Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ... - Prezidentə müraciət olundu
Tarix: 12-07-2022, 08:54 | Çap et
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Səlim qızı Əhmədova ölkə Przidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Müdafiə naziri Zakir Həsənov, Mədəniyyət naziri Anar Kərimov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Cənab Prezident, cənab Müzəffər Ali Baş Komandan! Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sevinc Səlim qızı Əhmədova Mingəçevir şəhərində, “Günəşli” yaşayış massivində yaşayıram və Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri-Əli və İslam Əhmədovların anasıyam. İki övladım, iki oğlum var idi, hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Vətən, Qarabağ yolunda canlarını fəda etdi, qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına yüksəldilər. Övladlarım hərbçi idi və hər ikisi də eyni gündə, sentyabrın 27-də Şəhid oldu və eyni gündə, ayın 28-də torpağa tapşırıldılar. Bir ana üçün övlad itkisi, övlad acısı nə qədər əzablı, nə qədər ağrılı, nə qədər dözülməz olsa da, hər iki övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram belə Oğulların, Əli və İslam kimi İgidlərin, Qəhrəmanların, Vətən fədailərinin anasıyam. Övladlarım da daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm! Qeyd edim ki, hər iki övladım Şəhidliklərindən sonra Ali Baş Komandan kimi Sizin tərəfinizdən bir neçə medalla təltif olunublar. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi, Ordumuzu, Qalib Azərbaycanımızı qorusun!” Müraciətdə daha sonra deyilir: “Çox hörmətli İlham Heydər oğlu! Sizə müraciət etməkdə məqsədim övladlarının adının, xatirəsinin əbədiləşdirilməsi, onların Haqq etdikləri ordenlərlə təltif edilməsi ilə bağlıdır. Elə bu yerdə qeyd edim ki, İkinci Vətən Müharibəsində 7 ailə, 7 ana iki övladını Vətən yolunda qurban verib və onlardan biri mənəm. Həmin ailələrin bir neçəsində artıq övladlarından heç kim qalmayıb. Mənim də yuxarıda qeyd etdiyim kimi, cəmi iki övladım var idi və hər ikisi də canını Vətən yolunda fəda etdi. Mən övladlarımı minbir əzab-əziyyətlərlə böyütmüşdüm. Çünki həyat yoldaşımı illər öncə itirmişdim. Övladlarıma həm ana, həm ata olmuşdum. Övladlarımdan sonra kimsəm qalmayıb, tək-tənha yaşayıram və övladlarıma qovuşacağım günü gözləyirəm. Amma istəyirəm ki, övladlarımın Haqqı, əziyyəti yerdə qalmasın. Onlar, eləcə də iki oğlunu itirmiş ailələrin övladları Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və ya ən ali ordenlərimizdən biri ilə təltif edilsinlər. Çünki bu, onların Haqqıdır. Bu məsələ ilə bağlı dəfələrlə bütün instansiyalara müraciətlər etsəm də, Müdafiə Nazirliyində, Prezident Administrasiyasında olsam da, bir neçə dəfə Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Sizin köməkçiniz Məhərrəm Əliyevlə görüşsəm də və hər dəfə vədlər verilsə də, ötən müddət ərzində övladlarım Haqqı olan ordenlərlə təltif edilməyiblər. Belə görünür ki, onların təqdimatı verilməyib, əgər verilmiş olsaydı, inanıram ki, Sizin sərəncamlarınızla onlar ordenlərə layiq görülər və Haqlarını alardılar. Amma çox təəssüflər olsun ki, övladlarımın orden Haqqı hələ də tanınmayıb. Bu isə hər iki övladını itirmiş bir ana kimi məni çox üzür, çox incidir, çox yaralayır. Ona görə Sizdən xahiş və rica edirəm ki, həm mənim övladlarım, həm də iki oğlunu Şəhid vermiş ailələrin Şəhid balaları Azərbaycanımızın ən ali ordenlərindən biri ilə təltif olunsunlar.
Eyni zamanda istəyirəm ki, yaşadığımız küçəyə, eləcə də Mingəçevirdəki məktəblərdən birinə övladlarımın adı verilsin. Bu da balalarımın, Şəhidlərimin Haqqıdır. İstəyirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verəsiniz, bu məsələnin müsbət həllini tapmasına köməklik göstərəsiniz. Bununla yanaşı, nəzərinizə çatdırım ki, övladlarımın öz halal zəhmətləri ilə aldıqları, üzünü doyunca görmədikləri və hazırda da mənim yaşadığım evi balalarımın xatirəsinin yaşadılması üçün ev-muzeyinə çevirmişəm. İstəyirəm ki, bu ev-muzeyi dövlət qeydiyyatına alınsın, dövlətin mülkiyyətində, balansında olsun və gələcək nəsillərimiz bu ev-muzeyi ilə, övladlarımın qəhrəmanlıqları, şərəfli həyat və döyüş yolu ilə tanış olsunlar. Bu məsələdən Mədəniyyət Nazirliyi də xəbərdardır, hətta ev-muzeyinin dövlət muzeyi (ya da dövlət muzeyinin filialı) kimi qeydə alınması ilə bağlı adıçəkilən Nazirliyin razılığı da ortadır. Amma çox təəəssüflər ki, aylardır bu məsələ də uzanır, yubanır. İstəmirəm ki, məndən sonra bu ocaq, bu ev-muzeyi dağılıb-getsin. İstəyirəm ki, bu ocaq, bu ev-muzeyi daim yaşasın, daim qorunsun, dövlətin nəzarətində olsun. Ona görə Sizdən xahiş və rica edirəm ki, Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə müvafiq göstəriş və tapşırıqlar verəsiniz və bu məsələnin tezlikə müsbət həllnii tapmasına köməklik göstərəsiniz. İnanıram ki, belə də olacaq, hər üç məsələ, hər üç xahişim həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Az da olsa, həm Şəhidlərimin ruhu rahatlıq, huzur tapmış olacaq, həm mənə təskinlik, təsəlli olacaq. Mən özümlə bağlı heç bir xahiş, rica etməmişəm və etmirəm, heç nədə gözüm yoxdur, mənə heç nə lazım deyil. Sadəcə, övladlarımın adının, xatirəsinin yaşadılmasını, onların Haqqının tanınmasını istəyirəm. Öncədən də Sizə minnətdarlığımı bildirirəm. Allah bir daha Sizi və Müstəqil, Azad, Qalib Azərbaycanımızı qorusun!” Etikxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
|