Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq, özü gizli tenderlər keçirir – Qanunlar yol verməsə də...
Tarix: 20-06-2022, 10:13 | Çap et
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın iqtisadiyyatında oynadığı mühüm rol haqqında çox yazmaq olar. Bir cümlə ilə ifadə edilərsə, yalnız onu demək olar ki, Azrəbaycan dəmiryolçuları uzun və şərəfli bir yol keçiblər. Sovet dövründə Azərbaycanın dəmiryolunda sərnişin və yük daşımaları çox yüksək səviyyədə inkişaf etmişdi. O zamanın tələblərinə də cavab verirdi. İttifaq dağıldıqandan sonra dəmir yolları sistemi də təbii ki, respublikalar arasında bölünməyə başladı. Elə sovetlər ittifaqı dağıdıldan sonra da Azərbaycanın dəmir yolu sistemi iflic bir vəziyyətə düşdü. Həmin dövrlərdə Azərbaycanda dəmir yolunun rəhbərliyinə gələnlər perspektiv haqda düşünməyiblər və SSRİ-dən miras qalmış vaqon, lokomotiv parkı, bir sözlə, dəmir yoluna aid hər şeyi dağıtmağa başlayıblar.
Azərbaycanın dəmiryolu sistemini dağıdanlardan biri də 2015-2022-ci illərdə bu sahəyə rəhbərlik etmiş Cavid Qurbanov olub. Sözügedən şəxs islahatlar adı altında çoxlu ixtisarlar edib, coxsaylı dəmiryolçu mütəxəssisləri bu sahədən uzaqlasdırıb. Bu mütəxəssislərin əvəzinə isə dəmir yolu sahəsinə kommersantlar və pul mənimsəməyi bacaranları yerləşdirmişdi. Cavid Qurbanovun sayəsində Azərbaycanın dəmir yollarında çalışan on minlərlə peşəkar öz sahəsinə aid işdən uzaqlaşdırılmışdır. Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən sonra nəinki peşəkar dəmiryolçuları, hətta quruma tabeli xəstəxana və poliklinakalardakı həkim kontigentinə də müdaxilə edərək öz yaxın adamlarını yerləşdirmişdi. Elə ona görə də təkcə dəmir yolunda deyil, ona tabeli səhiyyə müəssisələrində də korrupsiya baş almışdı.
Azərbaycanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adlı bir qurumun olmasından bəlkə də çoxlarımız xəbərsizik. Bu mərkəzin fəaliyyəti dəmiryolçuların sağlamlığının mühafizəsi, həmçinin onların əmək qabiliyyətlərinin və peşə uzunömürlülüklərinin qorunub saxlanması məqsədilə stasionar və ambulator tibbi yardım göstərməkdən ibarətdir. Həmçinin Mərkəz dəmir yolu ərazisində yerləşən obyektlərdə, eləcə də yolun tabeliyində olan idarə və müəssisələrdə sanitar-gigiyenik və əks-epidemik tədbirləri həyata keçirir: dezinfeksiya, dezinseksiya, deratizasiya işləri aparır; dəmir yolu ilə idxal və ixrac olunan yüklərə sanitar-karantin nəzarəti icra edir; xüsusi təhlükəli xəstəliklərin yayılmasına epidemioloji nəzarət edir; iş yerlərinin attestasiyası komissiyasının işində iştirak edir;müvafiq zəruri hallar zamanı qatar heyəti tərəfindən, həmçinin tibb məntəqələrində sərnişinlərə ilkin tibbi yardımın göstərilməsi məsələlərini təşkil və təmin edir.
Bütün bu işləri həyata keçirmək üçün Yol Gigiyena və Epidemiologiya Mərkəzinə dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Amma bu vəsaitlər heç kimin xəbəri olmadan, gizlin keçirilən satınalmalar yolu ilə təyinatından kənar edilirmiş. Bunu Respublika Hesablama Palatasının məlumatları da təsdiq edir.
Azərbaycan Respublikası Hesablama Palatasının bir neçə il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətində və onun tabeliyində olan tibb müəssisələrində audit zamanı tibb müəssisələri tərəfindən satınalma prosedurlarının keçirildiyi və müqavilələr bağlanıldığı, malların (işlərin və xidmətlərin) satın alınması zamanı qanunvericilik aktlarının tələblərinə bəzi hallarda əməl edilmədiyi, satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müəyyən olunmadan bəzi malların bazar qiymətindən baha alınması və müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan satınalınan malların həcmi və vahidinin qiymətinin dəyişdirildiyindən əlavə xərclərə yol verilməsi barədə məlumatlar yaymışdı.
