Təhsil sisteminin SƏRTifikasiya ÜZÜ... - NƏ BAŞ VERİR?
Tarix: 1-06-2022, 08:41 | Çap et
Azərbaycan təhsilini öldürüb sonra da vayına oturanlar millətin gələcəyi hesab olunan bu strateji sahəni təcrübə laboratoriyasına çeviriblər. Heç bir uğura imza atılmasa da, hər gün yeni bir təlim strategiyası, layihə gətirilir, xarici ölkələrin ənənələri yerli şərait nəzərə alınmadan tətbiq olunur. Nəticə isə odur ki, Azərbaycan təhsili bəzəkli məktəb divarları içərisində repititorların qolları arasında can verir, məhv edilir. Təhsillə yaxından-uzaqdan bağlılığı olan hər kəs bilir ki, bu gün müəllimlər dəftərxana məmuru kimi o qədər yersiz sənədlər yazmaq məcburiyyətindədir ki, ən azından dərs keçməyə vaxtları və həvəsləri qalmır. Məktəblər gərəksiz sənədlər arxivinə çevrilib, qalaq-qalaq kağızlar “göz oxşayır”. Dərd orasındadır ki, guya dünyanın müasir təhsil sisteminə inteqrasiya edən Azərbaycan təhsili köhnə sovet stereotiplərindən qurtula bilmir. Ən dəhşətli tendesiyalardan biri isə müəllim nüfuzunun kəskin zədələnməsidir. Sirr deyil ki, bu gün müəllimlər cəmiyyətin qapazaltı zümrəsinə çevrilib, bütün bəlaların səbəkarı-bir növ günah keçisi funksiyasını daşıyır. Az qala evində ailə problemlərinin də günahını məktəbdə, müəllimdə axataranların sayı durmadan artır. Vəziyyətin bu həddə gəlib çatmasında Təhsil nazirliyinin də “əməyi” az deyil. Tez-tez müəllimlərin cəzalandırılması, hətta işdən çıxarılması barəsində xəbərlərə rast gəlinir. Elə vəziyyət yaranıb ki, müəllim az qala şagirdin yanından “Bismillah”la keçmək məcburiyyətindədir. İndi də binəva müəllimlər yeni bir “bəla”yla üz-üzə qalıblar. Müəllimlərin sertifikasiya olunması xəbərləri cəmiyyətdə və sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Xüsusilə test imtahanlarından sonra sertifikasiyanın ikinci turu olan müsahibə mərhələsi müəllimlərin bir xeyli narahatlıq və narazılığına səbəb olub. Müzakirələrdə daha çox bu mərhələnin qeyri-şəffaf keçiriləcəyi, müəllimləri incitmək üçün bir tələ olduğu vurğulanır. Bir çox təhsil ekspertləri isə ümumiyyətlə sertifikasiyanın kökündən yanlış olduğu qənaətindədir. Professor Həbib Zərbəliyev bildirir ki, bütövlükdə müəllimlərin sertifikasiyaya cəlb edilməsi vaxt itkisindən başqa bir şey deyil: “Mən sertifikasiya problemlərindən bir neçə ildir uzaqlaşmışam. Amma bu prosesin özü müəllimlərin vaxtını itirməsindən başqa bir şey deyil. Yaxşı müəllim həmişə yaxşı müəllimdir, öz üzərində çalışır. Sertifikasiyada min cür hoqqalar çıxarılır. Hamısını eşidirik. Azərbaycan kiçik bir ölkədir, ona görə də hər şey hamıya məlum olur. Bunlar vaxt aparmaqdan başqa bir şey deyil. Bu nə ibtidai, nə də yuxarı sinif müəllimlərinə lazım deyil. Mənim fikrim birmənalı olaraq belədir. Əlbəttə, bu ziyanlı bir haldır. Müəllimə diplom veriblər. Müəllimin sertifikasiyaya cəlb olunması o deməkdir ki, o sertifikasiyadan keçə bilməsə ona diploma verən universiteti bağlamaq lazımdır. Müəllim ali məktəbi bitirib gəlib, orta məktəbdə nə qədər təcrübə əldə edib. Necə ola bilər ki, təcrübəli bir müəllim sertifikasiyadan keçə bilməsin? Serifikasiya keçirib müəllimləri yoxlayanların özlərini yoxlamaq lazımdır ki, görək bunu keçirməyə layiqdirlər ya yox? Adam Oksfordu bitirib gəlib və Təhsil Nazirliyində dünənki uşaq onu sorğu-suala çəkir ki, yox, hələ sən hazır deyilsən. Belə şey olar? Kiminsə adamını gətirib oturdublar orada sənin taleyini o həll edir”- deyə H.Zərbəliyev vurğulayıb. Sertifikasiyadan sonra bir xeyli müəllimin də işdən atılacağı barədə narahatlıqlar hökm sürür. Bu barədə artıq indidən müəllimlər arasında ciddi narazılıq formalaşıb. Göründüyü kimi təhsil sistemini təcrübə laborotoriyasına çevirənlər ağına-bozuna baxmadan öz maraqları naminə cəmiyyətdə narazılıq formalaşdırmaqdan belə çəkinmirlər. Rahat kabinetlərdə oturub gündə bir eksperiment aparanlar bəlkə öz gözlərindəki tirə də baxsınlar. Yoxsa sertifikasiyanı sərtifikasiyaya çevirməklə bu qədər narazılıq formalaşdırmağa nə hacət vat ?
Nicat Mahmudov Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
|