Texniki Universitetdə REKTOR PROBLEMİ... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 28-12-2022, 08:50 | Çap et
DİA.AZ: -" Son illərdə Azərbaycanın təhsil sistemində, həm orta, həm də ali təhsil səviyyələrində o qədər qəribə işlər baş verir, təhsilimiz o qədər aşağı səviyyəyə enib ki, artıq bu haqda yazılanlara heç kim təəccüb etmir və heç kim də, nə aidiyyəti olan vəzifəli şəxslər, nə də rəsmi dövlət təşkilatları reaksiya vermir, tədbir görmürlər, sanki, elə belə də olmalıdır. Lakin, biz, yəni Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimlərindən bir qrupu bunlara, xüsusən də universitetimizdə son 3 ildə, yəni Vilayət Vəliyevin buraya rektor təyin olunmasından sonra onun “fəaliyyəti” nəticəsində baş verənlərə və onların nəticələrinə biganə baxa bilmirik və bu haqda məlumatlar və müraciətlərlə kütləvi informasiya vasitələrində dəfələrlə çıxış etmişik". DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllimləri adından edilən müraciətdə deyilir.
Əvvəli burada: TOXUNULMAZ VİLAYƏT... - Əmrullayev BUNU GÖRMÜR?
Daha sonra müəllimlərin müraciətində deyilir: "Yuxarıda “donosçuluq” dedik, yadımıza bir məsələ də düşdü. Rektor V.Vəliyev bu yaxınlarda göstəriş verdi ki, AzTU-nun bütün heyəti, həm müəllimlər, həm də digər işçilər “Kadrların şəxsi uçot vərəqi”nə oxşar bir formanı doldursunlar, həm də orada bütün yaxın qohumlarının, hətta yaşlı adamlar özlərinin 30, 40, 50 il əvvəl həyatdan getmiş valideynləri haqqında, onların hansı vəzifənin sahibi olması, harada doğulması, harada yaşaması, nə zaman ölməsi və s. haqqında məlumat verməlidirlər. Bu, keçmiş Sovet KQB-sinin anketinə bənzəyirdi və bizdə olan məlumata görə bu anketlər nə kadrlar şöbəsi, nə də universitetin digər şöbələrinə verilmədi, rektor bu məlumatı özü üçün, hamının haqqında dosye toplayırdı və şəxsən özündə saxlayır. Bura anketdə əsas yeri kimin əcdadlarının harada doğulması, yəni, sadəcə desək, haralı olması (???) tutur. İndi özünüz nəticə çıxarın, bu məlumat onun nəyinə gərəkdir? Yəqin ki, işçiləri itaətdə saxlamaq, onlara mənəvi təzyiq etmək üçün onlara qarşı kompromatlar olmalıdır. Buna gərə də təsadüfi deyil ki, V.Vəliyev rektor gələndən sonra universitetdə qeyri-sağlam mühit yaranıb, donosçuluq, xəbərçilik, dedi-qodu, “pıçapıçlar” geniş vüsət alıb. Buna görə də indi universitetdə məsələn, çoxdan görüşməyən iki müəllim həyətdə, ya koridorda təsadüfən görüşdükdə bir-neçə dəqiqə ayaqüstü dayanıb, hal-əhval tutmağa, söhbət etməyə ehtiyat edirlər ki, kənardan baxanlar deyəcəklər, görəsən bunlar nə haqda pıçıldaşırlar. V.Vəliyev Texniki Universitetə rektor təyin edilən gündən universitetin köklü kadrlarına – həm professor-müəllim heyətinə, həm də digər kadrlarına qənim kəsilib. O, AzTU-da on illərlə can qoymuş, ömrünü sərf etmiş professorları, dosentləri, digər tədris və inzibati işçiləri 3 ildir ki, hər vasitə ilə mənəvi terrora məruz