Zaur Mikayılovun kadrından ÖZBAŞINALIQ... - Vətəndaş CANA DOYUB
Tarix: 4-11-2022, 08:35 | Çap et
Göyçay sakini Seymur Azadov 3 il əvvəl Meydan TV-yə Göyçayın keçmiş icra başçısı Mehdi Səlimzadə tərəfindən torpaq sahəsinin əlindən alınmasıyla bağlı şikayət etmişdi. Bu dəfə isə onun şikayəti rayonun Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovdandır.
Seymur Azadovun sözlərinə görə, hər şey ondan başlayıb ki, o, 2021-ci ilin yaz aylarında idarəyə müraciət edib. İllərdir ki, köhnə arxın zibillənməsi üzündən küçə və həyətləri su basdığını deyib, yeni arxların qazılmasını istəyib. İdarə rəisi ona əvvəlcə bu işlərin tezliklə görüləcəyini desə də, sonradan texnikaların sınıq-salxaq olmasını səbəb gətirib. Vətəndaşsa necə deyərlər, “dinc durmayıb”, gedib dağın başında ayrı-ayrı sahibkarlar üçün torpaq çıxaran idarəyə məxsus yeni traktorların foto və videogörüntülərini çəkib. Bundan qəzəblənən idarə rəisi və bir neçə traktorçu vətəndaşdan polisə şikayət edib. Şikayətçi danışır:
“Məni polisə dəvət etdilər, getdim, dedim, araşdırın, görün, dövlətin texnikasını pul alıb aidiyyəti olmayan yerlərdə istifadə edən idarə rəisi düz deyir, yoxsa mən. Gördülər, haqlıyam, şikayəti bağladılar”.
Şikayətçinin deməsinə görə, bundan sonra idarə rəisi məhkəmədə iddia qaldırıb ki, Seymur Azadovun arx mühafizə ərazisində işlətdiyi avtomobil təmir sexi sökülsün. Məhkəmə başlayandan bir neçə gün sonra Seymur Azadov bir şüşə sirkə turşusu götürərək Suvarma Sistemləri İdarəsinə – Şakir Əhmədovun iş otağına gedib, orada sirkə turşusunu içməklə intihara cəhd edib. İdarə işçiləri təcili yardım çağırıb, xəstəxanaya götürülüb, yardım göstərilməklə həyata qaytarılıb.
Hələ məhkəmə davam edərkən Seymur Azadovun başına daha bir neçə iş gəldiyini də deyir:
“Mən Suvarma Sistemləri İdarəsinə verilmiş, hər birinin dəyəri 300 min manat civarında olan yeni texnikalardan aidiyyəti üzrə olmayan başqa-başqa yerlərdə istifadə olunmasıyla bağlı video və foto görüntüləri rayon prokuroluğuna təqdim etmişdim. Bir dəfə maşın ehtiyat hissələri almağa gedəndə rayonun Mallı Şıxlı kəndi ərazisində bir tərəfdən avtomobillə, bir tərəfdən də Suvarma Sistemləri İdarəsinə məxsus traktorla yolumu kəsdilər. Məni maşından düşürtdülər, “Şakir müəllimdən sənə salam var” deyib, maşının salonunu axtardılar. Mobil telefonumu götürüb, getdilər. Mən bu barədə rayon polis şöbəsinə şikayət etdim. Təhqiqatçı dedi ki, axşam səninlə əlaqə saxlayacağıq. Axşam saat 9 radələrində zəng vurub dedi ki, gözün aydın, telefonun tapılıb, gəl. Getdim, dedim, mən polisə ərizəni telefonumun itməsinə görə yox, qarşımı quldurcasına kəsib, maşınımdan götürülməsinə görə yazmışam. Telefonu qaytaranda gördüm ki, çəkdiyim görüntülər silinib, telefon format olunub”.
Bu ilin iyununda məhkəmə Suvarma Sistemləri İdarəsinin Seymur Azadova qarşı qaldırdığı iddianı təmin etməyib. Belə ki, əraziyə baxış keçiriləndə məlum olub ki, avtomobil təmiri sexi arxdan 4 metr aralıda yerləşir və mühafizə zolağından kənardadır. Üstəlik, vətəndaşın obyektə və torpağa dair Çıxarışları var, tikinti tam qanuni şəkildə aparılıb, obyektin fəaliyyətində də heç bir nöqsan tapılmayıb. Sermur Azadovsa Göyçay rayonu ərazisindəki arxların mühafizə zolaqlarında tikilmiş onlarla ticarət və iaşə obyektlərinin görüntülərini çəkərək hüquq-mühafizə orqanlarına göndərib: “230 foto çəkib göndərmişəm Baş Prokurorluğa… Elə obyektlər var ki, arxın bir hissəsini betonlayıblar, obyektin bir hissəsi həmin betonun üstünə tikilib. Ancaq nədənsə Suvarma Sistemləri İdarəsi bunu “görmür”. Bu obyektlərin çoxu tanınmış ticarət şəbəkələrinə aiddir, çoxunun sahibi rayonun məmurlarıdır. Baxmayaraq ki, hər biri barədə sübutlu şəkildə məlumat vermişəm, hələ də tədbir görülməyib”.
Bu il avqustun 3-də Baş prokuror Kamran Əliyev Ucarda vətəndaşların qəbulunu keçirəndə Seymur Azadov da gedib. O, Baş prokurora son 1 ildə başına gələnlərdən danışıb:
“Rayonumuzun prokuroruna dedi ki, təkcə Göyçaydan yox, demək olar ki, bütün rayonların Suvarma Sistemləri İdarələrindən eyni şikayətlər gəlir. Mənə isə bildirdi ki, məsələni nəzarətə götürürəm. Ancaq bunun da üstündən 3 ay ötür, heç bir səs-xəbər yoxdur”.
Seymur Azadov başına gələnlərdən 1 ildən çox vaxt keçməsinə baxmayaraq, Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovun cəzasız qalmasıyla barışa bilmir:
“Dövlətin traktoruyla qarşımı kəsib quldurluq ediblər, cəzasız qalıb. Məni intihara sürükləyib, cəzasız qalıb. Məni 1 ilə yaxın məhkəmə yolunda qoyub, cəzasız qalıb. Dövlətin traktorları hələ də onun-bunun şəxsi sahəsində işləyir, bu da cəzasız qalıb. Vətəndaşla istədiyi kimi davranan məmurun cəzasız qalması bir vətəndaş olaraq məndə dövlətimə qarşı inamsızlıq yaradır. Şakir Əhmədov məni bu qədər əziyyətə salıb, mənəvi zərər vurub, ancaq hələ də vəzifəsində oturub. Dövlətin traktorları vətəndaşların problemləri üçün nəzərdə tutulub, ancaq o, bu traktorlarla ondan şikayətçi olan vətəndaşın yolunu kəsir, yaxud da dövlətin verdiyi əmlakı şəxsi maraqları üçün dağda-daşda torpaq, katlavan qazmağa istifadə edir. Onu da deyim ki, yaşı çoxdan ötüb, vəzifədə müqaviləylə qalıb. Bu boyda ölkədə o qədər savadlı, gənc kadrlar olduğu halda, bu adamın arxasında kim dayanır, bir vətəndaş olaraq bunu bilmək mənim də haqqımdır”.
Meydan TV vətəndaşın iddialarına münasibət bildirməsi Göyçay Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədovla telefon əlaqəsi yaradıb. İdarə rəisi bildirib ki, bütün bunlarla bağlı məsələ rayon prokurorluğunda araşdırılır və o, bu barədə telefonda danışmaq istəmir.
Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Seymur Azadovun intihara cəhd işi üzrə araşdırmalar aparılıb, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası keçirilib. Vətəndaşın intihara cəhd etməsi hadisəsində cəza təhdidi altında qadağan olunmuş ictimai-təhlükəli əlamətləri müəyyən edilmədiyi üçün cinayət işinin başlanması rədd edilib. Digər məsələlərsə araşdırlır.
Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu yaxınlarda Suvarma Sistemləri İdarəsi tərəfindən Həbibi küçəsində arx qazıntısı aparılıb. Seymur Azadovsa deyir, qazıntının əsas işlərini elə sakinlər özləri həyata keçirib.
Meydan TV
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|