Başçını `TORA SALAN` müavin haqda ilginc İDDİALAR... - SƏN DEMƏ...
Tarix: 30-05-2022, 08:57 | Çap et
...Xəbər verdiyimiz kimi, İsmayıllı rayon İcra Hakimiyyətinin 05 oktyabr 2021-ci il tarixli 138 nömrəli Sərəncamına əsasən, Abdullayev Teyyub Əli oğlu ilə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 may 2003-cü il tarixli 01 saylı müqavilə ləğv edilmişdir. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyəti Abdullayev Teyyub Əli oğlu tərəfindən ona 25 il müddətinə icarərəyə verilmiş 100 hektar torpaq sahəsindən (faktiki 71 ha) “örüş” məqsədi ilə istifadə etməli olduğu halda, “əkin” məqsədi ilə istifadə etməsini əsas götürərək sözügedən sərəncamı qəbul etmişdir... Sonradan məlum oldu ki, sən demə, T.Abdullayev ötən müddətdə həmin mübahisələndirilən ərazini qanuni şəkildə istifadə edib. Çünki o, dövlət büdcəsinə torpadan istifadə Barədə vergi ödənişlərini əkinə görə ödəyib və ona 2003-cü ildən verilmiş bütün rəsmi sənədlərdə №kənd təsərrüfatı məhsullarının istifadəsi üçün...” yazılmışdır.
Bəs nə baş verir? Sonradan məlum oldu ki, sən demə, İsmayıllı RİH başçısını onun müavini Mahmud Süleymanov aldadıb. Məqsədi gənc və təcrübəsiz, İsmayıllını yaxşı tanımayan icra başçısınını süni problemə salmaq, imicini zədələmək olmuşdur.
Mahmud Süleymanov arzusuna çatır, amma...
Bəli, haqq öz yerini tapdı: Şəki İnzibati Məhkəməsi Abdullayev Teyyub Əli oğlunun iddiasına baxaraq onun haqqını təmin etdi, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi. Bu barədə ötən yazılarda ətraflı bəhs edilib. Lakin bəhs edilməyən daha incə məqamlar var. Məlum olur ki, sən demə, İsmayıllı RİH başçısının müavini, əslən İsmayıllıdan olan Mahmud Süleymanovun rəhbər işçilərə tələ qurmaq şakəri təkcə şəxsi hobbisi deyil, onun şəcərəsində belə niyyət və məqsəd yatır.
Qısa olaraq deyək ki, Şəki İnzibati Məhkəmənin hakimin Vidadi Qasımov (hakim həm də Şəki İnzibati Məhkəmənin sədridir) T.Abdullayevdən şikayətini əsaslandırmağı və məsələnin mahiyyətini anlatmağı xahiş etdi:
-İş materiallarında olan sənədlər, sizin məhkəmə iclasında təqdim etdiyiniz maddi sübutlar bir daha göstərir ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq sizinlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən Sərəncam imzalayıb. Səbəb nədir, niyə onlar belə bir addımı atıblar?
T.Abddulyev:
-Möhtərəm hakim, məlum 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə Sərəncam veriləndən az əvvəl İsmayıllı RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov mənə zəng etdi ki, başçının göstərişidir, siz şəhid və qazi ailələrinə yardım etməlisiniz… Mən həmin vaxt Qarabağ bölgəsində payızlıq əkin işləri ilə məşğul olurdum. Şahin Hüseynova izah etdim ki, indiyədək icra başçısının, yaxud hansısa rəsmi şəxsin tapşırığını gözləmədən öz vicdanımın səsi ilə Ağdamda, İsmayıllıda, Ağcabədidə… şəhid ailələrinə və qazilərə külli miqdarda yardım etmişəm. Hətta özüm Ağdam rayonundan olsam da, İsmayıllı sakini olan bir kimsəsiz, anadangəlmə xəstə oğlana təxminən 30 min manata qədər xərc çəkib ev tikdirmişəm. Amma bunu heç bir yerdə deməmişəm, xeyriyyəçiliyimi dilə gətirməmişəm. Müharibə vaxtı hərbçilərə tam komplektləşdirilmiş və Ukraynadan gətirilmiş hərbi təyinatlı yük avtomobili də vermişəm… Özümün torpaq sahəmdə çalışan 3 nəfər müharibəyə getmişdi, onların ailələrinin bütün təminatını etmişəm, onlardan biri yaralandı, qazidir… Yəni, bunları Şahin Hüseynova xatırlatdım və dedim ki, baş üstə, mənə siyahı verin, yenə də kimlərə lazımdır gücüm çatan yardımı edim. Ş.Hüseynovla xeyli söhbətimz oldu, başa düşdüm ki, onlar nağd pul verməyimi istəyirlər… 5-10 gün sonra Ağdamdakı əkin işlərimi başa çatdırıb Şahin Hüseynova zəng etdim ki, bəs siyahı necə oldu? Dedi ki, sən təcili İsmayıllıya gəl, başçı səni görmək istəyir. Səbəb kimi bildirdi ki, guya mənim icarədə olan torpağımdan bu günədək qanunsuz istifadə etmişəm… Mən Ağdamdan gəldim İsmayıllıya, iki saat məni icra başçısı Nahid Bağırovun qəbul otağında gözlətdirdilər. Sonra təkrarən Şahin Hüseynovla görüşüb dedim ki, başçı məni qəbul etmək istəmir bəlkə? O, İsmayıllı RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanovun kabinetinə girib gəldi ki, başçı səni qəbul etmək istəmir… Və mən kor-peşman Ağdama qayıtdım. Sonradan mənə məlum oldu ki, İcra başçısı torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğv olunmasına dair Sərəncam verib…
***
…Və sonradan bəlli olur ki, bütün bu hoqqabazlığın başında duran, bunu ssenariləşdirən elə Mahmud Süleymanovdur…
Mahmud Süleymanovun atasının və babasının getdiyi yol…
“Təzadlar”ın elektron poçtuna daxil olan bir məktub bütün ovqatımızı korladı (Həmin məktubu İsmayıllı RİH başçısının müavini M.Süleymanovun vatsap nömrəsinə göndərmişik, lakin hələki cavab olmadığından dərc etməli olduq. Mövqeyini dərc etməyə problem görmürük).
Məktubda deyilir: “Hörmətli redaksiya. Yazdıqlarınızın hamısı doğrudur. Mahmud Süleymanov həqiqətən də icra başçısı Nahid Bağırova tələ qurdu. Bu onun qanında və genində var. İsmayıllının Talıstan kəndi bu nəsli yaxşı tanıyır. Belə ki, Mahmud Süleymanovun atası Məhəmmədəli Süleymanov vaxtilə Talıstanda Üzümçülük Sovxozunun baş direktoru idi. O, rayona 2-ci katib olmaq istəyirdi, amma layiq bilinmirdi… O vaxt İsmayıllının 2-ci katibi Qəbələnin Xırxalı kəndindən Müseyib Musayev adlı olduqca təmiz və vicdanla işləyən ləyaqətli bir şəxs idi. Musayev oğluna toy edir… Mahmud Süleymanovun atasının bir sərxoş işçisi vardı, dəvət edilməsələr də, bir dəstə adamı götürüb toya gəlir. Yolda avto qəza yaradılır və 1 nəfər ölür. O vaxt məsələ böyüyür və Müseyib Musayev vəzifəsindən götürüldü. Və Mahmud Süleymanovun atasını onun yerinə İsmayıllıya 2-ci katib qoydular… MK-da bu məsələ ciddi müzakirə zamanı M.Musayev and-aman edir ki, o adamları mən tanımıram və oğlumun da toyuna çağırmamışam, onları Məhəmmədəli Süleymanov təşkil edib toya göndərib… Amma nə faydası, Mahmudun atası Məhəmmədəli Süleymanovun arzusu həyata keçir… Mahmud Süleymanovun babası da elə olub. Onun babası 45 il kolxoz sədri işləmişdi. Onun icazəsi olmadan, hətta kimsə qızını belə kiminsə oğluna ərə verə bilməzdi. Bunu Talıstanda kimdən istəsəniz soruşa bilərsiniz. Yəni, demək istəyirik ki, Mahmud Süleymanovun indi icra başçısı Nahid Bağırovu tora salmağının tarixi kökü var. İcra Hakimiyyətinin şöbə müdirirnin müavini Şahin Hüseynova gəlincə, o da Mahmud Süleymanovun kəndçisidir və onun dediklərini icra edir, icra başçısı Nahid Bağırovu tora salanların biridir. Niyə o, fermeri çağırıb başçının adından pul istəyirdi? Elə Mahmud Süleymanovun adından istəyərdi də…“.
Bizcə əlavə şərhə ehtiyac qalmır…
“Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
|