qoyur, onların ətrafında dözülməz mənəvi-psixoloji şərait yaradaraq, ya öz ərizələri ilə getmələrinə nail olur, ya da birbaşa təzyiq göstərib və ya aldadıb, 3 aylıq müqaviləli işə keçirməklə sonra işdən kənarlaşdırır. Bu 3 ildə universitetdə dəfələrlə, sonu hələ də görünməyən struktur dəyişiklikləri aparıb, 2 ay əvvəl yaratdığı bir şöbəni ləğv edib, yenisini yaradıb, sonra yenə bir neçə aydan sonra əvvəlkinə qayıdıb və s. Guya ki, bu adam “islahat aparır”. Bu “islahatların” bir məqsədi də köhnə işçiləri işdən kənarlaşdırmaqdır. V.Vəliyevin AzTU-ya gətirdiyi qohumlarının, yerlilərinin, dost-tanışının uşaqlarının, onun regional klanının işə qəbul etdirmək üçün onun yanına göndərdiyi adamların sayı hesabı yoxdur, artıq yüzlərlədir. Onların bir çoxunun qohumluq əlaqələrini də AzTU-da artıq hamı bilir. Həm də rektor onlara digər işçilərin vəzifə maaşları ilə heç müqayisə oluna bilməyən çox yüksək maaşlar təyin edir. V.Vəliyevin qaynının qızı Pırvanə Allahveridyeva üçün məxsusi olaraq, Hüquq sektoru yaratdı, ora da çoxlu işçi, əlbəttə ki, öz qohum və yerlilərini qəbul etdi, bakalavriaturanı bitirmiş Pırvanə Allahverdiyevaya da prorektorlar səviyyəsində, 2800 manat maaş təyin etdi. İndi Pırvanə Allahverdiyeva Texniki Universitetin primadonnasına çevrilib, göylərə baxa-baxa, başını dik tutub gəzir, sanki ətrafdakıları görmür. Pırvanə Allahverdiyeva bakalavr səviyyəsini hüquqşünas ixtisası üzrə bitirsə də, rektor onu AzTU-nun magistraturasına İqtisadçı ixtisası üzrə qəbul etdirdi. Bu il o, magistraturanı bitirdikdən sonra rektor onun vəzifəsini bir az da yüksəldər. Bir işə baxın ki, rektor V.Vəliyev bu il öz oğlunu da işə qəbul edib, onu “Tədqiqat və inkişaf” şöbəsinə yerləşdirib və bakalavr səviyyəsini bitirən oğluna 1000 manat maaş təyin edib. Nəzərə alın ki, elmi dərəcəsi olan dosentlər burada 850 manat maaş alırlar. İndi o, AzTU-nun “inkişafını təmin edənlərdən” biri olacaq və hələ üstəlik, “tədqiqatla” da məşğul olacaq. Vay AzTU-nun halına! Əgər V.Vəliyevin oğlu fərli bir mütəxəssis olsaydı, yəqin ki, V.Vəliyev onu heç olmasa öz tanışlıq əlaqələrindən istifadə edərək, başqa bir yerə işə düzəldərdi. V.Vəliyevin “struktur islahatlarını” qeyd etdik. Bir neçə ay bundan əvvəl elan edildi ki, Texniki Universitetdə “Xarici Dil Texnologiyaları İnstitutu” adlı bir qurum yaradılır. Həm də şöbə yox, əsl institut. Texniki Universitetdə Xarici Dil Texnologiyaları İnstitutu? Əlbəttə, müasir dövrdə mühəndis kadrları üçün xarici dilləri bilməyin böyük əhəmiyyətini heç kim inkar edə bilməz. Texnika mütəxəssisləri üçün bu çox vacibdir. Amma, axı AzTU-da Xarici dillər kafedrası vardır. Belə bir institut Azərbaycan Dillər Universitetində yaradılsaydı, bunu hamı başa düşərdi. Bəs bu qurum AzTU-da niyə yaradıldı? İndi izah edərik. Təqribən yaz aylarında Texniki Universitetdə Əfqan Abdullayev adlı bir şəxs görünməyə başladı. Sonra dedilər