Ucar rayonu Bərgüşad kənd sakini Məmmərov Əli Sabir oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.life-ya daxil olan müraciətdə deyilir:
"Mənim yaxın qohumum Ucar rayonu Bərgüşad kənd sakini Hacıyeva Samidə Rafil qızını Ucar rayon xəstəxanasından çıxarıb evə gətirə bilmirik.Bir neçə gün əvvəl həmin xəstəxanada övlad dünyaya gətirən ananı bu gün evə gətirmək istəyəndə buraxmadılar ki, 500 manat pul verilməlidir.Həmin pulu verməyə imkan olmadı deyə xəstəni evə buraxmadılar.Bunu isə edən xəstəxananın baş həkimi Zeynal Bayramlıdır.17 ildir Ucar xəstəxanasında baş həkim işləyən Zeynal Bayraml hər bir şöbəyə aylıq haqq qoyub deyə şöbə müdiri Südabə həkimin göstərişi ilə xəstəmizi evə gətiə bilmirdik. Zorla deyirki 500 manat verməlisiniz yoxsa xəstəni evə buraxmayacayıq. Bu biabırçılğı yaxın qohumumuz video lentədə alıb.Azərbaycan Respublikasında ən geri qalmış korrupsiya tüğyan edən tibb ocağı Ucar xəstəxanasıdır. Ətraf rayonların hamısında xəstəxanaların rəhbərləri yeniləndi ancaq Ucar xəstəxanasının direktoru Zeynal Bayramlı barədə tədbir görən yoxdur. Xahiş edirik buna diqqət ayırın araşdırıb tədbir görün".