İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                 

Onları döymək olmaz... amma onlar DÖYƏ BİLƏRLƏR... - Saatlıda NARAZILIQ
Tarix: 24-05-2022, 08:17 | Çap et
Onları döymək olmaz... amma onlar DÖYƏ BİLƏRLƏR...
“Qaz idarəsinin işçiləri məni dəmir parçasıyla döyüblər. Prokurorluğa şikayət etmişəm, ancaq heç bir tədbir görülmür”. DİA.AZ-ın məlumatına görə, Saatlı sakini, 1-ci qrup əlil Elvin İsayev Meydan TV-yə qaz idarəsinin işçiləri tərəfindən döyüldüyünü deyir.

Onun sözlərinə görə, bu il martın 27-də onun yaşadığı ünvana gələn qaz idarəsinin işçiləri Cəlal, Zaur, Nicat adlı şəxslər borca görə qaz xəttini kəsmək istəyəndə aralarında mübahisə yaranıb. Nəticədə o döyülüb:

“Məsələ ondan ibarətdir ki, qaz idarəsinin işçiləri gecələr hamının əl-ayağı küçədən çəkiləndə, adamlar yatanda qaz sayğaclarının “plomblarını” qırırlar, sayğaca müdaxilə edirlər. Səhər də gəlib abonentin başının üstünü alırlar ki, sayğaca müdaxilə etmisən, akt yazırlar. Bu, tək mənim bşıma gəlməyib, Saatlıda xeyli abonent qaz idarəsi işçilərinin bu əməllərindən şikayətçidir”.

Elvin İsayevin sözlərinə görə, mayın 20-də bir neçə abonent bu işlərə son qoyulması üçün icra hakimiyyətinə gediblər:

“Dedilər, “SOCAR”dan gələn var, gedin, dərdinizi deyin, biz də getdik. Qaz idarəsinin bir neçə işçisi icra hakimiyyətinin qarşısına gəldi. Bizə dedikləri söz bu oldu ki, gedin, əliniz hara çatırsa, şikayət edin. Hətta işçilərdən biri məni həyatımla təhdid etdi. Dedi, əlil adamsan, get otur bir kənarda, ora-bura şikayət edərsən, sənə baha oturar”.

Elvin İsayev “Facebook” üzərindən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə də yazıb.

Saatlı sakini, müharibə veteranı İlham Hüseynov da qaz sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunduğunu və 518 manat cərimələndiyini iddia edir:

“Evdə heç kim olmayıb, gəliblər, sayğacın plombunu qırıblar, müdaxilə ediblər. Sonra da gəliblər ki, sayğacınızdan şübhələnirik, götürüb aparıblar, göndəriblər ekspertizaya, sonra da üstümə 518 manat cərimə yazıb göndəriblər. Tək mən deyiləm, başqa abonetlər də var ki, onların da sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunub. Düzdür, mənim özümün borcum olub, ancaq mən qışboyu hər ay 80 manat civarında qazpulu ödəyirəm deyə, o borcdan ödəyə bilmirəm, havalar isinəndə, qaz sərfiyyatımız azalanda başlayıram aybaay həmin borcdan ödəməyə… Bunu qaz idarəsinin rəisi də bilir. Deyir, səndə hər şey qanunidir, yayda, qışda nə yandırırsan, ödəyirsən. Daimi sərfiyyat, daimi ödənişlərdir. Gəl ki, cəriməni yükləyiblər kürəyimə…”.

Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin təbii qazın qəbulu və satış şöbəsinin rəisi Nicat Əliyevsə Meydan TV-yə bildirib ki, rayonda qazdan qeyri-qanuni istifadə edən xeyli abonent aşkar edilib. Hazırda şikayətçi olan bu şəxslər də həmin siyahıdadır:

“Bu adamlar qazdan qeyri-qanuni istifadə edib. Biz dəliyik gecələr gedək sayğacı açaq, adamların evindən gələn qaz xəttinə şlanq qoşaq? Bunu kim edər? Qaz oğurluğu araşdırılıb, aktlaşdırılıb, cərimə yazılıb. Bu işlər hamısı prokurorluqdadır, bayaq da burda iclas idi, prokurorluq işçiləri də gəlmişdi. Həmin abonentlər qazdan qeyri-qanuni istifadə etdiklərinə görə məhkəməyə veriləcəklər. Vətəndaş haqlıdırsa, məhkəməyə versin, ora-bura yazırlar”.

Nicat Əliyev abonentin döyülməklə bağlı dediklərinə belə münasibət bildirib:

“Məndən də ona görə narazıdılarlar ki, əvvəl rahatca qaz oğurluğuyla məşğul olurdular, ilyarımdır burdayam, mane oluram. Ona görə də məndən şikayət edirlər”.

Bu yaxınlaradək Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin rəisi İxtiyar Abıyev olub. Hazırda o, Bakı şəhərinə təyinat alıb və işini paytaxtda davam etdirir. Saatlı Sahə Xidməti rəhbərsiz qalıb.

Saatlı Xidmət Sahəsinin əməkdaşlarıyla abonentlər arasında əvvəllər də münaqişələr olub.

Abonentlərə artıq pul yazılması ilə bağlı sosial şəbəkələrdə də məlumatlar paylaşılır. Yerli mətbuat isə bununla bağlı bəzi idarə rəislərinin və rəis müavinlərinin cəzalandırılmasına dair xəbər yayıb. Ötən həftə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev öz “Facebook” hesabından deyilənləri yalanlayıb:

“Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir. Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru