Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                 

Abdulla Tağıyev külli-ixtiyarı verib qohumlarına... - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-08-2022, 08:08 | Çap et
Abdulla Tağıyev külli-ixtiyarı verib qohumlarına...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu, “SOCAR Methanol”, “SOCAR Karbamide”, “SOCAR Polymer” Qaz Emalı Zavodu və “Azərkimya” kimi istehsal müəssisələri “SOCAR Downstream Management” MMC şirkətinin idarəçiliyi altında birləşir. Bu barədə neft üzrə ekspert İlham Şaban yazıb.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, SOCAR-da ixtisarlar başlanıla bilər. Bir neçə müəssisənin bir idarəçilik altında birləşdirilməsi ixtisarlara səbəb olur:

“Qərar imzalanıb, amma onun SOCAR Müşahidə Şürası tərəfindən təsdiqi sentyabrda olmalıdır”.

Hüquq müdafiəçisi deyib ki, SOCAR-ın yanacaq satan şirkətində də dəyişikliklər var. Şirkətin 100 faizlik törəmə müəssisəsi olan “SOCAR Petroleum” QSC-də bu ilin iyunun 1-də işçi ştatının optimallaşması ilə əlaqədar əməkdaşlara bildirişlər paylanılıb. Bu bildirişlər vasitəsilə işçilərə xüsusi imtahan olunduqdan sonra onların vəzifələrində qalıb-qalmayacağı haqqında qərarın verilməsinə dair məlumat çatdırılıb.

“Bildiriş təqdim edilən tarixə qədər, QSC-də 2 min 250 nəfər çalışıb. İşçilərə eyni zamanda bildirilib ki, onlara 1 ay müddətinə öz istəkləri ilə tutduqları vəzifəni tərk etmə imkanı verilir. Maraqlı odur ki, heç bir xüsusi imtahan aparılmadan kənardan işçilər cəlb edilir. Belə görünür ki, köhnə işçilərə imtahan keçirilməsi adı ilə təzyiq olunur”,- Qəhrəmanlı əlavə edib.

Onun sözlərinə görə, QSC-yə rəhbərlik 3 aydan çoxdur ki, SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri vəzifəsində çalışan Abdulla Tağıyevə tapşırılıb. Cəmiyyətin gündəlik işlərini Tağıyevin qohumları və yaxınları aparırlar. Belə ki, işçilərə bildirişlər verən Abdulla Tağıyevin bacanağıdır. ASC-nin digər rəhbəri İmran İmranov cəmiyyətdə ümumiyyətlə heç bir vəzifə tutmur və Bakı Neft Emalı Zavodunda vəzifədədir:

“Təşkilatımıza daxil olan məlumatda deyilir ki, yeni işə cəlb edilənlərin bu sahədə təcrübələri yoxdur. Amma nədənsə təcrübəli işçilər işdən uzaqlaşdırılır”.

Qəhrəmanlı qeyd edib ki, məsələni daha bir tərəfi odur ki, QSC-nin rəsmi baş direktorunun bütün səlahiyyətləri əlindən alınıb:

“4 aydır işdən çıxma ərizəsi təsdiqlənmir, çünki baş verənləri yeni rəhbərliyin adına yazmaq istəmirlər. Bu cür kadr siyasəti nəticəsində QSC-nin yüzlərlə aparıcı mühəndis, mütəxəssisləri, o cümlədən rəhbər işçiləri iş yerlərini itiriblər”.

“SOCAR Petrolium” şirkəti 2008-ci ilin yanvar ayında yaradılıb. Azərbaycanda neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Hazırda şirkətin 42 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Şirkət həmçinin 11 neft doldurma bazasına malikdir. Şirkətin Bakıda 1 ÇNG (sıxılmış qaz) terminalı var. Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində yanacaqdoldurma məntəqəsi isə ötən ilin dekabrında açılıb. Həmin il Şuşa və Ağdamda da səyyar yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb.

“SOCAR PETROLEUM” QSC məsələyə münasibət bildirib. Açıqlamada deyilir ki,

“SOCAR PETROLEUM” QSC-nin İdarə Heyəti Cəmiyyətin strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması prosesini həyata keçirilməsi ilə bağlı qərar qəbul edib. Cəmiyyətin idarə heyətinin bu qərarı verməsinə səbəb ayrı-ayrı bölmələrdə çoxsaylı pozuntular, maliyyə intizamsızlığı, işin effektivliyinin aşağı səviyyədə olması əsas olub.

“Yoxlamalar zamanı məlum olub ki, Cəmiyyətin bir sıra struktur bölmələrində çalışmış bəzi əməkdaşların təhsilləri peşələri ilə uzlaşmır. Bundan əlavə, Cəmiyyətin ayrı-ayrı bölmələrində çalışan bir sıra şəxslərin fəaliyyətləri audit yoxlamalardan keçirilib və bu yoxlamalar nəticəsində ciddi maliyyə və inzibati nöqsənlar aşkara çıxarılıb”.

“Cəmiyyət rəhbərliyinin qərarına uyğun olaraq, aparılan işlər çərçivəsində struktur və bölmələrin əməkdaşları qiymətləndirilmə prosesinə cəlb olunub. Qiymətləndirilmə ilk əvvəl elektron formada- test sualları vasitəsiylə həyata keçirilir və prosesin şəffaflığı tam təmin edilir.

Qiymətləndirmə üzrə imtahandan iştirakdan imtina edən “SOCAR PETROLEUM”-un bəzi əməkdaşları öz xahişləri ilə işdən azad edilib və həmin şəxslərə orta əməkhaqqının beş misli dəyərində kompensasiya ödənilib”, – açıqlamada vurğulanır.

Daha sonra qeyd olunur ki, “SOCAR rəhbərliyinin humanist addımı” nəticəsində sərbəstləşən bütün işçilərə qeyd edilən ödənişlər həyata keçirilir. Bundan əlavə, qiymətləndirilmədən keçməyən işçilərin də bəziləri gələcəkdə Cəmiyyətin strukturlarında boş vakansiya yerlərində yerləşdirilməsi nəzərdə tutulur.

Məlumatda qeyd olunan kadrlar şöbəsinin rəis müavini bundan öncə də eyni şöbədə, eyni vazifədə uzun müddətdir çalışır və hazırda da yeni strukturda həmin vəzifədə işini davam etdirir. Maliyyə bölməsinə isə SOCAR -ın müxtəlif strukturlarında 32 illik iş təcrübəsi olan şəxs rəhbərlik edir:

“Təəssüf hissi ilə bildiririk ki, bəzi sosial şəbəkələrdə “SOCAR PETROLEUM”-un strukturunda aparılan optimallaşdırma işləri və işin effektivliyini artırılması fonunda həqiqətə uyğun olmayan məlumatlar yayılıb”.
//Meydan TV//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru