NEFTÇALA XƏSTƏXANASINDA BAŞ HƏKİMƏ ETİRAZ – Həkimlər işə çıxmaqdan imtina etdi…
Tarix: 25-03-2023, 08:45 |
Çap et
Nefçala Rayon Mərkəzi Xəstəxanasında çalışan işçilər tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının çəkilməsini istəməyən şikayətçilər baş həkimdən narazılıqlarını bildiriblər.
Şikayətçilər deyir ki, Novruz Bayramı ilə əlaqədar olaraq ölkədəki bütün qurumlar işçilərin maaşını tez versə də, Neftçala Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi tamamilə fərqli göstəriş verib: “Bu xəstəxananın baş həkimi mühasibə göstəriş verib ki, bayramda maaşları vermə. O da məqsədli şəkildə rəsmi sənədləşmə işlərini gecikdirib. Ona görə də Neftçala Rayon Mərkəzi Xəstəxanasınını əməkdaşları maaşlarını bayramdan sonra alacaqlar”.
Məlumata əsasən, əksər işçilər baş həkimin bu göstərişinə etiraz edib. Hətta bəzi həkimlər işə çıxmaqdan imtina ediblər: “Demək olar ki, hər bayramda bu xəstəxanada işçilərin əmək haqları gecikir”.
Qeyd edək ki, məsələ ilə bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//