Dövlət Əmək Müfəttişliyi Xidməti bir işçinin haqqını qoruya bilmirsə... - Qubada ÖZBAŞINALIQ
Tarix: 31-08-2022, 08:19 | Çap et
Quba rayonunun Alekseyevka kənd sakini Murad Əliyev deyir ki, çalışdığı yerdə əməkdaşlara qarşı haqsızlıqlara, yeyintilərə etiraz etdiyinə görə özünü işdən çıxarıblar. Baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, məhkəmələrə edilən müraciətlərin də faydası olmayıb. Hazırkı nəticə isə budur ki, o, dolanışığını təmin etməkdə, övladlarına görə aliment ödənişində çətinlik çəkir. Hətta buna görə bir müddət əvvəl inzibati qaydada həbs olunub.
“Həftədə 50-60 saat işlədirdilər, sübutlarım var”
Murad Əliyev Qubada “Fəsil Turizm” MMC-yə məxsus “Quba Palace” oteldə qolf mütəxəssisi işləyib. Onun sözlərinə görə, 2016-cı ildən çalışdığı bu iş yerindən 2020-ci ildə çıxarılıb:
“Orada mən də daxil olmaqla, işçiləri sözün əsl mənasında istismar edirdilər. Aliment öhdəliyim vardı, ona görə dözürdüm. Əvvəllər Türkiyə vətəndaşı olan bir nəfər nəzarətçi vardı, onun dövründə yaxşı idi. Sonradan elə bir vəziyyət yaratdılar ki, o, işləmək istəmədi. Ondan əvvəl nəzarət eləmiş şəxsi yenidən gətirdilər. Yenə başladı işçiləri qışda ixtisar eləyib, pullarını verməməyə, adamları qat-qat çox işlətməyə və s. Türkiyəlinin dövründə o başa düşürdü ki, adamları bir parça çörəklə sınağa çəkmək olmaz. Ona görə qışda çıxarmırdı”.
Şikayətçi deyir ki, sənəd üzərində hər günə 8 saatdan çox olmamaq şərtilə, həftədə 5 gün iş rejimi müəyyənləşdirilsə də, reallıqda işçiləri, o cümlədən onun özünü həftəyə 50-60 saat işlədirdilər. Həftənin şənbə, bəzən bazar və bayram günlərində də işə çağırırdılar:
“Rəhbərliyə iradlarımı çatdırdım. Sözləri belə oldu ki, bu şərtlərlə işləməlisiniz. Mən də fikrimdən dönmədim…”
“Məhkəməyə 16 nəfərin imzaladığı cədvəl təqdim elədim, əhəmiyyət vermədi”
Murad Əliyev elə işləyə-işləyə Quba Rayon Məhkəməsinə üz tutub, əmək hüquqlarının pozulması barədə iddia qaldırıb. Məhkəməyə müraciətindən az sonra isə işdən çıxarılıb:
“27 noyabr 2020-ci ildə məhkəmədə iddia qaldırdım, 7 dekabrda işdən çıxarıldım…”
Quba Rayon Məhkəməsi də onun iddiasını təmin etməyib. Murad Əliyev deyir ki, hərçənd, məhkəməyə əmək hüquqlarının pozulduğunu, artıq işlədildiyini təsdiqləyən konkret sübutlar təqdim eləmişdi:
“İşə nə vaxt gəlib-getdiyimi göstərən, 16 nəfərin imzaladığı cədvəli təqdim eləmişdim. Oradan görünürdü ki, mən həftədə nə qədər işlədilmişəm. Buna “işləmək” yox, “istismar edilmək” deyərlər. Görünür, məhkəmə üçün mənim sübutlarım maraqlı deyildi. İddiamı təmin eləmədi. Apelyasiya məhkəməsi də bu qərarı qüvvədə saxladı. Aydın məsələdir ki, o otelin sahibi hara, mən hara…”.
Murad Əliyev sonradan Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinə qarşı da məhkəmədə iddialar qaldırıb. O, hər iki qurumdan kompensasiya tələb edir.
“Əmək Müfəttişliyi qanunsuzluqlara göz yumdu, saxta rəy verdi”
Şikayətçi hələ 2020-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinə də müraciət edib. Deyir ki, əmək hüquqlarının pozulmasıyla bağlı faktları bu quruma təqdim edib. Lakin son nəticədə ona cavab verilib ki, şikayətləndiyi hallar araşdırma zamanı aşkarlanmadı:
“Təəssüf ki, bu qurum obyektiv ola bilmədi, qarşı tərəfin maraqlarını müdafiə elədi, təqdim elədiyim faktları görməzdən gəldi. Əlbir olub real faktları gizlətdilər. Nəticədə də saxta rəy verildi. Bununla da mənim hüquqlarımı pozmuş oldu”.
