Ukraynada proseslər bu qədər uzanmasaydı, Qarabağda savaş başlayacaqdı - DƏYİŞİKLİK MÜTLƏQDİR
Tarix: 12-02-2014, 09:05 | Çap et
DİA.AZ: - Artıq Ukraynada baş verən prosesləri bitmiş hesab etmək olar. Qabaqcadan da proqnozlaşdırdığımız kimi, Rusiya Ukraynada qələbəyə qədər savaşdı. Və bu savaşı boyunca hətta ən ağlaçığmaz addımları belə atacağını gizlətmədi. Bunu da əvvəlindən qeyd etmişdik və bildirmişdik ki, Kreml siyasətdəki ənənəvi rus çalarına uyğun olaraq - hesablanmayan, «ruskaya tupost» adını almış mahiyyətə xas olaraq hətta Ukraynanı parçalamağa belə hazır olduğunu nümayiş etdirdi.
Kimiləri üçünsə Ukraynadakı olaylar hələ bitməyib. Amma artıq hər şey geridə qalıb. Hətta bundan sonra Ukraynada vətəndaş müharibəsi olsa belə, Rusiyanın maraqlarının hansısa formada xətər görəcəyi imkansızdır. Rusiya əlindəki xəfif qələbəni möhkəmləndirə bilməsi üçün bütün mümkün olan və olmayan addımları atacaq.
Təbii ki, burada maraqlı olanı Azərbaycanın mövqeyidir. Azərbaycanı bu olaya qarışdırıb ağıllı görünmək istəyən və kifayət qədər tanınmış olan politoloqlarımız qeyd edirdilər ki, artıq Rusiya Ukraynada məğlub olub və bu proseslər Azərbaycanın da aid olduğu regionda Kremlin maraqları üçün böyük təhlükəyə gətirib çıxaracaq.
Amma əksi oldu. Ruslar buralarda hələ çox qalmaq niyyətində olduqlarını nümayiş etdirdilər. Onların Ukrayna nədir, hətta itirilmiş hesab etdikləri keçmiş sovet məkanı uğrunda daha acımasız mübarizəyə tədarüklü olduqları isə faktdır.
Və bu gerçəklik fonunda Rusiya-Azərbaycan münasibətlərinin hansı müstəvidə cərəyan edəcəyi də kifayət qədər maraqlıdır. Təbii ki, Azərbaycan hakimiyyəti nə Yanukoviçin iqtidarının eynisi deyil, nə də Azərbaycan xalqı ukraynalılar qədərində Avropa sevdalıları hesab olunmur. Bu gün əgər ukraynalıları Avropa Birliyi cəlb edirsə, Azərbaycan xalqını daha çox Qarabağ itiyinin geri qaytarılması maraqlandırır.
Elə buna görə də Rusiya Azərbaycanla danışıqlar masasında «Qarabağ ləhcəsində» danışmaqdadır… Və bütün istiqamətlərdə Azərbaycanın ram edilməsi üçün məhz bu problemə söykənərək təzyiqlər həyata keçirilir.
Kimsə iddia ediə bilməz ki, İlham Əliyev və onun komandası Qarabağın işğaldan azad edilməsini arzulamır. Və son illərdə Azərbaycanın öz hərbi arsenalını daha da gücləndirməsi, bu istiqamətə böyük yatırımlar qoyması, paralel olaraq hərbi sənayeyə ciddi maliyyə ayırması və digər bu kimi faktlar İlham Əliyevin bu gün diplomatik müstəvidə prioritet kimi qələmə verdiyi sülh danışıqlarını yeganə vasitə kimi görmədiyini sübutlamaqdadır. Yəni fakt olanı odur ki, Azərbaycan hakimiyyəti dəyənəyini əlindən yerə qoymağı düşünmür və elə hər şeyin də məhz əlindəki dəyənəyin gücü, əzəməti ilə həll olunacağına inanır.
Rusiya isə net şəkildə Qarabağ probleminə münasibətini açıqlayıb. Yəni Kremlin icazəsi olmadan Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. İndi isə Azərbaycanın belə bir icazəni bir şərt olaraq əldə etməsi şəraiti yaranıb. Ən azından regionda Rusiyanın maraqlarına Azərbaycanın bir isti reaksiyası Qarabağda böyük dönüşlər üçün zəmin yarada bilər.
DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, hələ son prezident seçkiləri ərəfəsindən rəsmi Bakı ilə Kreml arasında məhz Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparılır. Xatırlayırsınızsa, Bu günlərdə Ermənistan tərəfinin elə özündən bir fikir gəldi ki, Sərkisyan Qarabağı rüşvət müqabilində Azərbaycana satıb. Hər halda, bu, Rusiya-Azərbaycan danışıqlarının Ermənistanda əks olunan təzahürüdür.
Məlumatlı mənbə iddia edir ki, Azərbaycanın Qarabağı azad edə bilməsi üçün Kremlin yumşalması gözləniləndir: «Artıq danışıqlar bu mərhələyə qədəm basıb. Azərbaycan diplomatik cəbhədə ciddi nailiyyətlər əldə edib. Həm də Rusiyanın başqa bir şansı da yoxdur. Nə Ukraynadakı proseslərin bənzəri hesabına Azərbaycanda maraqlarını yürütmə iqtidarına malik deyil, nə də Azərbaycan xalqında Rusiyaya qarşı hər hansı simpatiya mövcud deyil ki, Kreml məhz bu dəyərlərə söykənib rəsmi Bakıya təzyiqlər edə bilsin.
Ən böyük təzyiqlərini prezident seçkilərindən əvvəl işə salmışdılar. Bunun da nəticələri ortadadır. Yəni Rusiyanın hətta yerli Azərbaycan müxalifətinə stavka görüntüsü belə effektiv olmadı. Bunu artıq Kremldə də yaxşı anlayırlar. Və başa düşürlər ki, paytaxtının ən yüksək yerində məhz rus qoşunları tərəfindən qətlə yetirilmiş şəhidlərinə anıt yeri quran bir millətin ruslarla səmimi yoldaşlığı imkansızdır».
Mənbəmiz bütün bu dəyərlərin rusiyalı polittexnoloqlar tərəfindən ciddiyə alınaraq bir faktor kimi hesablandığını da qeyd edir: «Təbii ki, belə bir əsnada Rusiya Azərbaycana fərqli yollarla girməyə cəhd edəcəkdi. Ənənəvi silahları ortadadır. Etnik separatizm… Bu da əvvəlki qədərində təsirli deyil. Artıq rəsmi Bakı məhz qeyd olunan şəraitdə üzərinə gəlinə biləcək istənilən bir təhdidi anındaca dəv etmə ənənəsinə malikdir. Və Rusiyanın son çarəsi məhz Azərbaycan hakimiyyəti ilə dil tapmaq idi ki, gömrük ittifaqı və nəhayətdə Avrasiya Birliyi naminə bu danışıqlar aylardır ki, davam etməkdədir».
Mənbə iddia edir ki, əgər Ukraynada proses uzanmasaydı, bəlkə də yaz aylarında Qarabağda hərbi əməliyyatlar bərpa olunacaqdı: «Təbii ki, Kiyevdə başi verənlər Cənubi Qafqazda gözlənilən dəyişiklikləri yubatdı. Amma müharibə olacaq. Bütün proseslər buna aparır»…
Azər - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
• Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59 |
|
|
|
• Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51 |
|
|
|
• Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50 |
|
|
|
• "Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36 |
|
|
|
• Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35 |
|
|
|
• Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31 |
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
|