ki, o, hansısa şöbədə işləyir. O, təhsil sahəsində Respublikada tanınmış şəxsdir, xarici dil mütəxəssisidir, uzun müddət xaricdə işləyib, Təhsil Nazirliyində müxtəlif vəzifələr tutub, bir müddət Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edib, tədris işləri üzrə prorektor olub. Texniki Universitetdə bu il Xarici Dil Texnologiyaları İnstitutu yaradıldıqda və Əfqan Abdullayev bu instituta direktor təyin edildikdə aydın oldu ki, bu institut məhz onun direktor təyin edilməsi üçün yaradılıb. İnstitut təkcə direktordan ibarət ola bilməz ki, ən azı 7-8 nəfər işçisi də olmalıdır, onlara yüksək maaş da verilməlidir. Bizim Əfqan Abdullayevə qarşı nə bir mütəxəssis, nə də bir insan kim heç bir iddiamız yoxdur, ancaq bir nəfərin xatirinə institut yaratmazlar axı. Lazım olmayan bir quruma bir nəfərin xatirinə niyə bu qədər maliyyə vəsaiti xərclənməlidir? Sadəcə olaraq, rektor V.Vəliyev belə işlərdən özünü reklam etmək, görüntü yaratmaq üçün istifadə edir, eyni zamanda da həmin qurumlara öz adamlarını işə qəbul edir, eyni zamanda bununla iki məsələni həll edir. Bu illərdə onun belə “gözə kül üfürmələrini”, “görüntü yaratmaqlarını”, əvvələr deyildiyi kimi “pakazuxalarını” çox görmüşük. Bu məqsədlə V.Vəliyev Türkiyə faktorundan da istifadə edir. İki il əvvəl, V.Vəliyev Türkiyədən universitet müəllimi Elmas Çetini AzTU-ya Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etdi və ona 5000 manat maaş təyin etdi. Elmaş Çətin bir ildə bu vəzifədə heç bir real fəaliyyət göstərə bilmədi, bir ildən sonra isə o, AzTU-da yaranmış vəziyyəti, qeyri sağlam intriqa mühitini görüb, vəzifəsini könüllü tərk etdi və Türkiyəyə qayıtdı. Ondan başqa, şöbələrdən birinin müdiri olan, Türkiyədən dəvət edilmiş başqa bir mütəxəssis də vəzifəsini tərk edərək, Türkiyəyə qayıtdı. Bundan sonra AzTU-da yalnız bir nəfər türkiyəli mütəxəssis qalmışdı, o da xüsusi olaraq onun üçün yaradılmış Yüksək Təhsil İnstitutunun (yəni, normal dil ilə desək, magistratura və doktorantura şöbəsinin) direktoru vəzifəsini tutan Yusuf Sönmez idi. O da bir il işlədikdən sonra vəzifəsini könüllü tərk etdi. Yəqin ki, Əfqan Abdullayev də Texniki Universitetdə yaranmış bu qeyri sağlam mühitdə uzun müddət qala bilməyəcək. Ümumiyyətlə, son 3 ildə Texniki Universitetdə V.Vəliyevin özünün gətirdiyi prorektorlar və müşavirlər də onunla işləyə bilməyib, universiteti tərk ediblər. Bəzi prorektorlar bir neçə dəfə dəyişdirilib. Təhsil Nazirliyində işləyən Kamran Rəsulov da AzTU-ya Tərbiyə işləri üzrə prorektor vəzifəsinə təyin edilmişdi. O da bir il bu vəzifədə işləyəndən sonra dözməyib, yenə nazirliyə qayıtdı. Yalnız prorektor vəzifəsini tutan Sübhan Namazov hələ ki irəliləyir, indi Elm və innovasiyalar üzrə prorektordur. Bunun sadə bir səbəbi var - Sübhan Namazov Vilayət Vəliyevin doğmaca yerlisidir, onun regionundandır. Rektorun onun yerinə - Beynəlxalq Əlaqələr üzrə prorektor