Murad Əliyev işdən çıxarılandan az sonra – 3 yanvar 2021-ci ildə Dövlət Məşğulluq Agentliyində “iş axtaran vətəndaş” kimi qeydiyyata götürülüb. Həmçinin “Dövlət Özünüməşğulluq Proqramına cəlb edilmək üçün müraciət edib.
O, həmin ərəfədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin tabeliyində olan, əmək fəaliyyətilə bağlı müxtəlif qurumlara müraciət edərək, aliment öhdəliyi olduğunu vurğulayıb, təcili iş tapmaqda yardım istəyib:
“Müxtəlif instansiyalara müraciət etmişdim. İşlə yanaşı, həm də işsizliyə görə əmək sığortası ilə təmin olunmağımı istəmişdim. Çünki “Fəsil Turizm” MMC-də 5 ilə yaxın fəaliyyətim vardı, mənə düşürdü. Amma 23 iyun 2021-ci il tarixli məktubla mənə imtina cavabı verildi. Şirkətdən sənəd vermişdilər ki, guya mən 2018-ci ildən orada işləmişəm. Halbuki, bu yalandır. Aliment məsələsilə bağlı İcra və Probasiya şöbəsinə verilən məktubda isə 2016-cı ildən işlədiyimi yazıblar. Eyni şirkət hər məktubda bir cür yazır”.
“Nə qədər əziyyətim, vaxtım getdi…”
Murad Əliyevin davamlı müraciətlərindən sonra Dövlət Məşğulluq Agentliyindən ona təsərrüfatla məşğul olmaq üçün arı ailəsi veriblər. Şikayətçi deyir ki, arılar təsərrüfat üçün yararsız olub və bu barədə dərhal agentliyin məsul şəxslərini məlumatlandırıb, onlardan gəlib yerində baxış keçirmələrini istəyib:
“27 sentyabrda Agentliyin 9 saylı Quba Məşğulluq filialına ərizə verdim ki, mənə verilən arı pətəkləri yararsızdır, baxış keçirilməsini istədim. Rəsmi cavab vermədilər, şifahi dedilər ki, arıçı baytar tərəfindən rəy verilməsini özüm təşkil eləməliyəm. Sonradan məlum oldu ki, şimal bölgəsində ümumiyyətlə, belə bir arıçı baytar yoxdur. Kənd Təsərrüfatı Nazirliyinə müraciət elədim. Uzun süründürməçilikdən sonra onlar gəlib baxıb rəy verdilər. Bu müddətdə nə qədər əziyyətim, vaxtım getdi, vəsait xərclədim…”
Murad Əliyevin həm Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həm də Dövlət Məşğulluq Agentliyinə qarşı iddialarına Sumqayıt İnzibati Məhkəməsində baxılır. O, Dövlət Əmək Müfəttişliyi Xidmətindən 191 min, Məşğulluq Agentliyindən isə 10 min manat kompensasiya, 15 ədəd də “Ağıllı arı pətəyi” arı ailəsilə təmin olunmasını istəyir.
Dövlət orqanları nə deyir?
Lakin hər iki qurum onun iddialarını əsassız sayır. Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Murad Əliyevin şikayəti əsasında araşdırma aparılıb, onun aylıq iş vaxtı normasından artıq işlədilməsi, istismar olunmasıyla bağlı hallar aşkarlanmayıb. Heç özü də bu barədə sübutlar təqdim etməyib.
İşdən çıxarılmasının səbəbi isə müqavilə müddətinin bitməsi və pandemiya dövründə müqavilənin uzadılmamasıyla bağlı olub.
“Murad Əliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən təlimlərə cəlb olunub. Qiymətləndirmədən keçib, “özünüməşğulluğa cəlb edilir” qərarı verilib. 6 sentyabrda ona 20 yeşik arı, bal süzən avadanlıq verilib. Onun indi dəymiş ziyanın ödənilməsilə bağlı tələbi əsassızdır, təmin edilməsi mümkün deyil”, – bu isə Dövlət Məşğulluq Agentliyinin cavabıdır.
Quba sakini ilə dövlət qurumları arasında məhkəmə çəkişmələri sentyabrda davam edəcək. //meydan.tv//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
|