Daha bir generalın HƏBSİ XƏBƏRİ YAYILDI... - TƏFƏRRÜAT
Tarix: 2-09-2022, 07:33 |
Çap et
DİA.AZ: - "Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucovun saxlanıldığı deyilir". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Daha sonra Heydər Oğuz qeyd edir: "Onun hansı cinayət əməli törətməsi tam məlum deyil. Mənbəmiz saxlanılma əməliyyatının "Tərtər işi" ilə bağlı aparılan araşdırmalar çərçivəsində baş verdiyini bildirir".
Onu da qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat yayılmayıb.
DİA.AZ bildirir ki, general bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi vəzifəsində çalışıb.