Vəkil və müstəntiqlərdən həbsxanalara giriş üçün PCR testinin tələbində korrupsiya izi - İLGİNC
Tarix: 5-06-2023, 12:19 |
Çap et
Artıq xeyli müddətdir ki, dünya post-pandeniya dövrünü yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri səviyyəsində Covid-19 dönəminin rəsmən bitdiyi elan olunsa da Azərbaycanın bəzi dövlət orqanları hələ də pandemiya qaydaları ilə işləyir.
Bir neçə aydır ki, Milli Məclisin deputatları, media, vəkillər həbsxanalara giriş üçün PCR testi tələbinin aradan qaldırılmasını tələb edir.
Ancaq bu tələb Ədliyyə Nazirliyinə tərəfindən qulaqardına vurulub.
DİA.AZ-ın xəbərinə görə, Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həbsxanalara giriş üçün müstəntiq və vəkillərdən PCR testinin hələ də tələb olunmasının arxasında böyük məbləğdə vəsaitin silinməsi durur.
Belə ki, həbsxanalara girmək istəyən vəkil və müstəntiqlər Ədliyyə Nazirliyi tərəfindən yaradılan laboratoriyada test verməlidir.
Hər bir şəxsin testi üçün nazirliyin büdcəsindən vəsait bu sahəyə yönəldilir .
Saytımızın bilgiləndirən mənbənin sözlərinə görə, Ədliyyə Nazirliyinin yaratdığı laboratoriyada gün ərzində 200-dən artıq şəxs covid müayinəsindən keçir.