanın diaspor siyasətinə böyük töhfələr verən yüzə yaxın həmyerlimizin “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunması barədə xəbərlər aldıq. Bu günlərdə də, Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup diaspor təşkilatı üzvlərinin və diaspor fəallarının bu medala layiq görülmələri ilə bağlı araz.az xəbər portalına daha bir məlumat daxil oldu. Doğrusu, bu xəbər saytımızın bütün kollektivi üçün sevindirici oldu, lakin diqqətimizi bu medala layiq görülənlər arasında bəzi ölkələrdə diasporumuzun liderləri kimi özlərini qələmə verən və reputasiyası təmiz olmayanların adlarının yer aldığı çəkdi və bu, bizi çox təəccübləndirdi. Çünki bu "diaspor fəallarının" yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında, eləcə də doğma dilimizin və mədəniyyətimizin xarici ölkələrdə təbliğində, doğma Vətənimizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında yaxşı mənada yadda qalası xidmət və rolları barədə, indiyədək, əlimizdə hansısa bir məlumatımız olmayıb. Onlardan biri də, 15 ildən çoxdur ki, Rusiya Federasiyasının Samara vilayətindəki Azərbaycan diaspor təşkilatını əlindən buraxmayan və indiyədək ona heç bir uğur qazandırmayan Şirvan Kərimovdur. Haqqında çoxsaylı ölkə mətbuatı kimi, eləcə də bütün ölkələrdəki, ələlxüsus Rusiyadakı diasporumuzun işləri ilə daim maraqlanan bir mətbu orqan olaraq, araz.az saytı da nələr yazmayıb?! Bir sözlə, "Şirvan Kərimov kimdir?" sualına ətraflı cavab tapmaq üçün, araz.az-ın onun haqqında dərc etdiyi həmin yazıları oxumağınız kifayətdir. Onun iç üzünü açan əksər yazılarda, o, "sapı özümüzdən olan balta", yarımədəni bir insan kimi təqdim edilib və xüsusi olaraq o vurğulanıb ki, Azərbaycan diasporu belələrindən yaxa qurtarmalıdır. Əks təqdirdə, heç bir hörmətli azərbaycanlı onun tutub, əlindən buraxmadığı Rusiya Azərbaycanlıları Liqasına gəlməyəcək. Çünki Samarada fəaliyyət göstərdiyi müddət ərzində Şirvan Kərimov yalnız intriqalar yaratmaqla, diasporumuzu parçalayan bir adam kimi yadda qalıb. Bir sözlə, diasporumuzun işinin normal inkişafına əngəl yaradan xaricdəki nüfuz sahibi olan soydaşlarımıza qarşı iyrənc planlar əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları, düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər onun adına yazılıb. Onun bu əməlləri, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq , milli diasporumuzun tarixinə qara ləkə vurmaq kimi qeyd olunub. Özünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Şirvan Kərimovun belə bəd və murdar əməllərinə qarşı həmişə vaxtında reaksiya göstərib. Həmin yazılarda o da xüsusi vurğulanıb ki, Şirvan Kərimov rəhbəri olduğu təşkilat adından, heç vaxt ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verməyib. Bu azmış kimi, saxtakar erməni tarixçisinə Istinad etməklə, milli maraqlarımıza ciddi zərbələr vuran çıxışlar edib. Hətta erməni sevgisi hədsiz güclü olan Şirvan Kərimov Samarada buraxdığı "Ocaq" adlı mətbu nəşrdə Azərbaycan dövlətinin atributlarını, rəmzlərini, eləcə də məsul vəzifələrdə çalışan soydaşlarını təhqir etməkdən belə çəkinməyib. Millətimizin qatı düşməni, Ermənistan adlı murdar bir dövlətə bir vaxtlar rəhbərlik edən Serj Sarkisyanla sevinclə badə qaldıran da, elə, o, olub. Bizim əsas məqsədimiz kimisə ittiham etmək, kimisə qaralamaq, kiminsə fəaliyyətinə kölgə salmaq deyil. Biz, sadəcə, onu demək istəyirik ki, reputasiyası təmiz olmayan bir təşkilat rəhbərinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov niyə dəstək verir?! Maraqlıdır, Fuad Muradov kifayət qədər böyüklükdə olan Rusiyada Şirvan Kərimovdan başqa diaspor lideri tapmadı ki, həmin medalı ona versin?! Axı, bu adamı Samarada olan soydaşlarımızın heç biri lider kimi qəbul etmir. Özü də, o və əlində alətə çevirdiyi təşkilatı Vətən müharibəsi başlayan gündən, Azərbaycan Prezidentinin çağırışına cavab olaraq, dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə yürüş-mitinqlər keçirəndə də, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlananda da, dünyanın hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı müxtəlif dillərdə məlumatlar yayılanda da susmuşdu. Lakin açıq-aşkar göründüyü kimi, dövlətin ayırdığı vəsaitlər, mükafatlar görülən işə görə deyil, yaxınlığa, dostluğa və başqa şəxsi məqsədlərə yönəldilir. Axı, diaspor da millətin ordusudur -- Qarabağda tarixi zəfər çalan Milli Ordumuzun bir qoludur. Amma millətin və dövlətin xarici ölkələrdəki təmsilçisi olan bu ordu kimlərinsə əlində siyasi alətə çevrilməməlidir. Özünüz deyin, Azərbaycanın Samara boyda böyük bir vilayətdəki diasporunun taleyi ilə oynayan və Rusiya Azərbaycanlıları Liqası adı altında milli maraqlarımız əleyhinə getməkdən çəkinməyən, diasporumuzun imicinə yalnız böyük ziyanlar vuran bu şəxs medala layiqdir, yoxsa cəzaya?! araz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
|