Aktualinfo.org-un apardığ araşdırmalr zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidməti satınalmalar zamanı qanunsuz əməllərini hələ də davam etdirdiyi bəlli oldu. Belə ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən illik satınalma planlarına uyğun nəzərdə tutlan kotirovka sorğularının keçirilməsi barədə dövlət satınalmalarının vahid internet portalında elanlar verilsə də, satınalma prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilmədiyinə, elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verildiyi məlum oldu.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2021-ci ildə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:
Dəftərxana və təsərrüfat malları üzrə 17.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Sair torpaq,tikili və avadanlıqlar üzrə 15.11.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Laboratoriya tədqiqatları və müayinələri,dezinfeksiyaedici vəsaitlər üzrə 05.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri; Dəftərxana və təsərrüfat malları üzrə 01.04.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 27 160 manat məbləğində satınalma müqaviləsi 20.04.2021-ci il tarixdə “FATEH-2019” MMC ilə bağlanmışdır. Dezinfeksiyaedici vəsaitlər -yuyucu vasitələr və zərərli kimyəvi maddələr üzrə 15.02.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda 49 607.2 manat məbləğində satınalma müqaviləsi 18.03.2021-ci il tarixdə “EPİDBİOMED” MMC ilə bağlanmışdır. Bundan əlavə Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası tərəfindən yumuşaq inventarlar, xüsusi geyimlər (4 ədəd) və yumuşaq inventarlar və xüsusi geyimlər (8 kq) üzrə 2021-ci ilin satınalma planlarına daxil etmiş, lakin bu malların satınalması üzrə kotirovka sorğusu elanı verilməmişdir. Yaxud da gizlin keçirilmiş və bu malların satınalmasına ayrılan vəsaitlər mənimsənilmişdir. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda tərəfimizdən Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyasının 2020-ci il üzrə keçirdiyi kotirovka sorğularında da ciddi qanun pozuntularına yol verildiyi müəyyən edildi. Belə ki, yumuşaq inventar və xüsusi geyimlər üzrə 43 825.2, dəftərxana və təsərrüfat malları üzrə 25 689.25 manat, dеzinfеksiyaеdici vəsaitlər, müayinələr üçün dərman preparatları üzrə 48 954.19 manat, dеzinfеksiyaеdici vəsaitlər və məsrəfi mal-materialları üzrə 49 860.9 manat məbləğində satınalma müqavilələri bir MMC ilə imzalanmışdır. “EPİDBİOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 168 365 manat məbləğində müavilələr bağlanmışdır ki, burada bir MMC-nin ayrı-ayrı malların və xidmətlərin satınalmasi üzrə keçirilən kotirovka sorğularında iştirakına yol verilmişdir. Dövlət satınalmalarının rəsmi internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin Tender Komissiyası 2021-ci il üzrə nəzərdə tutlan malların və xidmətlərin satın alınmasını illik satınalma planlarına daxil etmiş, yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan vermiş, lakin keçirilmiş bir neçə kotirovka sorğuları üzrə müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları ictimaiyyətə açıqlamamaışdır. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır. Göründüyü kimi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Həkim- Sanitar Xidmətinin Yol Gigiyena və Epidemiologiya Mərkəzi adı açıq olan tender və kotirovkalarını gizli şəkildə keçirir. Qanunlar buna yol verməsə də, Mərkəzin Tender Komissiyası yol verir.
Bütün bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Mərkəzin Tender Komissiyasına ünvanladığımız sorğu məktubu cavabsız qaldı. Mərkəzdən redaksiyamıza bildirdilər ki, sorğuya “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti cavab verəcək. Lakin bunun sorğuya cavab verilməyəcəyi anlamına gəldiyini dərhal hiss etdik. Odur ki, məlumatları araşdırılması üçün Respublika Hesablama Palatasına, Baş prokurorluq yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də ünvanladıq. Bu qurumlar yəqin ki, araşdırmalar aparacaqlar və nəticələrinin sədası hardansa gələcək. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
|