vəzifəsinə təyin etdiyi İqtisad üzrə fəlsəfə doktoru Fariz Məmmədov isə rektorun yaxın qohumudur. Bu adamın prorektor təyin edilməsi AzTU-da heyrətə, gülüşə, təəccübə, qəzəbə, daha nə bilək nəyə səbəb oldu. Əvvəla, rektorun vəzifələrə təyin etdiyi, elə adicə işlərə götürdüyü adamların əksəriyyəti iqtisadçılardır (Texniki Universitetdə indi vəzifələrdə texnika haqqında danışa bilən adam qalmayıb, Texniki Universitet ”iqtisadiləşdirilib”, humanitarlaşdırılıb, yerazlaşdırılıb), sonrası isə Fariz Məmmədov universitet üçün beynəlxalq əlaqələr yaratdıqda, xarici texniki mütəxəssislərlə görüşdükdə onlarla texniki mövzularda nə danışacaq? Xaricilər deməzlərmi ki, bunların prorektoru texnikanı belə bilirsə, gör müəllimləri nə səviyyədədirlər. Bu, hələ bir tərəfə qalsın, Fariz Məmmədovun tərcümeyi-halındakı hay-küyə rəğmən, onun heç Azərbaycan dilində danışdığını, mızıltısını çoxları başa düşə bilmir, deyirlər ki, tərcüməçi çağırmaq lazımdır. V.Vəliyevin Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə gətirdiyi yerlisi Rəşad Əliyev də iqtisadçıdır. AzTU-da isə rəqəmsal texnika – informasiya texnologiyaları üzrə elmlər doktorları, professorlar da vardır. Universiteti isə iqtisadçı rəqəmsallaşdıracaq (???). Yay aylarından başlayaraq, rektor V.Vəliyev qohumu, Beynəlxalq Əlaqələr üzrə prorektor Fariz Məmmədovla birlikdə əvvəlcə Türkiyəyə o başdan bu başa, sonra isə İspaniya, Portuqaliya, İtaliya, indi isə Belçikaya səfərə çıxıblar, texniki universitetlərlə əməkdaşlıq haqqında memorandumlar imzalayırlar. Maraqlıdır, görəsən, texnika haqqında primitiv məlumatlara da malik olmayan “riyaziyyatçı və iqtisadçı” Vilayət Vəliyev və “iqtisadçı” Fariz Məmmədov xarici ölkələrdə texnika üzrə mütəxəssislərlə necə fikir mübadiləsi aparırlar? Yeri gəlmişkən qeyd edək ki, V.Vəliyev hətta rus dilində çox pis danışır, ingilis dilində isə onun danışığını eşidəndə adam lap utanır. Görəsən o, ABŞ-da olduğu bir il ərzində orada hansı dildə danışıb? Rektor Vilayət Vəliyevin texnikadan uzaq adam olduğunu təsdiq etmək üçün bir fakt da göstərək. Bu ilin may və ya iyun ayları olardı, universitet miqyaslı bir iclas keçirilirdi. İclası, əlbəttə ki, Vilayət Vəliyev aparırdı. O, iclasda iki saat ərzində universitetimizin adına Texniki Universitet əvəzinə Texnologiya Universiteti dedi, texnologiyanın əhəmiyyətindən ordan-burdan “danışdı” və s. Hər dəfə də “texnika” əvəzinə “texnologiya”, “ texniki” əvəzinə “texnoloji” dedi. Bu adam 3 ildir ki, rektoru olduğu universitetin adını bilmir, texnika ilə texnologiya arasındakı fərqi bilmir, bilmir ki, Azərbaycan Texnologiya Universiteti Gəncədə yerləşir, tamam başqa universitetdir və onun rektoru da başqa adamdır. Belə rektor olar? Heç kimin də cürəti çatmadı ki, iclasda onun sözünə düzəliş etsin. Yalnız hamı bir-birinin üzünə təəccüblə baxırdı".
DAVAMI VAR...
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|