Ağcabədinin dərdi var... Ağcabədi XƏSTƏDİR... - Mehdiyevin qalığı problemə çevrilib...
Tarix: 17-06-2022, 08:15 | Çap et
Şəhid məsələsi hələ uzun illər cəmiyyətimizin ən həssas sahəsi olacaq. Ona görə də bu mövzu həmişə gündəmdə olmalıdır. Yoxsa, bunu Allah və tarix bizə bağışlamaz. Sözümüzün canı budur ki, bizim üçün canlarından keçən insanlara, onların doğmalarına ehtiramla, həm də qayğı ilə yanaşmalıyıq. Bir saat əvvəl bir şəhid atasının dedikləri bizi dəhşətə gətirmişdi. Deməli, icra hakimiyyəti bəzi şəhid valideynlərini şikayətçi olan şəhid valideynlərinin üzərinə qaldırır ki, bəsdirin də, şikayət etdiniz və s…. Bunu bircə saat əvvəl şəhid atası danışanda, elə bil dünya başımıza uçdu… Yəni bu qədər çirkin oyunlara getmək olmaz, Vallah. Hər ikisi şəhid ailəsidir, onları üz-üzə qoymaq dünyada ən böyük günahdır. Bu dəhşətli söhbətdən 1 saat sonra oxuyuram ki, Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub. Deməli, bu çirkin proses bir rayonda getmir, müxtəlif rayonlarda baş verir. Və bunun qarşısı dərhal alınmalıdır. Bəli, bəzi məmurlar şəhid ailələrini, qaziləri üz-üzə qoymaq istəyirlər. Deməli, indi haqqında bəhs edəcəyimiz Ağcabədi icra hakimiyyəti və rayonun başçısı Rafil Hüseynov barəsində ölkə mediası nələr yazmayıb. Və bu günədək onun vəzifədə qalması özü möcüzədir. Bu adam Masallıda icra başçısı işləyərkən köhnə kənd qəbiristanlığını dağıdıb yerində obyektlər tikərək satmaqla məşğul olub. Görünür bu adam üçün müqəddəs heç nə yoxdur, hər şey pulla ölçülür. Bəli, indi də Ağcabədidə şəhid ailələrini münaqişəyə cəlb edirlər. Təsəvvür edirsiniz Ağcabədi rayonunda Milli Qəhrəmanın ailəsi ilə şəhid ailəsi arasında torpaq mübahisəsi yaranıb. Yaxşı ki, hər iki tərəf hesab edir ki, problemin yaranması və bu həddə gəlməsinə səbəbkar rayonun icra hakimiyyətidir. Gördünüzmü, yuxarıda əbəs yerə qeyd etmədik ki, məmurlar çirkin oyun oynayırlar. Bəli, Ağcabədidə şəhid ailəsi deyir ki, 2 hektar nar sahəsini becərib ailəmi dolandırıram. Başqa bir Milli Qəhrəmanın ailəsi isə yaxınlıqda torpaq sahəsini və drenaj kanalını zəbt edib. Və tərəflər arasında mübahisə yaranıb. Şəhid ailəsi deyir ki, drenajın olması mənim nar ağaclarımın qurumasına səbəb olacaq. Maraqlıdır ki, Milli Qəhrəmanın ailə üzvü deyir ki, buranın icazəsini mənə icra başçısı Rafil Hüseynov verib, amma sənəd verməyib. İndi gördünüzmü, problemi yaradan icra başçısı Rafil Hüseynovdur. Əgər Milli Qəhrəmanın ailəsinə torpaq verirdinsə, niyə sənəd verimirsən..? Həm də torpağı mütləq şəhid ailəsinin torpağına bitişik verməliydin..? Sonradan bəlli olub ki, mübahisəli torpaq sahəsinin verilməsində rayonun Baş memarının da adı keçir. Hələ bu harasıdır..? Baş memar deyib ki, kanalı doldurmaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işidir. Dövlət qurumları problemi bir-birinin üzərinə atmaqla məşğuldurlar. Baş memar onu da deyib ki, qoy veteran ailələri problemlərini məhkəmədə həll etsinlər. Birincisi, problemi niyə yaradırdınız ki, indi də məhkəmələrdə çəkişmə olsun. İkincisi, guya Allah qoymasa, məhkəmələr problemi həll edəcək..? Deyir pir mənimdi, kəramətinə bələdəm... Bütün bunlardan sonra adam istəyir ki, Rafil Hüseynova desin ki, rayondakı bağça müdirlərini, məktəb müəllimlərini atestasiydan keçirdin, bu barədə yazdıq. Axı, sənin nə ixtiyarın var idi ki, təhsil işçilərini sorğu-sual edəsən..? Əslində sənin özünü sorğu-suala, istintaqa çağırmağın vaxtı çoxdan çatıb. Polis zabiti olan oğlunun vətəndaşı şalvarsız, tumançaq sürüməsini bütün ölkə gördü və dedilər ki, bu kimin vələdidir. Novxanıdakı 10 milyonluq dəyəri olan villandan yazdıq və soruşduq ki, bunu hansı pulla, hansı maaşla almısan, ay Rafil Hüseynov..? Bütün sorğularımızı cavabsız qoydun. Amma iki Qarabağ döyüşçüsünün ailəsini üz-üzə qoymağına görə, mütləq cavab verəcəksən. Çünki siz məmurlar çox təhlükəli oyun oynayırsınız. Və qurduğunuz oyun öz başınızda çatlayacaq. Yazıda adları çəkilən hər bir şəxsin münasibətini dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|