DİA.AZ: - Dnən məlum oldu ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Kəngərli vəzifədən azad edilib.
DİA.AZ xəbər verir ki, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb.
Şahin Bağırovun digər əmri ilə, idarənin rəis vəzifəsinin icrası Bakı Baş Gömrük İdarəsini rəisinin 1-ci müavini Faiq Seyidova həvalə edilib.
Qeyd edək ki, P.Kəngərli daha əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsində maliyyə şöbəsinə rəhbərlik edib. O, sabiq Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.
DİA.AZ Kəngərlinin vəzifəsindən azad edildikdən sonra kollektiv tərəfindən yola salınmasını əks etdirən videomaterialı əldə edib.
Video materialdan da aydın görünür ki, BBGİ əməkdaşları öz sədrlərini alqış sədaları altında, böyük ehtiramla yola salırlar. Hər halda, BBGİ işçilərinin bu nümayişkaranə jesti Şahin Bağırov üçün bir siqnal rolunu oynaya bilər. Yəni, bəlkə bu kadr dəyişikliyində DGK-nın sədr əvəzi yanılır?..