İki yük dolu maşını Mazımçay Gömrük Postunda qalan sahibkar İlyas Qocamanovun səlahiyyətli nümayəndəsi Ayaz Qocamanov mətbuat vasitəsi ilə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırova videomüraciət edib.
DİA.AZ-ın məlumatına görə, sahibkar İlyas Qocamanovun səlahiyyətli nümayəndəki Bizimxeber.az-a ünvanladığı videomüraciətdə bildirir ki, şirkətlər və onlara məxsus anbarlar Sumqayıt qeydiyyatındadır.
Qanunun tələblərinə, həmçinin sahibkarların rahat fəaliyyətinin tənzimlənməsi üçün yüklər şirkətin qeydiyyatda olan ünvanlarında rəsmiləşdirilməlidir. Amma Mazımçay Gömrük Postunda yüklərin təyinat yeri Bakı şəhərinə dəyişidrlib.